/ / Ulu öndərimizin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır
Ulu öndərimizin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır
11.11.2009 [10:29]
Hər bir ölkənin inkişafı, gələcəyi, müqəddəratı və sabitliyi onun qanunvericiliyinin mükəmməlliyi ilə ölçülür. Müstəqillik əldə etdikdən sonra Azərbaycanda yaranan hakimiyyətsizlik, özbaşınalıq bütün sahələrdə olduğu kimi, qanunvericilik islahatlarını da arxa plana atdı. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışı ölkəmizdə bütün sahələrdə geriləmənin qarşısını aldı, dövlətimizi məhv olmaqdan xilas etdi. Artıq Azərbaycan öz inkişaf yolunu seçmişdi və bu inkişafı təmin etmək üçün ölkəmizdə mükəmməl qanunvericilik toplusunun yaradılmasına ehtiyac var idi. Baxmayaraq ki, Ulu öndərin birinci hakimiyyəti dövründə (1969-1982) Konstitusiya qəbul olunmuşdu. Amma ağır sovet rejimi dövründə mükəmməlliyi ilə seçilən həmin Konstitusiya yeni dövrün çağırışlarına tam cavab vermirdi. Məhz bu səbəbdən, ümummilli lider Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasının qəbul olunması istiqamətində fəaliyyətə başladı.
Yeni müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbulu sahəsində ilk tədbirlərdən biri Əsas Qanun layihəsinin hazırlanması haqqında Milli Məclisin 1993-cü il 6 dekabr tarixli qərarı oldu. Lakin bu qərar əsasında yaradılan Müvəqqəti Komissiya ölkədə mövcud olan böhranlı vəziyyət ucbatından işini görə bilmədi. 1995-ci ildə isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiyanın tərkibi təsdiq edildi. Komissiyanın tərkibinə tanınmış ictimai-siyasi xadimlər, alimlər, peşəkar hüquqşünaslar daxil idi. Komissiyanın sədri isə ümummilli lider Heydər Əliyev idi. çox qısa bir müddətdə inkişaf etmiş demokratik ölkələrin konstitusion quruculuq təcrübəsi öyrənildi, təhlil olundu, layihə hazırlandı, ictimai müzakirəyə təqdim olundu və 1995-ci il 12 noyabr tarixində ümumxalq səsverməsində (referendumda) qəbul edildi. Ulu öndər həmin günləri belə xatırlayırdı: “Bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var ki deyəm, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam. Onun bu gün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altına imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bəyan edirəm”.
Konstitusiyanın əsas məqsədi insan hüquq və azadlıqlarının təminatıdır. Əsas qanunlar toplusu “ictimai müqavilə” olaraq dövlət, cəmiyyət və fərd arasındakı münasibətləri müəyyənləşdirir. İnsan hüquqlarının prioritetliyini Konstitusiyanın strukturunda əks olunan ardıcıllıqdan da müşahidə etmək olar. Konstitusiyanın əsaslarını müəyyən edən bölmədən sonra, ən birinci və böyük bölmə insan haqlarına və vəzifələrinə ayrılıbdır. Konstitusiyanın 12-ci maddəsi isə bəyan edir ki, “insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir”. Bu isə müstəqil Azərbaycanın bugünkü demokratik yolla inkişafının əsas meyarlarından sayılır. Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını, cəmiyyətin ictimai-siyasi institutlarının fəaliyyətini, dövlətin özünüidarə sistemini tənzimləyir, vətəndaş cəmiyyətinin formalaşmasının və inkişafının hüquqi təminatçısı qismində çıxış edir. Konstitusiyanın qəbulu çağdaş tariximizin ən mötəbər hadisələrindən biri olmaqla, Ulu öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən mühüm xidmətlərindən sayılır.
ümumbəşəri demokratik dəyərlərə əsaslanan Konstitusiya respublikamızın gələcək inkişaf prioritetlərini dəqiq müəyyənləşdirməklə yanaşı, insan hüquq və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çıxarır. 5 bölmədən, 12 fəsil, 158 maddədən ibarət olan Azərbaycan Konstitusiyasının 48 maddəsinin və yaxud üçdə birinin sırf insan hüquq və azadlıqları ilə bağlı olması da ümummilli liderimizin yüksək daxili demokratizmini, insanpərvərliyini bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Konstitusiyasında BMT-nin 1948-ci il ümumdünya İnsan Hüquqları Bəyannaməsində və digər beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş insan hüquq və azadlıqları əhatəli şəkildə təsbit olunub. Konstitusiya bu deklorativ norma ilə kifayətlənməyərək, insan və vətəndaş hüquqlarını, azadlıqlarını gözləməyi və qorumağı qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə vəzifə olaraq qoyur.
Hüquqi dövlətin çox mühüm prinsipi kimi çıxış edən hakimiyyət bölgüsü Azərbaycan Respublikasının Konstitusiyasında birbaşa təsbit olunub. Konstitusiyada qanunverici, icra və məhkəmə hakimiyyətlərinin səlahiyyətləri, hüquq və vəzifələri dəqiq müəyyən edilib. Bundan başqa, Azərbaycanın dünyaya nümunə göstərilən tolerantlıq ideologiyası da Konstitusiyamızda öz əksini tapıb. ölkə ərazisində yaşayan bütün vətəndaşların toxunulmazlıq hüququ Konstitusiya ilə tanınır və dinindən, dilindən, irqindən asılı olmayaraq ölkə vətəndaşları qanun qarşısında bərabər tutulur. Bununla belə, Konstitusiya vətəndaşların dövlət və cəmiyyət qarşısında da məsuliyyətini özündə əks etdirir. Yəni hər bir vətəndaşın hüquq və azadlıqları digər vətəndaşın hüquq və azadlıqlarının başladığı yerdə qurtarır. Heç bir şəxsin öz toxunulmazlıq hüququndan istifadə edərək digərlərinin hüquqlarını pozmasına yol verilmir.
Bəli. Məhz bu cür mükəmməl, ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətin müəllifi olduğu Konstitusiya müasir Azərbaycanın inkişaf trayektoriyasını, vətəndaşlar arasında münasibətlərin müstəvisini müəyyənləşdirdi. ölkəmiz öz qanunlarını əldə rəhbər tutaraq gələcək inkişafının təməlini qoydu. ölkə Konstitusiyasının dövlət və millət mənafeyinə uyğun tərtib olunması istər daxili, istərsə də xarici siyasətimizin yalnız milli maraqlara xidmət edən prioritetlər üzərində qurulmasına təkan verdi. Bununla belə, zaman dəyişdikcə, Azərbaycan inkişaf etdikcə, dünyada yeni münasibətlər sistemi formalaşdıqca Əsas Qanuna yeniliklər etmək qaçılmaz olur. Bu mənada həm 2002-ci ildə, həm də 2009-cu ilin martında keçirilən referendum ölkə qanunvericiliyinin təkmilləşdirilməsinə yol açdı. 2004-cü ildə insan hüquq və azadlıqlarının daha səmərəli həyata keçirilməsi məqsədilə, İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) İnstitutunun təşkili və fəaliyyəti ilə bağlı bir sıra mühüm müddəalar Konstitusiyada dəyişikliklər və əlavələr şəklində öz əksini tapdı. Həmçinin, ilk dəfə olaraq hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə Konstitusiya Məhkəməsinə birbaşa müraciət hüququ tanındı.
2009-cu ildə edilən əlavələr və dəyişikliklər isə insanların sosial həyatının daha yüksək səviyyəyə gətirilməsi, insan haqlarının genişləndirilməsini özündə əks etdirdi.
Ulu öndərimizin müəllifi olduğu Azərbaycan Konstitusiyası ölkəmizin demokratik və sivil yolla inkişafına ən başlıca təminatdır. ümummilli liderimizin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev də öz fəaliyyətində daim Konstitusiyaya istinad edərək respublikamızda ümumbəşəri demokratik dəyərlərin, qanunun aliliyinin tam təminatına çalışır.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
29 Oktyabr 18:09
Dünya
29 Oktyabr 17:32
Maraqlı
29 Oktyabr 16:58
Gündəm
29 Oktyabr 16:56
Sosial
29 Oktyabr 16:50
Dünya
29 Oktyabr 16:24
YAP xəbərləri
29 Oktyabr 16:03
Dünya
29 Oktyabr 15:42
Dünya
29 Oktyabr 15:19
YAP xəbərləri
29 Oktyabr 15:07
Dünya
29 Oktyabr 14:55
YAP xəbərləri
29 Oktyabr 14:45
Sosial
29 Oktyabr 14:43
Dünya
29 Oktyabr 14:20
YAP xəbərləri
29 Oktyabr 14:01
Sosial
29 Oktyabr 13:58
Gündəm
29 Oktyabr 13:57
Xəbər lenti
29 Oktyabr 13:55
Sosial
29 Oktyabr 13:53
Dünya
29 Oktyabr 13:51
Dünya
29 Oktyabr 13:49
Dünya
29 Oktyabr 13:25
YAP xəbərləri
29 Oktyabr 13:08
Sosial
29 Oktyabr 13:03
Dünya
29 Oktyabr 12:51
Dünya
29 Oktyabr 12:30
Maraqlı
29 Oktyabr 12:17
Siyasət
29 Oktyabr 11:47
Siyasət
29 Oktyabr 11:45
Siyasət
29 Oktyabr 11:26
Siyasət
29 Oktyabr 11:19
Sosial
29 Oktyabr 11:15
Hadisə
29 Oktyabr 11:14
İqtisadiyyat
29 Oktyabr 11:13
İqtisadiyyat
29 Oktyabr 11:12
Siyasət
29 Oktyabr 10:58
İqtisadiyyat
29 Oktyabr 10:32
Siyasət
29 Oktyabr 10:14
Ədəbiyyat
29 Oktyabr 09:51
Siyasət
29 Oktyabr 09:38
Analitik
29 Oktyabr 09:17
Analitik
29 Oktyabr 09:14
Sosial
29 Oktyabr 08:56
MEDİA
29 Oktyabr 08:31
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:11
Sosial
29 Oktyabr 08:09
Sosial
29 Oktyabr 07:47
Dünya
28 Oktyabr 23:41
Siyasət
28 Oktyabr 23:20
Dünya
28 Oktyabr 22:41
İqtisadiyyat
28 Oktyabr 22:30
Siyasət
28 Oktyabr 22:26
Sosial
28 Oktyabr 22:18
YAP xəbərləri
28 Oktyabr 22:09
Dünya
28 Oktyabr 21:55
İdman
28 Oktyabr 21:27
Sosial
28 Oktyabr 21:15
Dünya
28 Oktyabr 20:46
İqtisadiyyat
28 Oktyabr 20:34
İqtisadiyyat
28 Oktyabr 20:18
Dünya
28 Oktyabr 19:51
Dünya
28 Oktyabr 19:23
Gündəm
28 Oktyabr 19:20
Gündəm
28 Oktyabr 19:19
Dünya
28 Oktyabr 19:10
Gündəm
28 Oktyabr 19:05
Gündəm
28 Oktyabr 18:43
Hadisə
28 Oktyabr 18:37
Siyasət
28 Oktyabr 18:24

