Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
23.04.2019 [09:21]
AZƏRTAC-ın sədrliyi və Vyetnamın VNA agentliyinin ev sahibliyi ilə Hanoyda keçirilən Asiya və Sakit Okean İnformasiya Agentlikləri Təşkilatının (OANA) İcraiyyə Komitəsinin 44-cü iclasının növbəti sessiyaları keçirilib.
Təşkilatın baş katibi Vüqar Seyidov görülən işlər və toplantının gündəliyi barədə məlumat verib.
Sonra çıxış edən OANA-nın prezidenti, AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov iclasda müzakirə edilən mövzulardan danışaraq hazırda xəbər agentlikləri qarşısında ciddi çağırışların dayandığını qeyd edib. “Günümüzün ən aktual məsələsi isə feyk xəbərlərdir ki, informasiya agentlikləri üçün daha çox çətinliklər yarada bilər. Amma gündəlik işimizdə əsaslandığımız jurnalistika ənənələri yalan və çaşdırıcı xəbərlərin qarşısında bir sipərdir. OANA-da birləşən xəbər agentliklərinin hamısı çoxillik, hətta bir əsrə yaxın tarixə malik olan media qurumlarıdır. Ona görə də OANA həqiqətən ən etibarlı xəbər istehsalçılarının komandasıdır. Feyk xəbərlərin dövran etdiyi bir zamanda bu, bizim ən böyük üstünlüyümüz və ən böyük dəyərimizdir”, - deyə OANA-nın prezidenti bildirib.
Aslan Aslanov OANA-nın fəaliyyətinin təkmilləşdirilməsi məsələlərinə diqqət çəkərək sədr olaraq AZƏRTAC-ın bu məqsədlə hazırladığı və ötən Tehran iclasında müzakirə olunan təkliflərin zərurətdən yarandığını bildirərək deyib: “Bu zərurətlər nədir? Bunlar OANA-nın Nizamnaməsinin daha da təkmilləşdirilməsi, artıq 7 yaşına qədəm qoyan, daha köhnə texnologiyalara əsaslanan veb-saytın yenilənməsi, qabaqcıl üzv agentliklərin təcrübəsindən yararlanmaq kimi təşəbbüslərdir. Ona görə də həm indi, həm də gələcəkdə bu istiqamətdə istənilən təşəbbüsləri ümumi maraqlar naminə dəstəkləməyə hazırıq”.
Sonra baş katib Vüqar Seyidov İcraiyyə Komitəsinin işçi qrupu tərəfindən hazırlanan və təşkilatın Nizamnaməsinə daxil edilməsi üçün irəli sürülən təklifləri səsləndirib. Sənədə dəyişikliklər və əlavələr əsasən üzvlüyə qəbul qaydaları ilə bağlıdır. Təkliflər Komitə üzvləri tərəfindən razılıqla qəbul edilib və səsə qoyulması üçün bu ilin noyabrında Seulda keçiriləcək Baş Assambleyaya çıxarılmasına tövsiyə olunub.
İclasda Koreya Respublikasının Yonhap və Vyetnamın VNA agentliklərinin nümayəndələri feyk xəbərlərlə mübarizə, onların müəyyən edilməsi yolları ilə bağlı məruzələrlə çıxış ediblər.
Sonra OANA Mükəmməllik Mükafatı qalibinin müəyyən edilməsi üçün İcraiyyə Komitəsi üzvləri arasında keçirilən səsvermənin nəticələri açıqlanıb. Agentliklər müsabiqədə iştirak etmək üçün öz məhsullarını və layihələrini təqdim ediblər. Birinci yeri eyni sayda səs qazanan Sinxua və VNA agentlikləri tutub. İkinci yerdə TASS, üçüncü yerdə isə AZƏRTAC (Uşaq Bilik Portalı) qərarlaşıb.
Müsabiqədə ümumilikdə 12 agentlik öz layihəsi ilə iştirak edib.
Sonra Koreya Respublikasının Yonhap agentliyinin OANA-nın 17-ci Baş Assambleyasının Seulda keçirilməsi ilə bağlı görülən ilkin işlər barədə məlumatı təqdim edilib. Bolqarıstanın BTA agentliyinin rəsmisi isə bu ilin iyununda Sofiyada keçiriləcək Dünya Xəbər Agentlikləri Konqresinin təşkilati məsələlərindən danışıb.
İclasın bağlanış mərasimində çıxış edən Aslan Aslanov Dünya Xəbər Agentlikləri Konqresinin və OANA-nın sədri olaraq AZƏRTAC-ın BTA və Yonhap agentliklərinə təşkilati işlərdə kömək göstərdiyini və sədrlik başa çatanadək bu istiqamətdə səylərini əsirgəməyəcəyini vurğulayıb. İclasın işində fəal iştiraklarına görə o, İcraiyyə Komitəsinin üzvlərinə təşəkkürünü bildirib.
Bununla da OANA İcraiyyə Komitəsinin Hanoyda keçirilən 44-cü iclası başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15
İqtisadiyyat
26 Avqust 15:50
YAP xəbərləri
26 Avqust 15:45
Dünya
26 Avqust 15:26
Dünya
26 Avqust 14:54
Sosial
26 Avqust 14:30
İdman
26 Avqust 14:15
Dünya
26 Avqust 13:45
İdman
26 Avqust 13:18
Dünya
26 Avqust 12:46
Gündəm
26 Avqust 11:58
Gündəm
26 Avqust 11:48
Gündəm
26 Avqust 11:41
Gündəm
26 Avqust 11:38
İqtisadiyyat
26 Avqust 11:25
Gündəm
26 Avqust 10:59
İqtisadiyyat
26 Avqust 10:58

