/ / Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
Hikmət Babaoğlu: Ölkəmizdə həyata keçirilən islahatları xalqın dəstəkləməsi anti-Azərbaycan qüvvələri narahat edir
23.04.2019 [09:21]
Beynəlxalq anti-Azərbaycan şəbəkəsi son günlər yenidən fəallaşmağa başlayaraq ölkəmiz əleyhinə qarayaxma kampaniyasına start verib. Bu, əlbəttə, təsadüfi deyil. Çünki 2019-cu ildə Azərbaycan bir sıra mühüm əhəmiyyətli beynəlxalq layihələrini başa çatdıracaq, mühüm sazişlərə imza atacaq, ötən illərdə həyata keçirilən islahatların bazasında milli iqtisadiyyatın daha da böyüməsini təmin edəcək, beynəlxalq nüfuzundan istifadə etməklə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində real nəticələr əldə etməyə çalışacaq, sosial islahatları davam etdirməklə, yeni, daha effektiv sosial-iqtisadi model yaratmaqla öz vətəndaşlarının rifahı üçün yeni əlverişli şərtlər formalaşdıracaq, ordu quruculuğu işini davam etdirəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu söyləyib. Deputat qeyd edib ki, hazırkı mürəkkəb beynəlxalq və regional şərtlər içərisində ölkəmizin əldə etdiyi bu qədər uğur, heç şübhəsiz, anti-Azərbaycan mövqeli mərkəzləri ciddi şəkildə narahat edir. Ən çox narahatlıq keçirən isə işğalçı Ermənistan və onun beynəlxalq havadarlarıdır.
Milli Məclisin deputatı qeyd edib ki, erməni simpatizanı olan bu beynəlxalq şəbəkə islamofob mərkəzləri və ölkəmizdə yaratmağa çalışdıqları “5-ci kalon” üzvlərini də səfərbər edərək Azərbaycanı gözdən salmaq, onun beynəlxalq nüfuzuna zərbə vurmaq istəyirlər. Bir qədər konkret ifadə etməyə çalışsaq görəcəyik ki, hazırda anti-Azərbaycan şəbəkənin ən çox siyasi istismara məruz qoyduğu mövzu Azərbaycanın Avropa İttifaqı ilə imzalayacağı strateji tərəfdaşlıq sazişidir. Bunun başlıca səbəbi həmin sazişdə Avropa İttifaqına üzv ölkələrin hamısı tərəfindən bir daha Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin öz əksini tapacağıdır. Bu, işğalçı Ermənistan və onun lobbisi ilə əlaqədar olan şəbəkəni ciddi şəkildə narahat edir. Çox maraqlıdır ki, Azərbaycandakı bəzi radikal müxalif marginallar da ölkəmizi məhz bu məsələdə tənqid etməklə əslində ermənilərlə sinxron hərəkət etdiklərini göstərirlər. Bunu isə Azərbaycan cəmiyyətinə guya Avropa İttifaqı ilə imzalanacaq sazişin milli maraqlarımıza cavab vermədiyi ilə izah etməyə çalışırlar. Ancaq, əlbəttə, ölkəmizdə hər kəs bunu başa düşür ki, radikallar eyni mərkəzdən sifariş almaqla milli maraqlarımıza qarşı əleyhdarlarımızla birgə çalışırlar.
Başqa bir mühüm məsələ ondan ibarətdir ki, bu il Cənub Qaz Dəhlizi layihəsi tamamlanacaq və beləliklə, ölkəmiz həm iqtisadi baxımdan daha da güclənəcək, həm də siyasi baxımdan beynəlxalq münasibətlər sistemində öz nüfuzunu bir qədər də artıracaq. Bu amil isə Dağlıq Qarabağ probleminin həllində bizi daha da güclü edəcək. Bu da işğalçı Ermənistanın lehinə deyil. Nəhayət, ən ümdə məsələlərdən biri Azərbaycanda həyata keçirilən kompleks islahatlar və onun xalq tərəfindən dəstəklənməsidir. “Opinion Way” sorğu şirkətinin anketlərində əksini tapan xalq-iqtidar birliyi nümunəsi də anti-Azərbaycan mərkəzlərin ciddi narahatlığına səbəb olub. Məsələ ondadır ki, Azərbaycanın inkişafına və müstəqil siyasətinə mane ola bilməyən güc mərkəzləri onu daxildən parçalamaqla zəiflətmək və beləliklə də Qarabağ problemini birdəfəlik yaddan çıxarmaq istəyirlər. Diqqət etsək görərik ki, nə xaricdə bizə qarşı fəaliyyət göstərən “mühacirət müxalifəti”, nə də Azərbaycanda olan marginallaşmış müxalif qrup problemlərdən danışan zaman bir dəfə də olsun Qarabağ problemindən danışmırlar. Çünki onlar, sadəcə, anti-Azərbaycan mərkəzlərdən aldıqları təlimatla hərəkət edirlər. Bütün bunlar isə Azərbaycan xalqının diqqətindən əsla yayınmır və xalqımızı öz liderinin ətrafında daha sıx birləşməyə sövq edir.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

