Televiziya və radioda olan problemlər cəmiyyətimizin problemləridir
25.11.2009 [10:12]
Dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) rəyasət heyətində “Azərbaycan televiziya məkanı ictimai və mədəni həyatımızın aktual problemləri işığında” mövzusunda elmi-təcrübi konfrans keçirilib. Tanınmış ziyalıların, elm xadimlərinin iştirak etdikləri konfrans Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi ilə bağlı təşkil edilib.
AMEA-nın prezidenti, akademik Mahmud Kərimov konfransı açaraq mövzunun əhəmiyyətindən danışıb. Akademik bildirib ki, konfransda “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində qaldırılan məsələlər tanınmış alimlər tərəfindən şərh ediləcək və problemlərin həlli yolları müzakirə olunacaq. Məruzəçilərin bu məsələ ilə bağlı səsləndirdikləri təkliflər ümumiləşdirilərək müvafiq təşkilatlara təqdim ediləcək. Akademik M.Kərimov deyib ki, Azərbaycanın efir məkanı ölkəmizin güzgüsüdür. Televiziya və radioda olan problemlər cəmiyyətimizin problemləridir. Ona görə də məsələyə kompleks şəkildə baxılmalı, alimlərin bu istiqamətdə fikir və təklifləri şərh edilməli, onların efir məkanı ilə əlaqəsi yaxşılaşdırılmalıdır. Düşünürəm ki, konfrans bu işə mühüm töhfə verəcək.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik Bəkir Nəbiyev “Azərbaycan televiziyası və ədəbiyyatımız” mövzusunda məruzə ilə çıxış edib.
Natiq vurğulayıb ki, ölkəmizdəki demokratik mühitdən, söz azadlığından sui-istifadə edən bəzi telekanallarda özünə yer tapan bayağı verilişlər, şit şou-əyləncə proqramları, səviyyəsiz yarışmalar, ara söhbətləri bir növ “yeni” ənənəyə çevrilmişdir. Akademik Ramiz Mehdiyevin “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsində çox doğru olaraq bu cəhətlər kəskin tənqid edilir və onların arxasındakı reklam-biznes-bazar maraqlarının bəzi məkrli cəhətləri açıqlanır. Mənsub olduğu xalqın mənəviyyatını, tarixi-mədəni dəyərlərini gözdən salan bir sıra verilişlər həqiqətən də bügünümüz və sabahımız üçün olduqca zərərlidir.
Nə qədər ağrılı olsa da, deməliyik ki, bəzi telekanallarda hərbi-vətənpərvərlik verilişləri azlıq təşkil edir. Olanlar da başdansovdu və uzun illərdən bəri tamaşaçını bezdirən şablonlar əsasında hazırlanır. Bu mövzuda yeni və fərqli, cəlbedici proqram variantları demək olar ki, görünmür. Qarabağ problemi, işğal altındakı torpaqlarımızın taleyi kimi ən vacib və aktual məsələlər çox vaxt ekran-efir mühitində ikinci planda qalır. Əvəzində telekanallarda səviyyəsiz və bəzən ikrah doğuran proqramlar geniş yer alır.
Konfransda AMEA-nın Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun direktoru İlham Məmmədzadə “Azərbaycan efir məkanı və ictimaiyyətçi alimlər qarşısında duran vəzifələr”, AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru Gövhər Baxşəliyeva “Şərqşünas alimlər efir məkanını necə görmək istəyir”, AMEA-nın müxbir üzvü Rəna Məmmədova “Azərbaycan teleməkanında milli musiqimiz”, AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru Aytən Mustafayeva “Tamaşaçının və ya oxucunun hüquqlarını necə qorumalı”, professor Rəhilə Məhərrəmova “Azərbaycan efir məkanı və ədəbi dilimiz”, sənətşünaslıq doktoru Kübra Əliyeva “Azərbaycan incəsənəti efir məkanında” və filologiya elmləri namizədi Ağaverdi Xəlilov “Azərbaycanın efir məkanı və folklor: problemlər və perspektivlər” mövzularında məruzələrlə çıxış ediblər. Məruzələrdə jurnalistlərin peşəkarlığını artırmaq üçün treninqlərin təşkili, efir üçün seçilmiş mövzulara uyğun ekspertlərin təyin olunması, AMEA-nın institutları tərəfindən müxtəlif mövzulara uyğun layihələrin hazırlanaraq telekanallara təqdim edilməsi, Azərbaycan dilinin üslub və qaydalarına əməl olunması, yeri gəldi-gəlmədi alınma sözlərdən istifadənin qarşısının alınması, görkəmli alimlərin həyat və fəaliyyətini əks etdirən verilişlərin hazırlanması və digər təkliflər səsləndirilib.
Məruzələr ətrafında AMEA-nın müxbir üzvü Tofiq Hacıyev, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı, professor Nizami Xudiyev və başqaları çıxış edərək, konfransın aktuallığını vurğulayıb və Azərbaycanın efir məkanı üçün vacib olan bəzi məsələlərdən danışıblar.
Xəbər lenti
Hamısına bax 
                    Sosial
30 Oktyabr 08:59
 
                    MEDİA
30 Oktyabr 08:24
.jpg&width=120) 
                    Gündəm
30 Oktyabr 07:49
 
                    Sosial
30 Oktyabr 00:16
 
                    İqtisadiyyat
29 Oktyabr 23:36
 
                    Dünya
29 Oktyabr 23:18
 
                    İqtisadiyyat
29 Oktyabr 22:38
 
                    Dünya
29 Oktyabr 22:16
 
                    İdman
29 Oktyabr 21:42
 
                    Dünya
29 Oktyabr 21:30
 
                    Sosial
29 Oktyabr 21:18
 
                    Sosial
29 Oktyabr 20:51
 
                    İdman
29 Oktyabr 20:33
 
                    Maraqlı
29 Oktyabr 20:16
 
                    YAP xəbərləri
29 Oktyabr 20:10
 
                    Dünya
29 Oktyabr 19:50
 
                    İqtisadiyyat
29 Oktyabr 19:32
 
                    Maraqlı
29 Oktyabr 19:15
 
                    Gündəm
29 Oktyabr 19:13
 
                    YAP xəbərləri
29 Oktyabr 19:00
 
                    YAP xəbərləri
29 Oktyabr 18:09
 
                    Dünya
29 Oktyabr 17:32
 
                    Maraqlı
29 Oktyabr 16:58
 
                    Gündəm
29 Oktyabr 16:56
 
                    Sosial
29 Oktyabr 16:50
 
                    Dünya
29 Oktyabr 16:24
 
                    YAP xəbərləri
29 Oktyabr 16:03
 
                    Dünya
29 Oktyabr 15:42
 
                    Dünya
29 Oktyabr 15:19
 
                    YAP xəbərləri
29 Oktyabr 15:07
 
                    Dünya
29 Oktyabr 14:55
 
                    YAP xəbərləri
29 Oktyabr 14:45
 
                    Sosial
29 Oktyabr 14:43
 
                    Dünya
29 Oktyabr 14:20
 
                    YAP xəbərləri
29 Oktyabr 14:01
 
                    Sosial
29 Oktyabr 13:58
 
                    Gündəm
29 Oktyabr 13:57
 
                    Xəbər lenti
29 Oktyabr 13:55
 
                    Sosial
29 Oktyabr 13:53
 
                    Dünya
29 Oktyabr 13:51
 
                    Dünya
29 Oktyabr 13:49
 
                    Dünya
29 Oktyabr 13:25
 
                    YAP xəbərləri
29 Oktyabr 13:08
 
                    Sosial
29 Oktyabr 13:03
 
                    Dünya
29 Oktyabr 12:51
 
                    Dünya
29 Oktyabr 12:30
 
                    Maraqlı
29 Oktyabr 12:17
 
                    Siyasət
29 Oktyabr 11:47
 
                    Siyasət
29 Oktyabr 11:45
 
                    Siyasət
29 Oktyabr 11:26
 
                    Siyasət
29 Oktyabr 11:19
 
                    Sosial
29 Oktyabr 11:15
 
                    Hadisə
29 Oktyabr 11:14
 
                    İqtisadiyyat
29 Oktyabr 11:13
 
                    İqtisadiyyat
29 Oktyabr 11:12
 
                    Siyasət
29 Oktyabr 10:58
 
                    İqtisadiyyat
29 Oktyabr 10:32
 
                    Siyasət
29 Oktyabr 10:14
 
                    Ədəbiyyat
29 Oktyabr 09:51
 
                    Siyasət
29 Oktyabr 09:38
 
                    Analitik
29 Oktyabr 09:17
 
                    Analitik
29 Oktyabr 09:14
 
                    Analitik
29 Oktyabr 09:13
 
                    Sosial
29 Oktyabr 08:56
 
                    MEDİA
29 Oktyabr 08:31
 
                    Sosial
29 Oktyabr 08:11
 
                    Sosial
29 Oktyabr 08:11
 
                    Sosial
29 Oktyabr 08:09
 
                    Sosial
29 Oktyabr 07:47
 
                    Dünya
28 Oktyabr 23:41
 
                             
                    
 
                        