/ / Vüqar Rəhimzadə: Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır
11.05.2019 [09:58]
Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində Heydər Əliyev dövrü bənzərsizdir. Bu dövrün hər bir mərhələsi müasir tariximizin bütöv bir salnaməsini təşkil edir. Tariximizi vərəqlədikcə Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısındakı xidmətlərinin miqyasının nə qədər geniş olduğunu daha aydın görür, möhkəm təməl üzərində addımlayan Azərbaycanın uğurları fonunda Heydər Əliyev yolunun qarşıdakı illərdə daha yüksək zirvələri fəth etməyimizə əsas yaratdığını böyük qürur hissi ilə qeyd edirik. Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycan harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar üçün qürur mənbəyidir.
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü ilə bağlı AZƏRTAC-a açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, dahi şəxsiyyət Heydər Əliyevin “Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” tezisi hər birimizin həyat amalına çevrilməklə yanaşı, azərbaycançılıq məfkurəsi ətrafında birliyimizə, həmrəyliyimizə, Vətənə, dövlətə, xalqa bağlılığımıza, vətənpərvərlik hissinin daha da artırılmasına bir çağırışdır. Ümummilli Liderin fəaliyyətinin əsasında dayanan xilaskarlıq missiyası da Onun Vətən, xalq sevgisindən qaynaqlanırdı. Hakimiyyətinin hər iki dövründə Azərbaycanın tarixinə biri-birindən önəmli uğur səhifələrini yazan Ulu Öndər Heydər Əliyev “Azərbaycan dünyaya günəş kimi doğacaq” çağırışını da etmişdir.
YAP Siyasi Şurasının üzvü vurğulayıb ki, müstəqilliyimizin ilk illərində xaos, anarxiya, özbaşınalıq, iqtisadi tənəzzül, “olum, ya ölüm” dilemması qarşısında qalan Azərbaycan xalqı onu bu vəziyyətdən çıxaracaq yeganə liderin Ulu Öndər Heydər Əliyev olduğunu Onun yenidən hakimiyyətə qayıtması çağırışını etməklə bildirdi. Hər zaman xalqının yanında olan Ulu Öndər Heydər Əliyev yenə də xalqın təkidli tələbini müsbət cavablandıraraq hakimiyyətə qayıtdı. 1993-cü il 15 iyunun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil olması səbəbsiz deyil. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan xilas oldu, inkişaf yoluna çıxdı. Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan qısa müddətdə sabitlik diyarına çevrildi.
V.Rəhimzadə bildirib ki, Azərbaycanın iqtisadi uğurlarının davamlılığı siyasi mövqeyinin möhkəmlənməsinə də geniş yol açdı. Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin uğurlu daxili siyasəti nəticəsində ölkəmizdə demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən bütün atributlar bərqərar oldu. İnsan hüquq və azadlıqlarının qorunması, mətbuat azadlığının təmin edilməsi, çoxpartiyalı sistemin yaradılması, seçkilərin demokratik və beynəlxalq standartlara uyğun keçirilməsi üçün zəruri olan bütün addımlar atıldı. Mətbuatın üzərindən senzuranın götürülməsi, ölüm hökmünün ləğvi kimi biri-birindən önəmli addımlar Ulu Öndər Heydər Əliyevin humanizm siyasətinin əsas tərkib hissələridir. Dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanan və referendum yolu ilə qəbul olunan milli Konstitusiyamız Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda inamla addımlamasına yol açdı.
V.Rəhimzadə diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyevin fəaliyyətinin hər bir sahəsi bir araşdırma mövzusudur: “Reallıq budur ki, Azərbaycan müstəqil dövlət olaraq öz varlığını təsdiqlədi, sözünün imzası qədər dəyəri olduğunu bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı möhkəm təməl üzərində inamla addımlayır. Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev ilk gündən Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etdi. Son 15 il bu vədin konkret əməli işdə öz təsdiqini tapdığını göstərir”.
V.Rəhimzadə onu da qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərindən bəhs edərkən bu gün cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrilən Yeni Azərbaycan Partiyasının yaradıcısı olduğunu xüsusi qeyd etməliyik. “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır” söyləyən Ümummilli Lider bu fikirləri ilə partiyanın gələcəyinə inamını aydın şəkildə ifadə etmişdir. Hazırda sıralarında 730 mindən artıq üzvü birləşdirən Yeni Azərbaycan Partiyasına milyonların sevgisi şəksizdir.
Baş redaktor sonda vurğulayıb ki, Ulu Öndərin xidmətlərinin miqyası o qədər geniş, bugünkü və gələcək nəsillərə çatdırılacaq məqamlar o qədər sonsuzdur ki, daim araşdırmalara, yeni-yeni elmi əsərlərə, kitablara ehtiyac yaranır. Hər birimiz Heydər Əliyev irsinin təbliğatçısı olmalı, Azərbaycanın daha qüdrətli, güclü dövlətə çevrilməsinə öz töhfəmizi verməliyik.
Xəbər lenti
Hamısına baxGündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35
YAP xəbərləri
26 Avqust 17:29
Sosial
26 Avqust 17:14
Sosial
26 Avqust 16:59
Mədəniyyət
26 Avqust 16:56
Siyasət
26 Avqust 16:37
Sosial
26 Avqust 16:19
İdman
26 Avqust 16:15

