Fransa Azərbaycanın ən yaxın tərəfdaşına çevrilib
26.11.2009 [09:34]
Avropanın ən inkişaf etmiş dövlətlərindən olan Fransa ilə Azərbaycan arasında siyasi-iqtisadi, mədəni-humanitar və digər sahələrdə münasibətlər möhkəmlənərək ən yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Fransa siyasi-iqtisadi əlaqələrinin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri ilə yanaşı, ölkələr arasında yaradılmış hökumətlərarası komissiyanın fəaliyyəti də mühüm rol oynamaqdadır. 1997-ci ildə yaradılan komissiyanın indiyədək keçirilmiş bir neçə iclasında tərəflər arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın əlaqələndirilməsi, təşviqi və yeni sahələr üzrə əməkdaşlığın yaradılması ilə bağlı mühüm qərarlar qəbul edilib.
Azərbaycan və Fransa arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması, ikiqat vergiqoymanın aradan qaldırılması ilə bağlı sazişlər imzalanıb ki, bu da sərmayədarların axını üçün geniş imkanlar yaradıb. ümumilikdə, həm hökumətlərarası komissiyanın, həm də iş adamları arasında birbaşa təmasların nəticəsi olaraq ölkələr arasında ticarət dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə yüksəlib. Hazırda ölkələr arasında mal mübadiləsinin həcmi 700 milyon dollara çatıb. Fransa Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə, Avropa Birliyi ölkələri sırasında ikinci yeri tutur. Hazırda Azərbaycanda müxtəlif sahələrdə Fransa kapitalı olan 45 şirkət fəaliyyət göstərir.
Əməkdaşlığın yeni mərhələyə qədəm qoyması Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında çəkisinin hər il artmasına səbəb olub və bu ölkə respublikamıza yatırılan sərmayələrin həcminə görə 4-cü yerdə qərarlaşıb. Neft və qaz sahəsində fəaliyyət göstərən fransız şirkətlərindən “Total” (“TotalFinaElf”) indiyədək imzalanmış neft müqavilələrinin 3-ündə pay sahibidir və şirkət Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum layihələrində səhmdarlar qrupunda yer alıb. “Total” “Şahdəniz” layihəsində də böyük paya malikdir. 10 faizlik paya sahib olan səhmdar bununla kifayətlənməyərək yeni karbohidrogen yataqlarının geoloji kəşfiyyatı və hasilatı ilə bağlı işləri davam etdirir.
Fransa ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın intensiv xarakter almasında və dinamizmin möhkəmlənməsində bu ölkənin ən nəhəng təşkilatı olan Fransa Sahibkarlar Birliyinin (MEDEF) apardığı siyasətin təsiri xüsusilə böyükdür və bu qurum Avropada ictimai və iqtisadi çəkisinə görə ən iri strukturlardan hesab olunur. Fransanın ən iri şirkətlərini özündə birləşdirən MEDEF regionda ən iri layihələrin həyata keçirilməsində lokomotiv rolunu oynayır. 700 mindən artıq fransız şirkətinin cəmləşdiyi bu qurumun nümayəndələrinin respublikamıza səfərləri mütəmadi xarakter alıb və bir müddət əvvəl ölkəmizə səfər edən MEDEF-in nümayəndə heyətinin rəhbəri, xanım Paskal Janin Perezi Prezident İlham Əliyev qəbul edib. Paskal Janin Perez dövlətimizin başçısı ilə aparılan müzakirələr zamanı bir daha bəyan edib ki, Fransa şirkətlərinin respublikamıza olan marağı böyükdür və onlar enerji, nəqliyyat, bank xidmətləri, sənaye, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığı möhkəmləndirmək istəyirlər.
MEDEF-in təşkilatçılığı nəticəsində fransız şirkətlərinin ölkəmizdə fəallığı bir qədər də yüksəlib. Dövlət Neft Şirkəti ilə “BNP Paribas” sindikatı arasında 750 milyon dollar məbləğində kredit sazişi imzalanıb. Bankın digər böyük layihəsi Sumqayıtdakı yeni inşa olunan İstilik Elektrik Stansiyasının tikintisinin maliyyələşdirilməsini nəzərdə tutur. Fransanın “BNV Paribas” bankı bu gün istər neft, istərsə də nəqliyyat-infrastruktur layihələrinin maliyyələşdirilməsində ən fəal iştirak edən qurumdur. “BNP Paribas” Bakıdan Gürcüstan sərhəddinədək uzanan magistral avtomobil yolunun tikintisinin maliyyələşdirilməsində və su təchizatının yaxşılaşdırılması, kommunikasiya sisteminin yenidən qurulması, meliorasiya təsərrüfatının əsaslı şəkildə bərpası layihələrində iştirak edir. Fransanın digər maliyyə institutu olan “Societe Generale” bankı da Azərbaycanda investisiya imkanlarını genişləndirmək niyyətindədir. Bank neft sektoru ilə bərabər enerji, maliyyə və qeyri-neft sektoruna kredit qoyuluşunu artırmaq barədə qərara gəlib. “Societe Generale” Dövlət Neft Şirkətinin Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisindəki payını da maliyyələşdirib. Bank bu məqsədlə 65 milyon dollar kredit ayırıb. Bundan əlavə, Sumqayıtdakı buxar-qaz qurğusunun tikintisinə 30 milyon dollardan çox vəsait yönəldilib. Hazırda fransız bankının maliyyələşdirmək istədiyi iki layihə özəl sektorda istehsal və xidmət sahələrini əhatə edir. ümumilikdə, “Societe Generale”nin strategiyası Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutan layihələrdən ibarətdir. Bundan başqa, Fransanın Avropada zirehli maşınların istehsalına görə fərqlənən “PARNARD DEFENSE” şirkəti ölkəmizdə hərbi sənaye kompleksi üçün texnikaların hazırlanmasını təklif edir.
Fransa həmişə birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və ərazilərin güc yolu ilə dəyişdirilməsinin mümkünsüzlüyünü bəyan edib. Minsk qrupunun həmsədrlərindən biri kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində sülh yolu ilə həll olunacağına əminliyini ifadə edib.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40

