Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Məcburi köçkünlərin sosial şəraiti daha da yaxşılaşdırılacaq

Məcburi köçkünlərin sosial şəraiti daha da yaxşılaşdırılacaq

26.11.2009 [09:36]

Qaçqın və məcburi köçkünlərin məşğulluğunun artırılması üçün bir sıra layihələr həyata keçiriləcək
Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması, məişət problemlərinin həll olunması hökumətin iqtisadi və sosial siyasətinin başlıca hədəflərini təşkil edir. Hökumət ilk gündən etibarən, Ermənistanın işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarını itirən məcburi köçkünlərin məişət problemlərinin təxirəsalınmaz şəkildə həll olunması və onların mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı kompleks tədbirlər həyata keçirib. ötən illər ərzində qaçqınların məskunlaşdığı çadır şəhərciklərinin ləğv olunması və onların hər cür infrastruktura malik yeni salınmış qəsəbələrdəki mənzillərlə təmin edilməsi dövlətin bu insanlara olan yüksək diqqət və qayğısının bariz nümunəsi hesab oluna bilər.
Hökumət məcburi köçkünlərin problemlərinin həlli, sosial imkanlarının yaxşılaşdırılması üçün hər il davamlı tədbirlər həyata keçirir və respublikamızın büdcə gəlirləri ilə yanaşı, digər maliyyə mənbələrindən ayrılan vəsaitlər qaçqınların həyat şəraitinin yüksəldilməsinə xidmət edir. Son beş ildə görülən işlər məcburi köçkünlərin sosial şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşmasında müstəsna rol oynayıb. Prezident İlham Əliyev hər zaman məcburi köçkünlərin həyat şəraiti ilə yaxından maraqlanaraq ölkəmizin artan iqtisadi imkanları hesabına əldə olunmuş gəlirlərin, ilk növbədə, bu insanların rifah halının yaxşılaşmasına yönəldilməsini tövsiyə edib. Dövlət başçısı Prezidentlik fəaliyyətinin ilk günündən etibarən, qaçqınların mənzil probleminin həll olunması üçün mühüm addımlar atıb. 2003-cü ildə Prezident seçilərkən qarşıdakı 5 il ərzində ölkəmizdə bir dənə də çadır şəhərciyinin qalmayacağını vəd edən dövlət başçısı İlham Əliyev bu vədə vaxtından əvvəl əməl etməklə qaçqın və məcburi köçkünlərə olan hədsiz diqqətini nümayiş etdirib. Xatırladaq ki, 12-dən çox çadır şəhərciyinin ləğv olunmasına və məcburi köçkünlərin sosial vəziyyəti ilə bağlı nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə 2 milyard dollara yaxın vəsait xərclənib. ötən illər ərzində bütün çadır şəhərciklərinin ləğv edilməsi və qaçqınların yeni mənzillərlə təmin olunması ilə yanaşı, onların məşğulluğunun artırılmasına dair mühüm layihələr həyata keçirilib və bu siyasət davam etdirilməkdədir. Bu layihələrlə bərabər, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda məcburi köçkünlərin iş yerləri ilə təmin olunması, onların məskunlaşdığı ərazilərdə yeni müəssisələrin yaradılması, istehsal imkanlarının artırılmasına dair tədbirlər planı nəzərdə tutulub. Qeyd edək ki, regionların inkişafı ilə bağlı birinci proqramda həmin tədbirlərin yerinə yetirilməsi nəticəsində qaçqınların fəaliyyət göstərdiyi yaşayış bölgələrində xeyli iş yerlərinin yaradılması mümkün olub. Birinci proqram çərçivəsində, ümumilikdə, ölkə üzrə yaradılmış iş yerlərinin 2 faizdən çoxu Yuxarı Qarabağ, 1 faizə yaxını isə Kəlbəcər-Laçın iqtisadi rayonlarının payına düşüb.
2009-2013-cü illəri əhatə edən Dövlət Proqramında isə Yuxarı Qarabağ və Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan ərazilərdə sosialyönümlü obyektlərin inşa edilməsinin, kommunal və infrastruktur şəbəkələrinin yaradılmasının daha da gücləndirilməsi nəzərdə tutulub. Proqramdakı tədbirlərin əsas mahiyyəti məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması, məktəb, səhiyyə, xəstəxana və digər sosial obyektlərin tikintisi, vətəndaşların yeni iş yerləri ilə təmin edilməsindən ibarətdir. Yeni müəssisələrin yaradılmasının miqyasının genişləndirilməsi üçün sahibkarların maliyyə təminatının yaxşılaşdırılması, onlara güzəştli vergi-gömrük tarifləri tətbiq edilməsi, yeni yaradılan müəssisələrin ən müasir avadanlıqlarla təmin edilməsi və digər tədbirlər də proqramın başlıca istiqamətlərini təşkil edəcək.
Qaçqın və məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılmasında Dövlət Neft Fondundan ayrılan vəsaitlər və Dövlət Neft Şirkətinin həyata keçirdiyi müxtəlif sosial tədbirlər də öz mühüm töhfəsini verməkdədir. Təkcə 2009-cu ildə Neft Fondundan bir sıra sosialməqsədli layihələr üçün 70 milyon manata yaxın vəsait ayrılıb.  Prezident İlham Əliyev qaçqın və məcburi köçkünlərin həyat şəraitinin daha da yüksəldilməsi, onların daha da yaxşı yaşaması üçün həyata keçirilən tədbirlərin miqyasının genişləndiriləcəyini bəyan edib. Dövlət başçısının son dövrlər qaçqınlarla müntəzəm görüşləri və onların sosial qayğıları ilə yaxından tanış olması, sosial-infrastruktur təminatının yüksəldilməsi üçün lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq orqanlara tapşırıqlar verməsi bu kateqoriyadan olan insanlara ən böyük diqqətin nümunəsidir.
ötən həftə ərzində Prezident İlham Əliyev Bakının Binəqədi rayonundakı 369 məcburi köçkün ailəsi üçün nəzərdə tutulan yaşayış binasının açılışında və Goranboy rayonunun Veyisli kəndində salınmış yeni qəsəbənin istifadəyə verilməsində iştirak etməklə, qaçqınların məişət şəraitinə diqqəti başlıca şərtlərdən biri hesab etdiyini bir daha nümayiş etdirib. Dövlət başçısı ölkəmizin maliyyə imkanları yaxşılaşdıqca qaçqınların sosial həyat şəraiti ilə bağlı tədbirlərin gücləndiriləcəyini bəyan edib. Bundan sonrakı mərhələdə ictimai yerlərdə, hərbi hissələrin ərazilərində, məktəblərdə, yataqxanalarda yaşayan qaçqınların mənzil şəraiti yaxşılaşdırılacaq. Təbii ki, bu tədbirlərin ən son mərhələsi qaçqınların öz doğma torpaqlarında həyata keçiriləcək layihələrin icrası ilə tamamlanacaq. Bu cür mənzillərin tikintisi, infrastruktur obyektlərinin salınması, yeni müəssisələrin yaradılması, məşğulluğun təmin edilməsi işğal olunmuş torpaqlar azad edildikdən sonra məcburi köçkünlərin doğma yurdlarında həyata keçiriləcək.
ELBRUS CƏFƏRLİ



Paylaş:
Baxılıb: 1007 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31