Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın dəvəti ilə Avropa Xalq Partiyasının nümayəndələri Bakıda səfərdədir

YAP-ın dəvəti ilə Avropa Xalq Partiyasının nümayəndələri Bakıda səfərdədir

26.11.2009 [09:40]

Dünən YAP-ın Sədr müavini - İcra katibi Əli Əhmədov Avropa Xalq Partiyasının beynəlxalq əlaqələr üzrə katibi Nikola Briki və qurumun siyasi müşaviri Xuan Aleksandro Van Nessi partiyanın mənzil qərarqahında qəbul edib. www.yap.org.az saytının məlumatına görə, Əli Əhmədov ümummilli lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası, partiyanın həyata keçirdiyi siyasət və əldə etdiyi uğurlar, habelə Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, öz yurd-yuvalarından didərgin düşmüş məcburi köçkünlər və onların yaşayışı haqqında qonaqlara geniş məlumat verib. Prezident İlham Əliyevin respublikada və regionda həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın bölgədə siyasi, sosial-iqtisadi, habelə bütün sahələrdə lider dövlətə çevrilməsi haqqında danışan YAP-ın Sədr müavini, ölkə başçısının xalqın rəğbətini və dəstəyini qazandığını qonaqların diqqətinə çatdırıb. Azərbaycanın regionda ən tolerant siyasi sistemə sahib olduğunu deyən qonaqlar, ölkənin Avropaya inteqrasiya etmə istəyini və çox qısa zaman kəsiyində demokratik ruhda bu cür inkişaf etməsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Daha sonra tərəflər görüşdə Yeni Azərbaycan Partiyası ilə Avropa Xalq Partiyası arasındakı əməkdaşlığın inkişafı və YAP-ın quruma üzv olması istiqamətində fikir mübadiləsi aparıblar. Əli Əhmədov YAP-ın AXP ilə münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu bir daha nəzərə çatdırıb. YAP-la tanışlıqdan sonra AXP nümayəndələri Milli Məclisdə olub və ayrı-ayrılıqda Milli Məclisin ATƏT-də və AŞ PA-da olan nümayəndə heyəti üzvləri ilə görüşlər keçiriblər. Görüşlərdə Milli Məclisin sədr müavini Bahar Muradova və Milli Məclisin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın siyasi sistemi, həyata keçirdiyi xarici siyasət və prioritet istiqamətləri, demokratik islahatlar haqqında qonaqlara geniş məlumat veriblər.
Qeyd edək ki, keçirilən bütün görüşlərdə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və Milli Məclisin deputatı Asəf Hacıyev iştirak ediblər.

Paylaş:
Baxılıb: 1063 dəfə

Xəbər lenti

Hamısına bax

MEDİA

Sosial

100 dollarlıq "akademik"…

30 Oktyabr 00:16  

YAP xəbərləri

Dünya

Siyasət

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

İlk dəfə...

29 Oktyabr 10:32

Ədəbiyyat

Siyasət

Analitik

Sosial

Görünməz təhlükə!

29 Oktyabr 08:56

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31