Milli Məclisdə “Azərbaycan Avropa məkanında” adlı konfrans keçirilib
30.05.2019 [10:10]
Mayın 29-da Milli Məclisdə “Azərbaycan Avropa məkanında” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxış edərək Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığa böyük önəm verdiyini söyləyib. O deyib ki, birgə evimiz olan Avropada münasibətlərimiz konstruktiv dialoq əsasında qurulmalıdır. Şərq və Qərb bir araya gələrək mövcud problemləri müzakirə etməlidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində BMT Təhlükəsizlik Şurasının, AŞPA-nın, ATƏT-in qəbul etdiyi qərarları diqqətə çatdırıb, həmçinin Xocalı soyqırımı barədə danışıb. Komitə sədri bildirib ki, Azərbaycanın qapıları dostlar üçün hər zaman açıqdır. Bu gün Avropada antisemitizm halları müşahidə olunur. Bizim ölkəmizdə isə yəhudilər həmişə sərbəst yaşayıblar. Sinaqoqlar, kilsələr fəaliyyət göstərir, hətta şəhərin mərkəzində yerləşən erməni kilsəsi hələ də qalmaqdadır. Azərbaycan xalqı tolerantlıq kimi dəyərlərə həmişə xüsusi diqqət yetirir. Bizim parlamentdə də rus, yəhudi, digər xalqların nümayəndələri təmsil olunurlar.
Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov konfransda 10-dan çox ölkənin nümayəndəsinin iştirak etdiyini söyləyib. “Biz hamımız dialoqun tərəfdarıyıq”, - deyən rusiyalı qonaq yaranmış problemlərin qarşılıqlı anlaşma yolu ilə həllinin vacibliyindən danışıb. O, qeyd edib ki, Azərbaycan vacib geosiyasi regionda yerləşir və bu gün beynəlxalq dialoqun mərkəzi rolunu oynayır. Burada müntəzəm olaraq beynəlxalq forumlar keçirilir, müxtəlif sivilizasiyalar və mədəniyyətlər arasında münasibətlərdən söhbət açılır.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov çıxışında bildirib ki, bu gün Azərbaycan sürətlə inkişaf edir. Eyni zamanda, bizim Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemimiz mövcuddur. Ərazilərimizin 20 faizi Ermənistan tərəfindən işğal olunub. Azərbaycan polietnik bir dövlətdir, burada çoxsaylı xalqların nümayəndələri birgə yaşayır. Regiondakı digər ölkələrdə də polietnik cəmiyyətlər qurulub. Burada yeganə monoetnik ölkə Ermənistandır. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı yoxdur. Azərbaycanda və Türkiyədə isə minlərlə erməni yaşayır. Sovet İttifaqı vaxtında Ermənistanda mövcud olan bütün Azərbaycan memarlıq abidələri hazırda dağıdılıb.
Fuad Axundov Oleq Kuznetsovla birgə yazdıqları “Ermənistanda nasizmin qəhrəmanlaşdırılması təcrübəsi” adlı kitabı təqdim edib. Qeyd olunub ki, kitabda 2000-ci ildən başlayaraq nasistlərin qəhrəman kimi təqdim edilməsi ilə bağlı Ermənistanın dövlət siyasəti sənədlərlə təsdiq edilir. Ölkənin müxtəlif şəhərlərində nasist Njdeyə ucaldılmış abidələr, faşist Almaniyasına xidmət edən bu caninin törətdiyi cinayətlər barədə faktlar toplanıb. Prezident Administrasiyasının rəsmisi Azərbaycanın dünya dövlətləri ilə əməkdaşlıq etməyə hazır olduğunu deyib, beynəlxalq toplantılarda iştirak edərək ölkəmiz barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.
Rusiyalı tarixçi Oleq Kuznetsov çıxışında deyib ki, bu gün dünyada nasizmlə mübarizə getdiyi halda, Ermənistanda nasizmin qəhrəmanlaşdırılması ilə bağlı bir kult yaranıb, bu, artıq dövlət ideologiyasına çevrilib. Bu, Avropa üçün bir problemdir. Ermənistanda milliyyətçi rejim mövcuddur. Biz buna qarşı ciddi mübarizə aparmalıyıq.
Tədbirdə Avropa Parlamentinin İngiltərədən, Fransadan, Rumıniyadan, Polşadan olan üzvləri Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini səsləndiriblər. Problemin həlli ilə əlaqədar görülən işlərə, münaqişə zonasında son dövrdə baş verən hadisələrə münasibət bildiriblər. Onlar Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş soyqırımından danışıb, bu ərazinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu bildiriblər. Avropa Parlamentinin üzvləri mədəni irsin dağıdılması, etnik təmizləmə, itirilmiş əmlak məsələlərinin qabardılmasının vacib olduğunu vurğulayıblar.
Konfransda çıxış edənlər müstəqil Azərbaycanın iqtisadi, sosial, demoqrafik inkişafını təqdir ediblər. Qeyd edilib ki, bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın dövlət büdcəsindən qat-qat çoxdur. Yəni, əgər məsələnin sülhlə həlli mümkün olmasa, Azərbaycan problemi müharibə yolu ilə həll etməyə qadirdir.
Görüşdə deputat Cavanşir Feyziyev ölkəmizlə Avropa İttifaqı arasında əməkdaşlıq barədə danışıb. Qeyd edilib ki, Avropa İttifaqı Azərbaycanın sərhədlərinin bütövlüyünü tanıyır, dövlətimizin suverenliyini dəstəklədiyini dəfələrlə nümayiş etdirib.
Toplantıda bir sıra aktual məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
* * *
Sonra mətbuat konfransı keçirilib.
Mətbuat konfransında Avropa Parlamentinin üzvləri Netan Gill (İngiltərə) və Emerik Şoprad (Fransa), Fransa Parlamentinin üzvü Jan-Lük Reyster, Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov, Azərbaycan Prezidenti Administrasiyasının sektor müdiri Fuad Axundov jurnalistləri maraqlandıran suallara cavab veriblər.
Avropalı parlamentarilər vurğulayıblar ki, Azərbaycan təhlükəsiz ölkədir, turist kimi gəlmək üçün çox gözəl diyardır. Azərbaycan xalqı burada məskunlaşmış müxtəlif xalqların və etnik qrupların nümayəndələri ilə dinc yanaşı yaşamağın ən gözəl nümunəsini yaradıb. Azərbaycanda yüksək səviyyədə olan tolerantlıq demokratiyanın təzahürlərindəndir.
Ölkəmizin iqtisadi inkişafından söz açan qonaqlar deyiblər ki, həm Bakıda, həm də bölgələrdə tərəqqi və sabitliyin şahidi olublar. Bir sıra ölkələrdən fərqli olaraq Azərbaycanda siyasi hakimiyyətə hörmət var. Bu, çox yaxşıdır. Azərbaycanın müstəqil siyasəti var, ölkə böyük güclərdən asılı deyil. Son illər Azərbaycan çox vacib, ciddi geosiyasi regiona, dialoq mərkəzinə çevrilib. Burada müntəzəm olaraq beynəlxalq forumlar keçirilir.
Qərbdə Azərbaycana qarşı lobbiçilik olduğunu etiraf edən avropalı parlamentarilər ölkəmizin dünyada hökm sürən çətin şəraitdə müstəqilliyini qoruyub saxlaya bilməsinə də heyranlıq ifadə ediblər.
* * *
Konfrans iştirakçıları Milli Məclisin binası, deputatlar üçün yaradılmış şəraitlə yaxından tanış olublar.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

