/ / Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi və tənəzzüldən xilas edərək inkişaf yoluna çıxardı
Ulu Öndər Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsi və tənəzzüldən xilas edərək inkişaf yoluna çıxardı
05.06.2019 [08:45]
Müstəqil Azərbaycan dövlətçiliyinə və xalqımıza qarşı yönəlmiş 4 iyun hadisələrindən 26 il ötür
Azərbaycanın qısa müstəqillik tarixi heç də hamar olmayıb. Zaman-zaman müstəqilliyimizin başı üstünü qara buludlar alıb, bütövlükdə respublikamızın təhlükəsizliyinə çox ciddi təhdidlər yaranıb. Bu baxımdan 1993-cü ilin 4 iyunu və həmin gün yaşanan hadisələr xüsusi qeyd edilməlidir. 4 iyundan 26 il ötsə də, bəhs olunan tarixdə respublikamızda yaşanan arzuolunmaz hadisələr heç vaxt yaddan çıxmır. Xatırladaq ki, həmin ərəfədə respublikamızın XX yüzillikdə ikinci dəfə qazandığı müstəqilliyinin itirilməsi təhlükəsi yaranmışdı. Belə çətin məqamda xalqımız növbəti dəfə böyük müdriklik göstərərək qarşıdurmaların, respublikada qardaş qanı axıdılmasının miqyasının genişlənməsinə, ölkənin parçalanmasına imkan vermədi.
1993-cü ilin yayında AXC-“Müsavat” iqtidarı ölkəni vətəndaş müharibəsi həddinə gətirib çatdırmışdı
Müstəqilliyimizin ilk illərində, daha konkret desək, 1992-ci il mayın 14-də respublikada cərəyan edən son dərəcə ziddiyyətli hadisələrin fonunda qeyri-qanuni yolla hakimiyyətə yiyələnən AXC-”Müsavat” iqtidarının siyasi səriştəsizliyi ölkəni idarəolunmaz vəziyyətə gətirib çıxarmışdı. Bütün hakimiyyət pillələrinə sirayət edən özbaşınalıq, xaos, hərc-mərclik o dövrü xarakterizə edən əsas cəhətlər idi. Torpaqları işğala məruz qalan ölkənin ordusunda vahid komandanlıq yox idi. Cəbhə bölgəsində döyüş əməliyyatlarına cəlb olunan hərbi hissələrə faktiki nəzarəti siyasi hakimiyyətə iddialar nümayiş etdirən və bir-biri ilə ədavətdə olan partiyaların təmsilçiləri həyata keçirirdilər ki, bu da çox ağır nəticələrə gətirib çıxarırdı. Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, tez-tez dəyişən qərarlar, ölçüyəgəlməz özbaşınalıqlar AXC-”Müsavat” iqtidarının ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Ən acınacaqlısı isə o idi ki, hakimiyyətin ən yüksək ranqlarında mövcud olan qruplaşmalar arasında münasibətlər silahlı qarşıdurma həddinə çatmışdı. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən AXC-”Müsavat” iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.
Belə bir məqamda Azərbaycan hakimiyyəti silahlı birləşmələri, demək olar ki, zorla vətəndaş qarşıdurmasına sürükləyirdi. 1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC-”Müsavat” hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar imzalandı. Qərara tabe olmayan Surət Hüseynov tabeçiliyindəki qoşun hissəsinin Bakıya doğru istiqamət götürməsi əmrini verdi. 1993-cü il 4 iyun tarixində Gəncədə Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verdi. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərk-silah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuzluqla nəticələndi, hər iki tərəfdən 35 nəfər həlak oldu. Gəncəyə göndərilmiş dövlət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürüldü. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırdı, ölkə vətəndaş müharibəsi astanasına gəlib çıxdı.
Yalnız Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısını almaq mümkün oldu
Gəncə hadisələrinə ilk operativ reaksiya Naxçıvandan gəldi. İyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu.
Elə xalqın ümid dolu nəzərləri də həmin dövrdə Naxçıvanda yaşayıb fəaliyyət göstərən və şəxsi nüfuzu, aldığı müdrik qərarlarla muxtar respublikanın ayaqda qalmasını təmin edən Ulu Öndər Heydər Əliyevə dikilmişdi. AXC-”Müsavat” iqtidarının yarıtmaz rəhbərliyindən cana doyan xalq Vətənin bu ağır günündə öz dahi oğlu Heydər Əliyevin Bakıya - Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini qətiyyətlə təkid edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Ulu Öndər isə bu dəfə də xalqın istəyinə biganə qalmayaraq çiyinlərini çox ağır yükün altına verməkdən çəkinmədi. Heydər Əliyev xalqın və respublikanın o vaxtkı rəhbərliyinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi. Belə bir vaxtda Ümummilli Lider Heydər Əliyevin Bakıya gəlişi respublika əhalisində gələcəyə böyük ümidlər yaratdı. Ulu Öndər hər şeyi öyrənib təhlil etdikdən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə Özünün qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır”.
Beləliklə, Azərbaycan bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Yalnız Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində ölkədə vətəndaş qarşıdurmasının qarşısını almaq mümkün oldu. Ulu Öndər özünəxas uzaqgörənliklə qısa müddətdə cəmiyyətin potensialını inkişafa, müstəqilliyimizin möhkəmlənməsinə yönəltdi.
1993-cü ilin 4 iyununda ölkədə baş verən gərgin və ziddiyyətli hadisələrdən sonra Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə Azərbaycanın siyasi rəhbərliyinə gəlməsi müstəqillik tariximizdə dönüş nöqtəsi oldu. Ümummilli Lider Heydər Əliyev iyunun 15-də parlamentin Sədri seçildi. Azərbaycan xalqı 1993-cü və 1998-ci illərdə Ulu Öndərə böyük etimad göstərərək Onu Azərbaycan Respublikasının Prezidenti seçdi. Ümummilli Lider Heydər Əliyevin siyasi iradəsi ilə müstəqil respublikamızda ilk parlament seçkiləri keçirildi. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul olunan Konstitusiyamız Azərbaycanda hüquqi dövlət quruculuğu üçün fundamental baza rolunu oynayır. Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində 1993-1996-cı illərdə ölkədə dövlət idarəçiliyi institutları formalaşdırıldı, qanunsuzluğa və anarxiyaya son qoyuldu, cəmiyyətin bütün sahələrində sabitlik təmin edildi, 1996-cı ildən isə iqtisadi artım dövrü başladı.
Bu gün müstəqil Azərbaycan dünyada milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır. Ölkəmizdə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsi xalqımızda gələcəyə böyük inam doğurur. Dövlət başçısının rəhbərliyi ilə ardıcıllıqla həyata keçirilən məqsədyönlü siyasət sayəsində respublikamız qısa müstəqillik tarixində dünyada ən yüksək sürətlə inkişaf edən ölkəyə çevrilib. Respublikamızın iqtisadi, maliyyə potensialı genişlənib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. Qısa müstəqillik tarixində Azərbaycan dünyanın 155 ölkəsinin dəstəyini qazanaraq 2012-2013-cü illərdə BMT TŞ-nin qeyri-daimi üzvü seçilib. Hazırda respublikamız Cənubi Qafqazın lider dövləti statusunu inamla daşıyır. Bölgədə Azərbaycanın təşəbbüsləri və iştirakı olmadan hər hansı layihəni reallaşdırmaq mümkün deyil.
Azərbaycanın qısa müstəqillik tarixində qazandığı belə uğurların siyahısı kifayət qədər genişdir. Müstəqilliyimizi möhkəmləndirən, Azərbaycanı dünyada nüfuzlu dövlətə çevirən nailiyyətlərimizin təməli isə 4 iyun 1993-cü il hadisələrindən sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıdışı ilə qoyulub. Buna görə də Azərbaycan xalqı Ulu Öndərin Vətənin ağır günündə məsuliyyətdən çəkinməyərək respublikaya rəhbərliyi ələ almasını həmişə minnətdarlıq hissi ilə xatırlayacaq.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

