Ədəbiyyat millətin bədii salnaməsidir
11.12.2009 [09:46]
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, Akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman kontekstində baxış” elmi-kütləvi məqaləsi Azərbaycan ictimaiyyəti və ziyalıları tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb. Cəmiyyətin mənəvi durumunu daim diqqətdə saxlayan və vaxtaşırı müxtəlif səpkili məqalələrində bu problemlərə toxunan bir Azərbaycan ziyalısı kimi akademik Ramiz Mehdiyev həmin yazıda ədəbiyyatımızın bugünkü vəziyyətini təhlil edir və haqlı olaraq qeyd edir ki, bugünkü cəmiyyət çağdaş ədəbi əsərlərin qıtlığı ilə üzləşib: “Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətin böyük marağına səbəb olsun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır”.
çox ağır bir dönəm yaşayan, yenidən müstəqillik aktına imza ataraq böyük iqtisadi çəkinliklər və ağır müharibə şəraitində mövcudluğunu qoruyub saxlaya bilən respublikamızın təkcə son iki onillik tarixi ədəbi xammal kimi yazarlarımızın qarşısında durub. Bu faktdır ki, hər bir tarixi dönəm millətlərin ədəbiyyatında öz inikasını tapır. Ədəbiyyat tarixinə qısaca bir nəzər salmaq kifayət edər ki, bu söylədiklərimizin həqiqət olduğu isbatlansın. çox uzaq keçmişi yox, II Dünya müharibəsi zamanı və qələbədən sonrakı ədəbi coşqunu xatırlatmaq kifayətdir. Tarix təkcə xronologiyadan yox, həm də ədəbiyyatdan öyrənilir. Haqlı olaraq deyilir ki, ədəbiyyat millətin bədii salnaməsidir. Və daha bir vacib məqam da var ki, ədəbiyyat millətin varlığını, dəyərlərini özündə qoruyub saxlayan, əks etdirən və mənəviyyata köçürən ən qüdrətli vasitədir. Ən nəhayət, ədəbiyyatın inkişafı mənəviyyatın və mədəniyyətin formalaşması, incəsənətin inkişafı üçün ən vacib amildir.
Akademik Ramiz Mehdiyev ədəbiyyatın bu mühüm missiyasını nəzərə alaraq yazır ki, söz sənəti karifeylərimizdən bizə zəngin yaradıcılıq məktəbi miras qalıb. Bu isə o deməkdir ki, onların bugünkü varisləri öz yeni ədəbi axtarışları ilə Azərbaycan ədəbiyyatının şöhrətini layiq olduğu yüksəklərə qaldırmalıdırlar. Filosofun xatırlatdığı ədəbi irsin Azərbaycan mənəviyyatından qaynaqlandığını, qaynayıb qarışdığını nəzərə alsaq, bu irsin xalqın özünü daha dərindən tanıması və tarixini qan yaddaşına köçürməsi, yetişməkdə olan nəslin milli-mənəvi dəyərlərdən bəhrələnməsi, özünüdərkə aparan ən düzgün yol olduğu həqiqəti bir daha öz təsdiqini tapır. Ədəbiyyat tariximiz həm millətə bağlı olmaq, həm də dünyəvi və bəşəri ideyaları təbliğ etmək, xalqın ümumi səviyyəsini yüksəltmək kimi missiyasının böyük yaradıcılıq cəsarəti tələb edəndə bunu Mirzə Fətəli Axundov, Cəlil Məmmədquluzadə kimi tarixi şəxsiyyətlərin bacardığı faktları ilə zəngindir. özlərindən sonra böyük bir məktəb qoyub gedən həmin ziyalıların davamçıları Müşviq, Cabbarlı, Cavid imzaları ilə daha da zənginləşib. Bir faktı da qeyd edək ki, ölkəmizin həyatında yeni nəfəs duyulmağa başlayanda - Ulu öndər Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə millət, xalq, torpaq üçün yazarın, ədibin-ədəbiyyatın nə qədər qiymətli olduğunu bütün çətinliklərə baxmayaraq, öz cəsarəti ilə sübut edib. Repressiya qurbanı olan, alnına “xalq düşməni” damğası vurulan böyük Hüseyn Cavidin nəşini vətənə qaytarıb və məzarını ziyarətgah elan edib. Bununla da Azərbaycan ədəbiyyat tarixində, belə demək mümkünsə ikinci intibah dövrü başlanıb. Ana dilimiz və tariximiz haqqında bir-birindən gözəl əsərlərin meydana gəlməsi, ayrı-ayrı imza sahibləri və ədəbiyyat fədailərinin öz yaradıcılıq nəticəsi kimi ədəbiyyatla üzvü surətdə bağlı olan teatrımızın inkişafı üçün müqayisəyə gəlməz dərəcədə böyük işlər görməsi respublikamızın mədəni həyatında əsl bum yaşatdı. Azərbaycan poeziyası, teatrı və nəsri öz inkişafının ən yüksək mərhələsinə qalxdı. Təəssüf ki, cəmiyyətdə bu gün həmin ədəbi coşqu yaşanmır. Və bu süstlük, həm də ədəbi partlayışların həsrətində olan, yaşadığımız tarixi ucuz şou və ajiotaja hesablanmış ədəbi nümunələrlə unutmağa vadar edilən oxucu kütləsinin də itirilməsi deməkdir.
Dağlıq Qarabağ müharibəsini yaşayan, məhv olmuş nəhəng imperiyanın pəncəsi altında qalmaqdan xilas olmuş Azərbaycanda ədəbi-mədəni intibah gözlənilən bir zamanda yaşanan passivlik nəhəng prosesə stimul olacaq təkanın qarşısını alır. Gəlin bu stimul üçün dövlət qayğısını, maddi vəziyyəti, ədəbi proseslərə diqqətsizliyi bəhanə gətirməyək. Son ildə və hətta on beş ildə ədəbi proseslərə, yazarlara diqqət kifayət qədər artırılıb. Ədəbi nəşrlər və layihələr üçün tutarlı rəqəmləri ehtiva edən maddi dəstək, fəxri adlar və təqaüdlər yetərincədir. Amma təəssüf ki, Azərbaycan oxucusu hələ də ədəbi didişmələrin detallarını oxumaqda və nəsillər arasındakı çarpışmanın uzaqdan eşidilən gurultularını dinləməkdədir.
Klassik sənətkarların irsindən bugünkü Azərbaycan poeziyasına romantik vüsəti, yüksək humanist dəyərləri, həyati və tarixi hadisələri fəlsəfi dərinliyi ilə qavrayıb dəyərləndirmək, dramaturgiyanın əsas inkişaf istiqamətlərinə aparan təcrübə və nəzəriyyə tarixini, nəsrimizin çox vacib əhəmiyyəti olan gənc nəslin torpağa, millətə bağlılıq, vətənpərvərlik hisslərinin, milli-mənəvi dəyərlərin qorunmasına yönəlik təbliğatı kimi miraslar qalıb. Ədəbiyyat insan mənəviyyatına xidmət etməli, onu zənginləşdirməlidir ki, uzun sürən keçid dövrünün gizli təlatümlərinin məhv etdiyi dəyərlərin sahibi olan bugünkü Azərbaycan gəncliyinin və ümumilikdə cəmiyyətimizin buna çox ehtiyacı var. Yaranmış mənəvi boşluğu doldurmaq, sarsılmış inamı bərpa etmək, haqsız müharibədə kütləvi psixoloji sarsıntılar keçirmiş insanların ədəbiyyat məlhəminə ehtiyacı hələ ki, bir-iki ədəbi nümunə ilə ödənmək məcburiyyətindədir.
Bu gün geniş oxucu kütləsini maraqlandıran və tələbatın olduğu əsərlərin yarandığı iddia edilsə də, ən yaxşı halda 1000-2000 tirajla nəşr olunan bir neçə kitab barədə yalnız ədəbi dairələrdə məlumat ola bilər. Geniş ictimaiyyət isə bundan xəbərsiz qalır və yaranmış ədəbi nümunə millətin, tariximizin yox, ən yaxşı halda imza sahibinin “vizit kartına” çevrilir.
Bədii əsər həm də digər incəsənət sahələrinin inkişafını stimullaşdırır və bu gün ekran əsərlərinin millətlərin tanınmasında, milli kimliklərinin təsdiqində çox böyük rol oynadığını kimsə dana bilməz. Ədəbiyyat tarixi görüntüyə çevirən böyük yolun ilk qapısıdır. Cəmi iki yüz illikdə başı olmazın müsibətlər çəkən-tarixin səhnəsindən silinmək təhlükəsi ilə üzləşən, elan olunmamış müharibədə bir neçə əsrin düşünülmüş və ən incə detallarına qədər işlənilmiş siyasətinin girovluğundan qurtulmağı bacaran xalqımızın yaşadıqlarının, başına gətirilənlərin ədəbiyyata köçməsi, eyni zamanda, iddia edilən istedadların xalqın istiqlalına, onun mənəviyyatına xidmət yolunda sərf edilməsi zamanın istəyi və əlinə qələm götürən hər bir yazarın borcudur. Odur ki, haqlı iradlara əsassız dözümsüzlük nümayiş etdirənlərin mövcud vəziyyətdən çıxış və Azərbaycan ədəbiyyatının daha da inkişaf etdirilməsi yollarının axtarılıb tapılması üçün səy göstərmələri daha doğru olardı.
Ədəbiyyatın inkişafı həm də xalqın dilinin inkişafı və zənginləşməsi deməkdir ki, bu vacib məqam da akademikin məqaləsində öz əksini tapıb. Dövlət müstəqilliyi qazandıqdan sonra ciddi inkişaf yolu keçmiş, ictimai həyatın bütün sahələri yeniləşmiş Azərbaycanın ictimai elmlər sahəsində yaşanan ətalət, gözləmə və passiv seyrçi mövqeyinə təəssüflə toxunan Ramiz Mehdiyev sosial sifarişlərə çevik reaksiya verildiyinə diqqət çəkir: “Bu məsələ elmi tədqiqatlarda, xüsusilə də, milli şüurun formalaşmasında və inkişafında mühüm yer tutan ədəbi yaradıcılıqda özünü açıq şəkildə büruzə verir”.
Qeyd edək ki, məqalədə Azərbaycan ictimai və humanitar elmlərinin vəziyyəti, mövcud problemlər təhlil olunmaqla yanaşı akademik Ramiz Mehdiyev bu sahədə vəziyyətin yaxşılaşdırılması istiqamətində tövsiyələrini və təkliflərini də verib.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxDünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47

