Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: Azərbaycanda antiamerika təbliğatı getmir

Əli Həsənov: Azərbaycanda antiamerika təbliğatı getmir

17.12.2009 [09:57]

“Təəssüf ki, bəzi mətbuat orqanları Azərbaycan xalqının, parlamentinin, Dağlıq Qarabağın azərbaycanlı icmasının ABŞ-ın Qarabağ separatçılarına maliyyə yardımı ayırmasına qarşı çıxışlarını antiamerika kampaniyası kimi qiymətləndirir. Halbuki Azərbaycanda antiamerika təbliğatı getmir”. APA-nın məlumatına görə, bu sözləri Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri Azərbaycanla ABŞ-ın strateji müttəfiq olduğunu deyib, bu müttəfiqlik əlaqələrinə sadiq qaldığını, bundan sonra da bu siyasəti davam etdirmək əzmini ifadə edib.
Ə.Həsənov artıq neçə ildir, ABŞ Konqresinin xüsusi olaraq Dağlıq Qarabağ ermənilərinə maliyyə yardımı ayırdığını xatırladıb: “Əlbəttə, biz Dağlıq Qarabağda əziyyət çəkən, yardıma ehtiyac olanlara yardım edilməsinin əleyhinə deyilik. Amma Dağlıq Qarabağda belə yardıma ehtiyacı olan insanlar varsa, bu da azərbaycanlı icmasıdır. Onlar öz yurd-yuvalarından didərgin salınıb, neçə illər çadırlarda yaşamağa məcbur ediliblər. Bizim də tələblərimiz ondan ibarətdir ki, ABŞ cəmiyyəti bu məsələləri nəzərə alsın. İstər-istəməz bu yardımlar Dağlıq Qarabağda etnik separatizmin güclənməsinə xidmət göstərir, problemin nizamlanmasına mənfi təsir göstərir. Azərbaycanın Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, parlamenti də əhalinin narazılıq əhval ruhiyyəsindən çıxış edərək ABŞ-a belə müraciətlər ünvanlayır”.
Ə.Həsənov bildirib ki, ABŞ dünya siyasəti yürüdən dövlətdir və onun qəbul etdiyi qərarlar konqresmenlərin təsadüfi olaraq irəli sürdüyü təkliflər üzərində qurula bilməz: “İstənilən halda bu narazılıq ABŞ hakimiyyətinə çatdırılıb. Hər halda, bizim vəzifəmiz ədalətsizliyə qarşı öz etiraz səsimizi qaldırmaqdır. ABŞ isə dünyada öz nüfuzunu qorumaq üçün bu narazılıqları nəzərə almalıdır”.

Paylaş:
Baxılıb: 1003 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30