/ / Mark Şnayer: Birinci xanım Mehriban Əliyeva Azərbaycanda qadın hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində çox iş görüb
Mark Şnayer: Birinci xanım Mehriban Əliyeva Azərbaycanda qadın hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində çox iş görüb
29.08.2019 [09:08]
ABŞ Etnik Anlaşma Fondunun prezidenti, ravvin Mark Şnayer AZƏRTAC-a eksklüziv müsahibəsində Azərbaycanda tolerantlıq və qarşılıqlı anlaşma ənənələrindən, həmçinin bu dəyərlərin bütün dünyada təbliği istiqamətində Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səylərindən bəhs edib.
Ravvin Şnayer deyib: “Mən Azərbaycanı digər 57 müsəlman ölkəsi ilə müqayisə etməyi xoşlayıram. Açıq-aşkardır ki, sizin ölkəniz multikulturalizm ənənələri sahəsində mütləq liderdir. Söhbət təkcə Prezident İlham Əliyevin bütün beynəlxalq konfranslarda, o cümlədən “Bakı Prosesi” çərçivəsində tolerantlıq ideyalarının təbliğinə şəxsi sədaqətindən yox, həmçinin özündə dözümlülük və dinc-yanaşı yaşamağı ehtiva edən bu dəyərlərin Azərbaycan cəmiyyətinin əsasını təşkil etməsindən gedir. Mədəniyyətlərarası və dinlərarası dialoq və qarşılıqlı anlaşma yüz illər boyu Azərbaycan cəmiyyətinin əsası olub və belə olaraq da qalır. Bu, yeni platforma deyil, öz-özlüyündə unikal hadisədir”.
Ravvin Şnayer əlavə edib ki, Azərbaycana tez-tez səfər edir və mədəniyyətlərarası və dinlərarası dialoq üzrə bir çox qlobal konfranslarda iştirak edir. “Elə bir konfrans yoxdur ki, orada birinci xanım Mehriban Əliyeva iştirak etməsin və dünyanın bütün ölkələrindən gəlmiş qonaqları salamlamasın. Qeyd etmək vacibdir ki, bütün bu illər ərzində Birinci vitse-prezident Azərbaycanı mədəniyyətlərarası platformada dünyanın paytaxtına çevirmək üçün şəxsi səylərini əsirgəməyib. Qeyd etmək yerinə düşər ki, o, bu işləri öz həyat yoldaşı, Prezident İlham Əliyev ilə mütləq tərəfdaşlıq şəraitində həyata keçirir. Bundan başqa, birinci xanım Azərbaycanda qadın hüquqlarının və imkanlarının genişləndirilməsi istiqamətində də çox iş görüb. Bunun sayəsində o, bütün dünyadakı müsəlman qadınların əksəriyyətini ruhlandırıb. Heyrətamiz haldır ki, onun liderliyinin atributları, humanizm və dözümlülük dəyərlərinə sədaqət prinsipləri Azərbaycan cəmiyyətinin təməlinin təşkil edən ənənələrə uyğundur”, - deyə ABŞ Etnik Anlaşma Fondunun prezidenti vurğulayıb.
Mark Şnayer, həmçinin Azərbaycandakı yəhudi icması haqqında da danışıb: “Azərbaycan yəhudilərindən söz düşmüşkən, qeyd etməliyəm ki, bu icma öz-özlüyündə bir fenomendir. Maraqlıdır ki, əhalisinin əksəriyyəti müsəlman olan bu ölkədə 25 minlik yəhudi icması mövcuddur. Bu insanlar öz dininə sərbəst şəkildə etiqad etməklə və sülh şəraitində yaşamaqla yanaşı, həmçinin Azərbaycan xalqı, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən sevilirlər. Mən bu ilin mayında Bakıya səfərim zamanı ilk koşer restoranının açılışında iştirak etdim. Bu, mədəni nöqteyi-nəzərdən qeyri-adi təcrübə idi. Ayrıca olaraq, yüksək xidmət səviyyəsini də qeyd etmək lazımdır. Bakıda yəhudi restoranının olduğunu görmək çox xoşdur. Azərbaycan mədəniyyətlərarası və dinlərarası dialoq, dinc yanaşı yaşamaq ideyalarının İslam dünyasında təbliği, İsraillə və bütün dünyadakı yəhudi icmaları ilə dostluq əlaqələri üzrə aparıcı ölkədir. Mən Azərbaycandan söz açanda, səs tonumda həmişə ruh yüksəkliyi hiss etmək mümkündür. Şadam ki, bu cür ölkə mövcuddur və dünya ictimaiyyəti mədəniyyətlərarası dialoq və dinc yanaşı yaşamaq ideyalarına bu dərəcədə sadiq olan ölkəni qiymətləndirməlidir”, - deyə ravvin Şnayer sözlərinə yekun vurub.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

