Qubadlının işğalından 26 il ötür
31.08.2019 [09:48]
Azərbaycanın dilbər guşələrindən olan Qubadlı rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 26 il ötür. Erməni qəsbkarlarına qarşı əsl mətanətlə sinə gərən Qubadlı rayonu 1993-cü ilin avqustun 31-də işğala məruz qalıb.
Xatırladaq ki, Qubadlı rayon olaraq 1933-cü ildə inzibati status əldə edib. 1963-cü ildə ərazisi Zəngilan rayonu ilə birləşdirilsə də, bir il keçməmiş yenidən ayrıca rayon adı alıb. 802 kv.km ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlının əhalisi keçirilən son siyahıyaalmada 5604 nəfər kimi göstərilib. Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu kəndləridir. Hazırda işğal altında olan rayonun 94 kəndi və bir şəhəri var. İşğala qədər rayon əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurdu.
Rayonun Ermənistanla 120, Xocavənd rayonu ilə 42 km-lik sərhəd zolağı var. Eyni zamanda, rayon Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi və bunlarla yanaşı, rayonda 31 süd-əmtəə ferması fəaliyyət göstərirdi. Rayonda 2 üzümün ilkin emalı və yağ-pendir emalı zavodu vardı. Rayonun asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda, qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsullarıyla təmin edirdi. Ümumilikdə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
Eyni zamanda, işğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.
Rayonda yaşı qədim dövrlərə söykənən bir çox tarixi yerlər də vardı. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrin yadigarları “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər Türbəsi”, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də, Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalıb.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min m3 və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min m3 olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min m3/gün olan yeraltı şirin su yataqları var idi...
Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüblər və doğma yurdlarını var qüvvələri ilə qoruyublar. Lakin AXC-”Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi nəticəsində Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təkləndi və müdafiəsiz qaldı. Beləliklə, 1993-cü il avqustun 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə göndərilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular. Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlükdə işğal edildi. Qeyd edək ki, torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talanıb, 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb...
Qubadlının qaçqın düşmüş, öz ev-eşiyindən didərgin salınmış əhalisi 26 ildir ki, respublikamızın 42 şəhər və rayonunda məskunlaşıb. Dövlətimiz hər zaman əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görür. Eyni zamanda, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan qaçqın və məcburi köçkünlərimizə dövlət qayğısı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması ilə bağlı Dövlət Proqramının qəbulu bu mənada əsaslı nəticələrə gətirib çıxarıb.
Bir sözlə, Prezident İlham Əliyev hər zaman digər qaçqın və məcburi köçkün soydaşlarımız kimi qubadlılıların da problemlərinin həlli ilə yaxından maraqlanır, onların sosial vəziyyətlərinin yüksəldilməsi, yaşayış təminatının yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Onlar əmindirlər ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22

