Yeni nəsil yazarlarımız məfkurəvi aspekti dəqiqləşdirsələr ədəbi hadisələr yaranacaq
15.12.2009 [09:38]
Prezident Administrasiyasnın rəhbəri, akademik Ramiz Mehdiyevin “İctimai və humanitar elmlər: zaman konteksində baxış” məqaləsi geniş əks-sədaya səbəb olub. Məqalədə toxunulan problemlərə müxtəlif prizmalardan yanaşan ziyalılarımızın fikirlərinin oxucularımız üçün də maraqlı olacağını nəzərə alıb onlardan bir neçəsinə müraciət etdik.
Yazıçı, “Ədəbiyyat” qəzetinin baş redaktorunun müavini Azər Turanın fikrincə, bu məsələyə mütləq fəlsəfi yanaşma nümayiş etdirilməlidir: “çağdaş Azərbaycan ədəbiyyatı, yeni, çağdaş ədəbi nəsil zamanın elə bir mərhələsində yarandı, yaxud yaranmaqda davam edir ki, bu mərhələnin başlanğıcı fərqli psixoloji müstəvidə gerçəkləşib. Bəşəriyyəti təhdid edən kataklizmlər, siyasi-milli-ideoloji meyarların dəyişməsi, Yaxın Şərqdə bugünəcən səngimək bilməyən faciəli proseslər, torpaqlarımızın işğalı, 20 Yanvar müsibəti, dövlət müstəqilliyi uğrundakı mücadiləmiz... Bütün bunların hamısı şübhəsiz ki, ədəbi prosesə təsir göstərən mühüm amillərdir. üstəlik onu da nəzərə alsaq ki, çağdaş ədəbi nəsli təmsil edən insanların nəinki əsərləri, hətta özləri də bir fərd olaraq, bir insan olaraq zamanın belə bir mərhələsində yetişiblər...
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin elmi mülahizələrini, əslində, bu tarixi axarın təbəddülatlarını yaşayan çağdaş ədəbi nəslə ünvanlanmış ideoloji və fəlsəfi bir çağrış kimi gərəkli hesab edirəm. Və hesab edirəm ki, artıq yeni ədəbi nəsil onu da müəyyənləşdirməlidir ki, biz hansı üfüqə doğru getməliyik. Hartmanın, Şopenhauerin nişan verdiyi fövqəlidrak üfiqlərinə, yoxsa Tolstoyun, Əli bəy Hüseynzadənin və Cavidin təlim etdiyi “nicat məhəbbətdədir” düsturuna, başqa sözlə, ənənədən, dindən, irfandan, kökdən gələn işığa doğru...
Yeni nəsil yazarlarımız məfkurəvi aspekti dəqiqləşdirsələr, əlbəttə, cəmiyyəti silkələyən böyük əsərlər, ədəbi hadisələr yaranacaq. Bunu gerçəkləşdirmək üçünsə ədəbi mühitin potensialı yetərincədir.
Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə son zamanlar akademik Ramiz Mehdiyevin həm Prezident Administrasiyasının rəhbəri, həm də bir alim kimi Azərbaycanın ictimai həyatındakı problemlərlə bağlı çox ciddi məqalələrlə çıxış etdiyini söyləyib: “İctimai və humanitar elmlər: zaman konteksində baxış” məqaləsini də mən böyük bir əsər kimi oxudum. Olduqca konseptual olan bu məqalədə hörmətli akademik, əvvəlki yazılarında olduğu kimi, ciddi problemlərə toxunur. Akademikin məqaləsinin əvvəlində ölkə başçısı, cənab İlham Əliyevin ADU-nun 90 illik yubileyində söylədiyi nitqinə nəzər salınır və qeyd edilir ki, həmin nitqində hörmətli Prezidentimiz ölkənin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan edir. Ramiz Mehdiyev də haqlı olaraq göstərir ki, hər bir Azərbaycan vətəndaşı və ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Bu vəzifələr keçid dövrünün tarixi qiymətini verməkdən və eyni zamanda yeni dövrün gələcək inkişafı və humanitar elmlər sahəsində strategiyası, əsas prioritetlərinin müəyyən olunmasından ibarətdir. Bu baxımdan, məqalə dövlətçilik nöqteyi-nəzərindən və milli mənafe baxımından çağdaş Azərbaycan elminin vəziyyətini incələyir. Məsələn, çox düzgün olaraq qeyd edilir ki, 90-cı illərin əvvəllərində ölkədə ideologiya böhranı yaranmışdı və həmin böhran ictimai elmlərə də öz təsirini göstərmişdi. ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışının bu böhrana təsirindən söhbət açan akademik Ramiz Mehdiyev həmin xaosun aradan qaldırılmasını xatırlayır. Məsələnin təkcə ümumi prinsiplər üzərində qoyulduğu deyilmir, məqalədə qeyd edilir ki, elmin hər bir nümayəndəsi öz fəaliyyətini iki mövqedən qiymətləndirməlidir: əvvəlcə vətəndaş, sonra alim kimi. Elmi tədqiqatlar isə azərbaycançılığın əsasında aparılmalıdır. Xüsusilə də, söhbət ictimai və humanitar elmlərdən gedirsə. Məqalə üç aspektdən çox böyük əhəmiyyət kəsb edir. Birincisi, bu məqalə çox güclü elmi arqumentlər əsasında yazılıb, ikincisi odur ki, bu məqalədə yüksək dövlətçilik təfəkkürü iştirak edir, üçüncüsü, həyatda baş verən ictimai proseslərin müşahidəsi olduqca güclüdür. Yəni, məqalənin ümumi konsepsiyasının dəyəri ondadır ki, bu əsər Azərbaycan reallağını tam və düzgün əks etdirir. Hörmətli akademik cəmiyyəti tərpədən, ədəbi hadisəyə çevrilən romanların, teatr tamaşalarının yoxluğunu qeyd edir. Yəni, ayrı-ayrılıqda ədəbi nümunələr var, amma bu küll halında olmalıdır. Və bu yoxluqdan yaranan boşluq hiss olunur. Bu gün Azərbaycanın yaşadığı çox ciddi problemlər var və bu problemlər və ümumiyyətlə cəmiyyətin həyatında baş verən hər bir hadisə dünyaya təqdim olunacaq şəkildə ədəbiyyatımızda öz əksini tapmalıdır”.
Hörmətli akademik Ramiz Mehdiyevin məqaləsində AMEA-nın Ədəbiyyat institutunun tənqid edildiyini də xatırladan Nizaməddin Şəmsizadə bir şöbə müdiri kimi bu tənqidlə razı olduğunu söyləyib: “Mən bir ziyalı kimi demək istəyirəm ki, doğrudan da biz elm adamları son vaxtlar bir qədər loyal mövqe tutmuşuq və məqalədəki problemlərin həlli yönümündə işlərin həyata keçirilməsi üçün bir qədər canlanma, daha ciddi tələbkarlıq lazımdı”.
KƏBUTƏR
Xəbər lenti
Hamısına baxHadisə
01 Noyabr 18:22
Dünya
01 Noyabr 17:41
Dünya
01 Noyabr 16:29
Dünya
01 Noyabr 15:37
Sosial
01 Noyabr 14:19
Dünya
01 Noyabr 13:45
YAP xəbərləri
01 Noyabr 13:28
Gündəm
01 Noyabr 12:48
İqtisadiyyat
01 Noyabr 12:31
Siyasət
01 Noyabr 12:19
İqtisadiyyat
01 Noyabr 11:57
Xəbər lenti
01 Noyabr 11:46
Gündəm
01 Noyabr 11:44
MEDİA
01 Noyabr 11:42
Siyasət
01 Noyabr 11:28
Analitik
01 Noyabr 10:53
Siyasət
01 Noyabr 10:38
Sosial
01 Noyabr 10:16
Analitik
01 Noyabr 09:52
Analitik
01 Noyabr 09:35
Sosial
01 Noyabr 09:13
MEDİA
01 Noyabr 08:59
Ədəbiyyat
01 Noyabr 08:24
Dünya
31 Oktyabr 23:46
Siyasət
31 Oktyabr 23:41
Daxili siyasət
31 Oktyabr 23:32
YAP xəbərləri
31 Oktyabr 23:27
Siyasət
31 Oktyabr 23:22
Dünya
31 Oktyabr 23:18
Dünya
31 Oktyabr 22:51
Dünya
31 Oktyabr 22:45
Dünya
31 Oktyabr 22:17
Dünya
31 Oktyabr 21:59
Dünya
31 Oktyabr 21:26
YAP xəbərləri
31 Oktyabr 21:05
Dünya
31 Oktyabr 20:58
Hadisə
31 Oktyabr 20:35
Sosial
31 Oktyabr 20:19
İqtisadiyyat
31 Oktyabr 19:46
Dünya
31 Oktyabr 19:31
Sosial
31 Oktyabr 19:11
Siyasət
31 Oktyabr 18:33
YAP xəbərləri
31 Oktyabr 18:14
YAP xəbərləri
31 Oktyabr 18:02
YAP xəbərləri
31 Oktyabr 17:53
YAP xəbərləri
31 Oktyabr 17:50
İqtisadiyyat
31 Oktyabr 17:25
Hadisə
31 Oktyabr 17:09
Dünya
31 Oktyabr 16:41
Siyasət
31 Oktyabr 16:19
Sosial
31 Oktyabr 16:18
Hadisə
31 Oktyabr 16:13
Dünya
31 Oktyabr 15:32
Dünya
31 Oktyabr 15:06
Hadisə
31 Oktyabr 14:53
Sosial
31 Oktyabr 14:52
Dünya
31 Oktyabr 14:20
Dünya
31 Oktyabr 13:53
Dünya
31 Oktyabr 13:30
Dünya
31 Oktyabr 13:19
Dünya
31 Oktyabr 12:46
YAP xəbərləri
31 Oktyabr 12:33
Siyasət
31 Oktyabr 12:25
Elanlar
31 Oktyabr 12:07
Sosial
31 Oktyabr 11:52
Elm
31 Oktyabr 11:50
Hadisə
31 Oktyabr 11:37
Siyasət
31 Oktyabr 11:20
Siyasət
31 Oktyabr 11:08
Hadisə
31 Oktyabr 11:07
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 |

