Lilian Mori Paskie: AŞPA Azərbaycan ilə əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verir
13.09.2019 [09:43]
Sentyabrın 12-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti xanım Lilian Mori Paskie ilə görüşlər keçirilib.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri ilə keçirilən görüşdə parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətimizin rəhbəri Səməd Seyidov qonağı salamlayaraq onunla qurumun tədbirlərində olan görüşləri məmnunluqla xatırladıb. Avropa Şurasının 70 illiyi ərəfəsində Milli Məclisdə təşkil olunmuş bu görüşün əhəmiyyətli olduğunu söyləyib. O, Lilian Mori Paskienin dünən Fransa-Azərbaycan Universitetində keçirilmiş konfransdakı çıxışı zamanı söylədiyi fikirlərin əlaqələrimizin genişləndirilməsinə və dialoqun yüksək səviyyədə olmasına dəlalət etdiyini bildirib. Qonağın səsləndirdiyi “biz yalnız qarşılıqlı anlaşma, qarşılıqlı hörmət çərçivəsində əməkdaşlığımızı möhkəmləndirə bilərik” fikrinə razılığını ifadə edib.
Bildirilib ki, Azərbaycan AŞPA ilə əlaqələrin inkişafına böyük önəm verir. Milli Məclis bu qurumla qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsində maraqlıdır. Belə səfərlər və keçirilən görüşlər münasibətlərimizin inkişaf etdirilməsində böyük əhəmiyyət kəsb edir. Qeyd olunub ki, AŞPA-da təmsil olunan nümayəndə heyətimizin üzvləri təşkilatın işində fəal iştirak ediblər. Deputatlarımız qurumun bütün tədbirlərinə qatılır, qaldırılan məsələlər barədə öz mövqelərini bildirirlər.
Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açan Səməd Seyidov problemin həlli istiqamətində AŞPA çərçivəsində atılan addımlardan danışıb. Komitə sədri diqqətə çatdırıb ki, məhz AŞPA-nın 2005-ci ildə qəbul etdiyi müvafiq qətnamədə Azərbaycan torpaqlarının işğal edilməsi faktı xüsusi olaraq vurğulanıb. Məhz AŞPA Azərbaycan və Ermənistan arasında dialoqun aparılması üçün xeyli səy göstərib.
AŞPA prezidenti xanım Lilian Mori Paskie ölkəmizə səfərindən və keçirdiyi görüşlərdən məmnunluğunu ifadə edib. Rəhbərlik etdiyi qurumun Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük əhəmiyyət verdiyini bildirərək qeyd edib ki, biz AŞPA olaraq milli parlamentlərlə əməkdaşlıq şəraitində konkret məsələlərin həllinə nail oluruq. Məhz dialoq yolu ilə həlli çətin olan məsələləri həll edirik. O, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin fəaliyyətindən razı olduğunu bildirib.
Lilian Mori Paskie Avropa Şurasının 70 illik yubileyi ərəfəsində keçirilən görüşlərin siyasi əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. O, “mənim parlamentimdə zorakılığa qarşı yox” çağırışının müəllifi olaraq milli parlamentləri bu aksiyaya qoşulmağa səsləyib. Qadın və uşaqlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş İstanbul və Lanzarote konvensiyalarının önəmi barədə danışıb.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüşdə AŞPA-dakı nümayəndə heyətimizin üzvləri - komitə sədri Rafael Hüseynov, deputatlar Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Ülviyyə Ağayeva, Asim Mollazadə, Elşad Həsənov iştirak ediblər.
* * *
Həmin gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Avropa Şurası Parlament Assambleyasının prezidenti xanım Lilian Mori Paskie ilə görüşüb.
Komitə sədri görüşdən məmnunluğunu ifadə edib. Bildirilib ki, Azərbaycan Avropa Şurası və onun Parlament Assambleyası ilə hərtərəfli əlaqələrin inkişafına böyük önəm verir. Ümid edirik ki, Sizin AŞPA-nın prezidenti kimi Azərbaycana səfəriniz, keçirdiyiniz görüşlər ölkəmizlə qurum arasında münasibətlərin daha da inkişaf etməsinə təkan verəcək. Ölkəmizdə Avropa Şurası qarşısında götürdüyümüz öhdəlikləri yerinə yetirmək üçün lazım olan addımlar atılır.
Diqqətə çatdırılıb ki, Milli Məclisdə təmsil olunan 125 deputatdan 21-i qadındır. Parlamentdə müxtəlif sahələr üzrə komitələr fəaliyyət göstərir. Onlardan biri də Ailə, qadın və uşaq məsələləri komitəsidir. Komitədə ailə münasibətlərinin tənzimlənməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin edilməsi, məişət zorakılığının aradan qaldırılması ilə bağlı qanun layihələri hazırlanır. Hazırda bu məsələlərlə bağlı mükəmməl qanunvericilik bazası mövcuddur. Eyni zamanda, biz bu sahələrə həsr olunmuş beynəlxalq konvensiyalara da qoşuluruq. Ümumiyyətlə, ölkəmizdə ailə dəyərlərinə, qadın və uşaqların hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Aqiyə Naxçıvanlı Avropa Şurasının 2014-cü il avqustun 1-də qüvvəyə minmiş qadınlara qarşı zorakılıq, məişət zorakılığı və bu halların aradan qaldırılmasına həsr olunmuş İstanbul Konvensiyası barədə söhbət açıb. Bildirilib ki, burada qadınlara qarşı zorakılıq insan haqlarının pozulması və ayrı-seçkiliyin bir forması kimi tanınır. İstanbul Konvensiyası bir çox baxımdan islahat xarakterli sənəddir.
AŞPA prezidenti xanım Lilian Mori Paskie gender bərabərliyinin təmin edilməsinin vacibliyi barədə danışıb. Qeyd edilib ki, bu məsələyə həyatın bütün sahələrində xüsusi diqqət yetirilməlidir. Bütün zorakılıqların səbəbi bərabərliyin olmamasıdır. Qonaq zorakılıqla bağlı bir sıra statistik rəqəmlər səsləndirib. Qadın və kişilər arasında fərqin təhsil vasitəsilə aradan qaldırılmasının önəmli olduğunu deyib. İstanbul Konvensiyası ilə əlaqədar diqqətə çatdırılıb ki, Avropanın 34 ölkəsi artıq bu sənədə qoşulub. Avropa Şurasına və AŞPA-ya üzv ölkələrin bu Konvensiyaya qoşulması üçün təşkilat öz tərəfindən hər cür yardım göstərməyə hazırdır.
Görüşdə deputat Dilarə Cəbrayılova iştirak edib.
* * *
Həmin gün Milli Məclisin İntizam Komissiyasının üzvləri də ölkəmizdə səfərdə olan AŞPA prezidenti xanım Lilian Mori Paskieni ilə görüşüblər.
İntizam Komissiyasının sədri Ağacan Abıyev qonağı salamlayaraq bu səfərin ikitərəfli münasibətlərin daha da inkişaf etməsinə təkan verəcəyinə inamını bildirib. O, rəhbərlik etdiyi komissiyanın fəaliyyəti barədə məlumat verərək, onun ayrı-ayrı strukturları ilə əməkdaşlığa böyük əhəmiyyət verdiklərini diqqətə çatdırıb.
Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli qanun yaradıcılığı, ölkəmizdə aparılan hüquqi islahatlar, korrupsiyaya qarşı mübarizə və digər məsələlərlə bağlı məlumat verib. Qeyd edib ki, biz gələcəkdə də AŞPA, o cümlədən bütün beynəlxalq təşkilatlarla əməkdaşlığın qenişləndirilməsində maraqlıyıq.
AŞPA-nın prezidenti xanım Lilian Mori Paskie təmsil etdiyi qurumun ölkəmizlə əlaqələrindən danışıb və bu əlaqələrin daha da inkişaf etdirilməsinə böyük önəm verdiklərini söyləyib.
Bildirib ki, ikitərəfli münasibətlərin daha da möhkəmləsində və həyatın müxtəlif sahələrində müsbət nəticələrin əldə olunmasında milli parlamentlər xüsusi rol oynayır. Parlament seçkili orqandır və orada təmsil olunan deputatlar öz statusu çərçivəsində fəaliyyət göstərməlidir. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Görüşdə deputat Xanlar Fətiyev iştirak edib.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

