Milli Məclisdə Rusiyanın Sverdlovsk vilayəti Qanunvericilik Məclisinin Sədri ilə görüş olub
13.09.2019 [09:52]
Sentyabrın 12-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Sverdlovsk vilayətinin Qanunvericilik Məclisinin Sədri Lyudmila Babuşkinanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Sədr bu görüşün Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında əməkdaşlığın inkişafına yeni töhfə verəcəyinə inamını söyləyib. Bildirilib ki, Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin yüksək səviyyədə olması dövlətlərarası əlaqələrə öz təsirini göstərir. Heç də təsadüfi deyil ki, Azərbaycan-Rusiya əlaqələri artıq keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyub. Ölkələrimiz arasında bu günədək 230-a yaxın sənəd imzalanıb, 44 sənəd üzərində iş davam etdirilir. Bütün bunlar əməkdaşlığımızın möhkəm hüquqi bazaya əsaslandığının göstəricisidir. Azərbaycan Rusiyanın subyektləri, o cümlədən müxtəlif regionları ilə əlaqələrin daha da dərinləşməsinə böyük önəm verir. Bu gün Rusiya Federasiyasının 70-dən çox subyekti, 20-dək regionu ilə iqtisadi-ticari, elmi-texniki və mədəni əməkdaşlıq üzrə saziş imzalanıb. Hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti əməkdaşlığımızın inkişafına xidmət edir. Cari ildə ötən illə müqayisədə ticarət dövriyyəmizin həcmi müvafiq dövrə nisbətən 300 milyon ABŞ dolları həcmindən çox olub. Biz gələcəkdə bu sahədə dövriyyəni 3 milyard dollara çatdırmaq niyyətindəyik.
Sədr bildirib ki, Milli Məclislə Sverdlovsk vilayətinin qanunvericilik orqanı arasında əlaqələrin inkişafı günün tələbidir. Milli Məclis Rusiya Federasiyasının Dövlət Duması və Federal Şurası ilə sıx əməkdaşlıq edir. Parlamentdə Rusiyanın qanunvericilik orqanı ilə dostluq qrupu fəaliyyət göstərir. Deputatlarımız mütəmadi olaraq Rusiyaya səfərlər edirlər. Biz Rusiyanın regionları, o cümlədən Sverdlovsk vilayəti ilə bu sahədə əlaqələrimizi dərinləşdirmək istərdik.
Lyudmila Babuşkina ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Qonaq təmsil etdiyi vilayətin Rusiyanın inkişaf etmiş ən iri bölgələrindən biri olduğunu deyib. Qeyd edilib ki, Sverdlovsk vilayəti ilə Azərbaycan arasında iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi xalqlarımızın mənafeyinə uyğundur.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, komitə sədri Əli Hüseynli, deputat Mixail Zabelin, parlament Aparatının rəhbəri Səfa Mirzəyev, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

