Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri “Türk şəhidliyi” abidəsini ziyarət ediblər
17.09.2019 [09:25]
Sentyabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, “İrəli” İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası - NAYORA, “Cavan” İctimai Birliyi və digər gənclər təşkilatlarının nümayəndələri Bakının anti-Azərbaycan diktaturasının və erməni quldur daşnak dəstələrinin hakimiyyətindən azad edilməsinin 101-ci ildönümünü Şəhidlər xiyabanında, Qafqaz İslam Ordusu sıralarında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş əsgərlərin xatirəsinə ucaldılmış abidənin önündə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, gənclər əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəmanların xatirəsini bir dəqiqəlik sükutla ehtiramla yad edib, abidənin önünə əklil və gül dəstələri düzüblər.
Mətbuata müsahibəsində YAP Gənclər Birliyinin sədri Seymur Orucov, NAYORA-nın sədri Məryam Məcidova, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bu günün xalqımızın və dövlətimizin tarixindəki yerindən danışıb, Bakının və bütünlükdə Azərbaycanın azadlığı, xalqımızın müstəqilliyi, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəmanların xatirəsinin həmişə xalqımız tərəfindən ehtiramla yad edildiyini, sovet təbliğatının bütün cəhdlərinə baxmayaraq, onların heç vaxt unudulmadığını diqqətə çatdırıblar. Ulu Öndərimizin “Bir millət, iki dövlət” fikrini xatırladan natiqlər, bu gün qeyd etdiyimiz əlamətdar tarixin bunun ən bariz nümunələrindən biri olduğunu vurğulayıblar.
Gənclər bu gün Azərbaycan gəncinin qüdrətli, firavan və sabit ölkədə yaşadığını bildirib və buna görə Azərbaycan gəncləri adından Prezident İlham Əliyevə təşəkkür ediblər.
Qeyd edək ki, sentyabrın 15-i Bakının işğaldan azad olunduğu gündür. 101 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad edib. Beləliklə, həm Azərbaycanın müstəqilliyi təmin olunub, həm də ermənilərin və bolşeviklərin Bakı və ətraf rayonlardakı ağalığına son qoyulub.
Bakının erməni-bolşevik işğalından azad edilməsi XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncə şəhərindən Bakıya köçürülüb. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verilib.
Türk ordusunun Bakını bolşevik-daşnak işğalından azad etməsi şəhərdə əsl bayrama səbəb olub. Məşhur milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev türk ordusunun şərəfinə təntənəli ziyafət təşkil edib. Ziyafət indiki Dövlət Filarmoniyasının binasında keçirilib. H.Z.Tağıyev türk ordusunun komandanı Nuru Paşaya və onun qəhrəman sərkərdələrinə hədiyyələr təqdim edib.
1918-ci il sentyabrın 15-də Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı zəminində müstəsna əhəmiyyət daşıyan böyük hadisədir. Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verib.
Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi önündə anma mərasimi keçirilir.
Xəbər lenti
Hamısına baxDünya
20 Avqust 23:58
Dünya
20 Avqust 23:38
Dünya
20 Avqust 23:05
Dünya
20 Avqust 22:50
Dünya
20 Avqust 22:37
Elanlar
20 Avqust 22:17
Dünya
20 Avqust 21:49
Dünya
20 Avqust 21:28
Dünya
20 Avqust 20:55
Dünya
20 Avqust 20:35
Dünya
20 Avqust 19:58
Dünya
20 Avqust 19:32
Elm
20 Avqust 18:55
İqtisadiyyat
20 Avqust 18:25
Sosial
20 Avqust 17:56
Elm
20 Avqust 17:23
Elm
20 Avqust 16:52
İdman
20 Avqust 16:25
Turizm
20 Avqust 16:13
Elm
20 Avqust 15:59
Sosial
20 Avqust 15:58
Sosial
20 Avqust 15:37
Elm
20 Avqust 15:28
Sosial
20 Avqust 14:56
İqtisadiyyat
20 Avqust 14:35
Dünya
20 Avqust 13:55
Mədəniyyət
20 Avqust 13:38
Siyasət
20 Avqust 12:57
Dünya
20 Avqust 12:55
Dünya
20 Avqust 12:25
Gündəm
20 Avqust 11:58
Gündəm
20 Avqust 11:38
Gündəm
20 Avqust 11:15
Gündəm
20 Avqust 10:45
Elm
20 Avqust 10:20
İqtisadiyyat
20 Avqust 09:55
Siyasət
20 Avqust 09:35
Analitik
20 Avqust 09:20
Mədəniyyət
20 Avqust 09:05
Mədəniyyət
20 Avqust 08:45
Dünya
19 Avqust 23:53
Dünya
19 Avqust 23:35
Dünya
19 Avqust 22:55
Dünya
19 Avqust 22:35
Dünya
19 Avqust 22:05
Dünya
19 Avqust 21:45
Dünya
19 Avqust 21:10
Dünya
19 Avqust 20:48
Dünya
19 Avqust 20:17
Dünya
19 Avqust 19:55
Siyasət
19 Avqust 19:33
Dünya
19 Avqust 19:25
Sosial
19 Avqust 18:59
Mədəniyyət
19 Avqust 18:48
İdman
19 Avqust 18:17
İdman
19 Avqust 17:49
Elm
19 Avqust 17:28
Mədəniyyət
19 Avqust 17:17
İqtisadiyyat
19 Avqust 16:53
İqtisadiyyat
19 Avqust 16:30
İqtisadiyyat
19 Avqust 16:18
Dünya
19 Avqust 15:53
Sosial
19 Avqust 15:30
Dünya
19 Avqust 15:25
İdman
19 Avqust 14:53
Dünya
19 Avqust 14:15
Elm
19 Avqust 13:56
Dünya
19 Avqust 13:41
Dünya
19 Avqust 13:10
Sosial
19 Avqust 12:48

