Azərbaycanın Baş Naziri Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri ilə görüşüb
18.09.2019 [09:33]
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov sentyabrın 17-də Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş Nazir Novruz Məmmədov Azərbaycan ilə Gürcüstanın sıx əməkdaşlıq əlaqələrinə malik dost ölkələr olduğunu bildirib. “Ötən 27 il ərzində bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi sahələrdə ikitərəfli münasibətlərimiz inkişaf edib. Ölkələrimiz arasında energetika, sərmayə qoyuluşu, iqtisadi-ticarət sahələrində də yaxşı əlaqələr qurulub”, - deyə Baş Nazir bildirib.
Novruz Məmmədov Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatının regionda sabitliyin təmin olunmasına və inkişafa xidmət etdiyini xüsusi vurğulayıb. Ölkələrimiz arasında əlaqələrin daha da inkişafında yüsəksəviyyəli qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edən Novruz Məmmədov xanım Natiya Turnavanın səfərinin də ikitərəfli münasibətlərimizin inkişafına xidmət etdiyini diqqətə çatdırıb. Baş Nazir yaxın gələcəkdə Azərbaycan ilə Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın iclasının keçirilməsinin vacibliyini qeyd edib.
Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri xanım Natiya Turnava Prezident İlham Əliyev tərəfindən qəbul olunduğunu məmnunluqla vurğulayıb, ölkələrimiz arasında mövcud dostluq münasibətlərindən danışıb. Nazir əlaqələrimizin müxtəlif istiqamətlərdə, o cümlədən nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm sahələrində genişləndirilməsi baxımından yaxşı imkanların olduğunu söyləyib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSiyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46

