"Freedom House" təşkilatı Azərbaycanı istəməyən qüvvələrin maraqlarından çıxış edir
18.12.2009 [09:28]
Məlum olduğu kimi, “Freedom House” beynəlxalq qeyri-hökumət təşkilatı açıqladığı son hesabatında Dağlıq Qarabağı Azərbaycanla Ermənistan tərəfindən birgə idarə olunan ərazi kimi təqdim edib. Bu təşkilatın vaxtaşırı olaraq Azərbaycanın əleyhinə kampaniya aparması bütün ictimaiyyətə məlumdur. Budəfəki hesabat isə bir daha açıq-aşkar Ermənistanın maraqlarına xidmət edir. Ona görə də, ölkə ictimaiyyəti bu beynəlxalq təşkilatın hesabatını kəskin etirazla qarşılayır.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Azərbaycan vətəndaşlarının etirazını haqlı hesab edir. Onun sözlərinə görə, “Freedom House” hər zaman ölkəmizə qarşı qeyri-obyektiv mövqedə dayanıb. Bu mövqe onların siyasətinin tərkib hissəsidir: “Freedom House” hər il hesabatlarında Azərbaycana qarşı qərəzini açıq-aşkar nümayiş etdirir. Bir fakt kifayətdir ki, həmin təşkilatın saxtakar, qeyri-obyektiv olduğunu sübut etsin. Bu da Ermənistanla bağlıdır. Yəni təşkilatın hesabatlarında işğalçı dövlət “müsbət” döstəricilərinə görə öndə gedir. Əgər “Freedom House” təcavüzkarı təqdir edirsə, onda hansı ədalətdən danışmaq olar? Bu fakt onu göstərir ki, “Freedom House” təşkilatı Azərbaycanı istəməyən qüvvələrin maraqlarından çıxış edir”.
Millət vəkili hesab edir ki, beynəlxalq təşkilatda Qarabağ tarixini bilməməklə yanaşı, beynəlxalq hüquq normalarına əhəmiyyət vermirlər. “Dağlıq Qarabağ iki dövlətin idarəçiliyində ola bilməz. Keçmiş SSRİ-nin vaxtında Moskva tərəfindən Dağlıq Qarabağın idarə olunması ilə bağlı xüsusi komitə yaranmışdı. Həmin komitə pozuçuluq fəaliyyəti ilə məşğul olurdu. Məsələnin ən obyektiv yolu Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasıdır. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa yüksək özünüidarə statusu verməyə hazırdır. Eyni zamanda, hər iki icmanın bərabər yaşamasına zəmanət verilir. “Freedom House”nin məlum mövqeyi isə sülhə və ədalətə yox, başqa məqsədlərə xidmət edir” - deyə M.Quliyev vurğulayıb.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56

