/ / Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
Baş Nazir Novruz Məmmədov: “Əsrin müqaviləsi” dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi
21.09.2019 [10:21]
Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar “Twitter” səhifəsində paylaşım edib.
AZƏRTAC xəbər verir ki, Baş Nazirin paylaşımında deyilir: “Əsrin müqaviləsi” müstəqilliyini yenicə qazanan gənc Azərbaycan dövlətinin Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə dövlətçiliyimizin əbədiliyinə, sabitliyinə, respublikamızın davamlı inkişafına, beynəlxalq əməkdaşlığa, qlobal və regional təhlükəsizliyə verdiyi böyük töhfə və zəmanətdir.
İyirmi beş il əvvəl müstəqil Azərbaycan Respublikası ilə dünyanın tanınmış neft şirkətləri arasında imzalanmış müqavilə məhz öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb.
Bu tarixi hadisənin baş tutmasında Ulu Öndər Heydər Əliyevin siyasi-diplomatik peşəkarlığı, böyük rəhbər və insan kimi güclü iradəsi həlledici rol oynadı. O, müstəqil Azərbaycanın strateji əməkdaşlığa hazır olduğuna dünyanı inandıra bildi. Eyni zamanda, bu strateji əməkdaşlığın imkanlarından yararlanaraq ölkə iqtisadiyyatının gələcək inkişafını təmin etmək üçün gənc ölkəmizə böyük imkanlar qazandırdı. Bu müqavilə ilə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu.
Hesab edirəm ki, bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bir daha bütün dünyaya göstərdi, dövlət müstəqilliyimizin mühüm təminatına çevrildi. Müqavilənin təşəbbüskarı olan müstəqil Azərbaycan beynəlxalq əməkdaşlıq və regional təhlükəsizliyə də öz töhfəsini vermiş oldu.
İyirmi beş illik uğurlu əməkdaşlıq bir daha onu göstərdi ki, 100 il əvvəl Şərqdə ilk demokratik cümhuriyyəti quran, qadınlara ilk dəfə səsvermə hüququ verən, təkrarolunmaz mədəniyyət nümunələri yaradan Azərbaycan xalqı etibarlı tərəfdaşdır və qlobal əhəmiyyətli bu layihənin tərəfdaşlarla birgə icrasını davam etdirmək zəruridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəmizə misilsiz uğur qazandıran bu müqavilənin müddəti XXI əsrin ortalarına qədər uzadıldı.
“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 25 ildə Azərbaycan Respublikası və onun neft-qaz sənayesi əsrə bərabər bir inkişaf yolu keçib. Əminəm ki, müstəqil ölkəmiz bu yolda şərəflə addımlamağa davam edəcək”.
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

