/ / Əli Həsənov: 1993-cü ildə Surət Hüseynovun silahlılarından qaçıb gizlənənlər 1994-cü ildə də öz antixalq xislətlərini nümayiş etdirdilər
Əli Həsənov: 1993-cü ildə Surət Hüseynovun silahlılarından qaçıb gizlənənlər 1994-cü ildə də öz antixalq xislətlərini nümayiş etdirdilər
05.10.2019 [09:57]
“Dövlətçiliyin ən etibarlı qarantı və hakimiyyətin yeganə mənbəyi xalqdır! Bu həqiqəti düz 25 il əvvəl Ümummilli Lider Heydər Əliyev xalqın böyük dəstəyi ilə Surət Hüseynov və Cavadov qardaşlarının dövlət çevrilişi cəhdinin qarşısını alaraq bütün dünyaya nümayiş etdirdi”. Bu barədə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, professor Əli Həsənov öz “Facebook” profilində paylaşdığı yazıda qeyd edib.
O bildirib ki, yaşlı və orta nəsil həmin vaxt Azərbaycanda cərəyan edən dramatik hadisələri yaxşı xatırlasalar da, gənc nəsil bu barədə yalnız mətbuatdan məlumat ala bilir. Ümummilli Lider tərəfindən Azərbaycanın müstəqilliyi və gələcək inkişafının əsas resurslarından və əlavə qarantlardan biri kimi düşünülmüş “Əsrin müqaviləsi”nin imzalandığı 1994-cü il 20 sentyabrdan dərhal sonra başlanmış və oktyabrın əvvəllərində kulminasiya nöqtəsinə çatmış həmin xain çevriliş cəhdi hər şeydən əvvəl, dövlətçiliyimizə, müstəqilliyimizə və bu müstəqilliyin qarantı olan Ümummilli Lider Heydər Əliyev hakimiyyətinə qarşı yönəlmişdi: “Diqqət edin! 1994-cü il sentyabrın 20-də neft müqavilələri imzalanır. Sentyabrın 21-dən 22-nə keçən gecə dövləti cinayətlərdə təqsirləndirilən 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasından qaçırılır. Sentyabrın 29-da axşam vaxtı evinin astanasında Milli Məclisin sədr müavini Afiyəddin Cəlilov və Prezident yanında Xüsusi İdarənin rəisi Şəmsi Rəhimov qətlə yetirilir. Sentyabrın 30-da baş prokurorun xidməti avtomobili partladılır, oktyabrın 2-də Mahir Cavadovun rəhbərliyi ilə əsasən “OMON”çulardan ibarət silahlı dəstə Respublika Prokurorluğunun binasını gülləbaran edərək ələ keçirir”.
Prezidentin köməkçisi qeyd edib ki, Nyu-Yorkda BMT Baş Məclisinin illik sessiyasında iştirak edən Heydər Əliyev təcili ölkəyə qayıdaraq təhlükəli proseslərin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər görməyə başlayıb: “Oktyabrın 4-də vəziyyət daha da kəskinləşir. Cavadov qardaşları ilə əlbir olan o zamankı üsyankar baş nazir Surət Hüseynovun qanunsuz silahlı dəstələri Gəncə şəhərində hakimiyyət orqanlarının inzibati binalarını, dəmir yolu vağzalını və aeroportu zorla ələ keçirir, şəhərə giriş-çıxışı nəzarətə götürür. Belə bir şəraitdə Heydər Əliyev çox müdrik və cəsarətli addım atdı. O, dövlət çevrilişinə cəhd edənlərə qarşı legitim güc işlətmək səlahiyyətində və imkanında olsa da, başqa yol seçdi və bu seçimi müasir dünya siyasətinin yeni bir nümunəsinə çevirdi. Yolunu azmış silahlı dəstələrə, terror və hədə-qorxu ilə hakimiyyətə can atan antimilli ünsürlərə, onlara xaricdən istiqamət və dəstək verən xainlərə qarşı Azərbaycan xalqının dəmir iradəsini ortaya qoydu. Heydər Əliyev oktyabrın 4-də televiziya ilə birbaşa xalqa müraciət edərək, vətəndaşları Azərbaycan dövlətçiliyini və milli suverenliyini qorumaq naminə Prezident sarayının qarşısına çağırdı. Gecə saatları olmasına baxmayaraq, qısa müddətdə on minlərlə insan öz Liderinin ətrafına toplaşaraq Vətənə, dövlətə sədaqətlərini, milli dövlətçilik əzmlərini bütün dünyaya nümayiş etdirdi. Təbii ki, xalqın əzmi, iradəsi, milli birliyi və öz liderinə etimadı qarşısında heç bir qüvvə indiyə qədər dayana bilməyib və dayana da bilməz!!!”
Professor Əli Həsənov xüsusi aktuallığını nəzərə alaraq, oxucuların diqqətini bir mühüm məsələyə də yönəldib. “1993-cü ilin iyun ayında həmin üsyançı polkovnikin - Surət Hüseynovun silahlılarının qorxusundan hakimiyyəti Heydər Əliyevin üzərinə ataraq qaçıb küncdə-bucaqda gizlənən AXC-“Müsavat” liderləri o çətin günlərdə yenə də öz antidövlət və antixalq xislətlərini nümayiş etdirdilər. Onlar dövlətçiliyin və qanuni hakimiyyətin müdafiəsinə qalxmış və meydanlara çıxaraq milli iradə nümayiş etdirən xalqın cəbhəsində deyil, elə bugünkü kimi, o zaman da üsyançıların yan-yörəsində yer aldılar. Düşünürəm ki, elə bunun nəticəsidir ki, bu günün özündə də müxalif düşərgəni zəbt etmiş həmin “liderciklər” 26 ildir ki, hakimiyyət eşqi ilə yanıb-qovrulur, xəyanət etdiyi xalqın etimadını qazana bilmir və yenə də küncdə-bucaqda “pusqu quraraq” mövcud hakimiyyətin nə zaman büdrəyəcəyini gözləyirlər. Düşünürəm ki, müxtəlif əyri və qeyri-qanuni yollarla hakimiyyətə can atan siyasətbazlar 4 oktyabr 1994-cü il tarixindəki davranışlarından doğru nəticə çıxararaq, ibrət dərsi götürsə və xarici anti-Azərbaycan mərkəzlərin sifarişləri ilə deyil, öz xalqının iradəsinə uyğun hərəkət etsələr, gələcəkdə, bəlkə, nəsə edə bilərlər...”
Xəbər lenti
Hamısına baxDünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51

