/ / Prezident İlham Əliyev: Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi
Prezident İlham Əliyev: Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi
05.10.2019 [09:50]
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində qətiyyətli mövqe nümayiş etdirir
Cənubi Qafqaz regionunun lider ölkəsi olan Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri güclənir, dostlarının və tərəfdaşlarının sayı artır. Ölkəmizin qarşılıqlı faydalı əlaqələrə malik olduğu tərəfdaş ölkələrdən biri Rusiya Federasiyasıdır. Azərbaycan-Rusiya münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və hər iki ölkənin milli maraqlarına cavab verir. Digər tərəfdən, mütəmadi olaraq baş tutan qarşılıqlı səfərlər və görüşlər iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir. Xüsusilə də, dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna önəm kəsb edir. Qeyd etmək lazımdır ki, prezidentlərin qarşılıqlı səfərləri ənənə halını alıb. Dövlət başçıları həmçinin beynəlxalq səviyyəli tədbirlərdə tez-tez bir araya gəlirlər. Prezidentlərin çoxtərəfli platformalarda da görüşləri baş tutur. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 2-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiya Federasiyasına işgüzar səfər etməsi bu kontekstdə xüsusi qeyd edilməlidir. Oktyabrın 3-də isə Soçidə Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında keçirilmiş görüşdə iki ölkə arasında əməkdaşlıq və münasibətlərin inkişafı diqqət mərkəzində olub.
Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Soçidə təşkil olunan “Valday” Beynəlxalq Diskussiya Klubunda çıxışı olduqca yüksək maraq və diqqətlə qarşılanıb, öz növbəsində bir sıra mühüm ismarıclarla yadda qalıb. Plenar sessiyaya dəvətə görə Rusiya Prezidentinə minnətdarlığını bildirən dövlətimizin başçısı Rusiya-Azərbaycan münasibətlərinin inkişafına nəzər salıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasətinin nəticələrinə diqqət yetirib, BMT Təhlükəsizlik Şurasının münaqişənin nizamlanmasına dair qəbul etdiyi 4 qətnamənin 25 ildən çoxdur, yerinə yetirilmədiyini vurğulayıb. Prezident İlham Əliyev Ermənistanın baş nazirinin “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” bəyanatının yalan olduğunu vurğulayaraq deyib: “Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.
Bu məqamda xüsusi vurğulamaq yerinə düşər ki, Azərbaycanın xarici siyasət kursunun ən mühüm strateji prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllidir. Ölkəmiz bu istiqamətdə qətiyyətli mövqe nümayiş etdirir, prinsipial siyasətini davam etdirir. Bu mövqe ondan ibarətdir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında öz həllini tapmalıdır.
Ümumiyyətlə, Azərbaycan münaqişənin beynəlxalq hüquq normaları əsasında, ədalətli həllinə nail olmaq məqsədilə genişmiqyaslı iş aparır. Ölkəmiz nəinki öz həqiqətlərini dünyaya çatdıra bilib, həm də siyasi, diplomatik, iqtisadi, hərbi sahələrdə işğalçı Ermənistan üzərində aşkar üstünlüyə nail olub. Digər sahələrdə olduğu kimi, Azərbaycanın ərazi bütövlüyü məsələsində də ölkə rəhbərliyinin qətiyyətli və birmənalı mövqe sərgiləməsi Ermənistan və bəzi xarici ermənipərəst qüvvələrin müxtəlif qərəzli niyyətlərini dəfələrlə iflasa uğradıb. Bütövlükdə, Azərbaycanın həyata keçirdiyi milli maraqlara əsaslanan siyasət və hücum diplomatiyası yeni reallığın yaranmasına səbəb olub. Azərbaycanın qətiyyətli mövqeyinin fonunda beynəlxalq müstəvidə Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına əsasən həllinin zəruriliyi bəyan edilir. Yəni münaqişənin həlli ilə bağlı Azərbaycanın ədalətli və haqlı mövqeyi dəstəklənir, bu mövqe ardıcıl olaraq daha da güclənir. Son zamanlar müxtəlif səviyyələrdə səsləndirilən bəyanatlar, qəbul edilmiş sənədlər də Azərbaycanın haqlı və ədalətli mövqeyinin dəstəklənməsinin əyani ifadəsidir.
Ermənistanın baş naziri Nikol Paşinyana qətiyyətli və tutarlı cavab
Bütün bunlara baxmayaraq, Ermənistanın qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa hesablanmış addımlar atması heç kəsə sirr deyil. İşğalçı ölkənin rəhbərliyi tərəfindən zaman-zaman gah danışıqların formatının dəyişdirilməsi ilə bağlı absurd iddiaların ortaya atılması, gah reallıqlara uyğun olmayan müxtəlif cəfəng fikirlərin səsləndirilməsi məhz bu məqsədə xidmət edir. Ermənistanın yeni rəhbərliyi indiyə qədər müxtəlif formalarda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirib, bu məsələ ilə əlaqədar beynəlxalq qanunvericiliyin tələblərinə uyğun olmayan çıxışlar edib. Bu çıxışlarda daha çox tarixi faktlar təhrif olunub, beynəlxalq hüquq normalarının aliliyini şübhə altına almaq cəhdləri müşahidə edilib. Yəni Ermənistan tərəfi sülh danışıqlarını pozmaq, Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüquq normaları əsasında, ərazi bütövlüyünün toxunulmazlığı prinsipi çərçivəsində həllinə mane olmaq üçün müxtəlif manipulyasiyalar edir.
Bu kontekstdə yuxarıda bəhs olunan plenar sessiyada da dövlətimizin başçısı tərəfindən diqqətə çatdırılan bir sıra nüanslara xüsusi nəzər salmaq məqsədəmüvafiqdir. Əvvəla qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş nazirinə, onun sərsəm bəyanatlarına tutarlı cavab verdi. Tarixi faktların təsdiq etdiyi kimi, SSRİ dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı. Çox hallarda bununla bağlı ifadə edilən fikirlər subyektiv mülahizələrdən ibarət olmaqla qeyri-obyektiv xarakter daşıyır, reallığı əks etdirmir. Gerçəklik isə budur ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması göstərilmişdi, yəni ermənilərin bu qərarın Dağlıq Qarabağı kiməsə ötürmək üçün verildiyi iddiası doğru deyil - tamamilə yanlışdır. Digər mühüm məqam ondan ibarətdir ki, Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayətində münaqişə başlayan vaxta qədər azərbaycanlı və erməni əhalinin nisbəti 25-75 faiz olaraq azərbaycanlıların lehinə idi. Məhz Qarabağ münaqişəsi nəticəsində Dağlıq Qarabağın və ətraf 7 rayonun bütün azərbaycanlı əhalisi qovulub. Yəni azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, hazırda da işğal olunmuş ərazilərdə azərbaycanlı əhali yoxdur. Həmin ərazilərin böyük hissəsinin yandırılmış torpaqlardan, dağıdılmış evlərdən, məktəblər və ictimai obyektlərdən ibarət olması aşkar reallıq kimi ortadadır. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın humanitar fəlakətlə üzləşməsinə səbəb olub. Belə ki, Dağlıq Qarabağ və işğal olunmuş ətraf rayonlardan 700 mindən çox, həmçinin Ermənistan ərazisində yaşayan 250 min azərbaycanlı öz tarixi torpaqlarından qovulub. Bununla yanaşı, son vaxtlar bu ölkənin baş naziri mütəmadi olaraq “münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və Dağlıq Qarabağın “xalq”ı üçün məqbul olmalıdır”, - deyə fikir bildirir. Bu, tarixi və hüquqi reallıqların təhrif olunması ilə yanaşı, absurd yanaşmadan başqa bir şey deyil. Çünki Prezident İlham Əliyevin də bəyan etdiyi kimi “Dağlıq Qarabağ xalqı” anlayışı mövcud deyil. Dağlıq Qarabağın münaqişədən əvvəl bərabər hüquqa malik olan azərbaycanlı və ermənilərdən ibarət əhalisi var idi.
25 ildən artıq müddətdir ki, Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonu işğal altındadır. Yəni Ermənistan beynəlxalq hüquq normalarını kobud surətdə pozaraq işğalçı siyasətini davam etdirir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı qətnamələrə məhəl qoyulmur. Ona görə də həm ATƏT-in Minsk qrupu, həm də digər beynəlxalq təşkilatlar tərəfindən bu ölkəyə qarşı təsir və təzyiqlər göstərilməli, işğalçı siyasətə son qoyulmalıdır.
Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin bütün dünya tərəfindən qəbul edilən həll modeli də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına, o cümlədən Dağlıq Qarabağa qayıtmalarını təsdiqləyir. Yəni münaqişənin həlli bütün dünya tərəfindən qəbul edilmiş BMT nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktına uyğun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır.
Bütövlükdə, Azərbaycan prinsipial siyasətini davam etdirir, ölkəmizin mövqeyi qəti və birmənalıdır. Bu gün Ermənistan da yaxşı bilir ki, Azərbaycan işğalçı ölkənin status-kvonu legitimləşdirmək cəhdlərinə heç vaxt imkan verməyəcək. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək qüdrətindədir. Ermənistanın isə yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Bu ölkənin rəhbərliyi dərk etməlidir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, Azərbaycan bütün hallarda öz ərazi bütövlüyünü bərpa edəcək!
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09

