/ / “Kommersant” qəzeti: Prezident Vladimir Putin Yerevana səfərindən üç gün sonra Prezident İlham Əliyevlə görüşməyi zəruri hesab edib
“Kommersant” qəzeti: Prezident Vladimir Putin Yerevana səfərindən üç gün sonra Prezident İlham Əliyevlə görüşməyi zəruri hesab edib
08.10.2019 [09:45]
“Kommersant” qəzetində Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən son hadisələrə həsr edilmiş “Burada iki nöqtə ola bilməz” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə Ermənistan-Azərbaycan münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi qeyd edilir. Prezident İlham Əliyev “Valday” klubunun iclasındakı çıxışında Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” sözlərinə cavab olaraq deyib: “Qarabağ Azərbaycandır və nida işarəsi!”. RF Xarici İşlər naziri Sergey Lavrov Nikol Paşinyanın bu sözlərini kəskin tənqid edəndən sonra Ermənistan Xarici İşlər Nazirliyində xəbərdarlıq ediblər ki, vasitəçilər “birtərəfli qiymətləndirmələr”dən çəkinməlidirlər.
Məqalə müəlliflərinin fikrincə, Dağlıq Qarabağ münaqişəsi zonasında yeni eskalasiyanın başlanmasına səbəb Ermənistanın baş naziri Nikol Paşinyanın avqustun 5-də Stepanakertə səfəri zamanı söylədiyi və böyük hay-küy doğurmuş “Arsax (Qarabağ) Ermənistandır və nöqtə” sözləri olub.
Qəzet yazır ki, Paşinyan qondarma “Dağlıq Qarabağ Respublikası”nın paytaxtında 1992-ci ildə həlak olmuş “Qarabağ müharibəsi qəhrəmanı”, “Azadlıq ordusu”nu yaradanlardan biri olmuş Leonid Azqaldyanın sözlərini təkrar edib. Ermənistan rəhbərliyinin nümayəndələri son vaxtlara qədər Leonid Azqaldyandan sitat gətirməməyə üstünlük verir, BMT Təhlükəsizlik Şurasının 90-cı illərin əvvəlində Qarabağa dair qəbul etdiyi dörd qətnaməyə etinasızlığa görə öz opponentləri tərəfindən təqsirləndirilmək üçün əsas verməməyə çalışırdılar.
Materialda Prezident Vladimir Putinin Yerevana səfərinin yekunlarını və Avrasiya Ali İqtisadi Şurasının iştirakçıları olan dövlət başçılarının görüşündə iştirakı şərh edilərək, erməni politoloqu Beniamin Matevosyanın sözləri sitat gətirilir. Matevosyan Ermənistan KİV-lərinə müsahibəsində deyib: “Nikol Paşinyanın Vladimir Putinlə “Dvin” mehmanxanasının restoranında, habelə Yerevanda, Rusiya Prezidentinin Ermənistanın ikinci prezidenti Robert Koçaryanın arvadı Bella Koçaryan ilə görüşdən sonra gəldiyi Zvartnos aeroportunda on dəqiqəlik görüşləri yalnız protokol xarakterli foto və videoçəkilişlərlə məhdudlaşıb. Aşkar görünürdü ki, yığılıb qalmış problemlər müzakirə edilməyib”.
Digər tərəfdən, məqalədə qeyd edildiyi kimi, Prezident Vladimir Putin Yerevana səfərindən üç gün sonra Prezident İlham Əliyevlə görüşməyi zəruri hesab edib. Putin Əliyevi “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasına dəvət edib. Soçidə Yerevan görüşünün iştirakçılarından Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də vardı.
Prezident İlham Əliyev Valday forumunda çıxışından əvvəl Prezident Vladimir Putin ilə görüşüb. Prezident Vladimir Putin deyib: “Şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir. Ticari-iqtisadi əlaqələr möhkəmlənir, keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub”.
Qəzet “Valday” klubunun Soçidə keçirilən iclasının yekun plenar sessiyasında Prezident İlham Əliyevin bəyanatını bu görüşün mühüm hadisəsi hesab edir: “Çıxışını Qarabağ münaqişəsinin tənzimlənməsi mövzusuna həsr etmiş cənab Əliyev onu Nikol Paşinyan ilə sərt polemikaya çevirib. O, emosional çıxışında Paşinyanın “Qarabağ Ermənistanın bir hissəsidir və nöqtə” sözlərini şərh edərək onları “yalan” adlandırıb və deyib: “Qarabağ Azərbaycandır və nida işarəsi!”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

