“Aqressor da, işğalçı da Ermənistandır!”
08.10.2019 [09:53]
“Azərbaycan Prezidenti “Valday” Diskussiya Klubunda çox mühüm bir fikir səsləndirdi. Bu fikir əslində iki ay bundan əvvəl Ermənistanın baş naziri Paşinyanın səsləndirdiyi sərsəm fikirlərə cavab kimi başa düşülməlidir. Bu fikirdə, eyni zamanda, Azərbaycanın qətiyyətli mövqeyi və problemin həlli ilə bağlı məqsədləri açıqlanmış oldu. Cənab Prezident dedi ki, “Dağlıq Qarabağ Azərbaycandır, Nida”. Bu Nida Azərbaycan xalqına öz ərazi bütövlüyünü yenidən bərpa etmək üçün bir çağırış nidasıdır, Ermənistan üçün isə 2016-cı ildə baş verən Aprel döyüşləri kimi bir mesaj nidasıdır”. Bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu SİA-ya açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Ermənistan baş naziri, xarici siyasət idarəsi Prezidentimizin bu qətiyyətli mövqeyi qarşısında bir müddət susub münasibət bildirə bilmədilər. Bir neçə gün sonra Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Anna Naqdalyanın vasitəsilə ümumi münasibət bildirdilər və bu münasibətdəki fikirlər olduqca tutarsız, əsaslandırılmamış və şantaj xarakterli idi. Çünki Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, “Dağlıq Qarabağ xalqı” yoxdur, Dağlıq Qarabağ əhalisi var. Bunlar azərbaycanlılardan və ermənilərdən ibarətdir. Münaqişə başlayan zaman bu demoqrafik proporsiya 75-25 faiz nisbətində azərbaycanlıların lehinə idi. Ancaq bu ifadəni ermənisayağı təhrif edərək Azərbaycan Prezidentinin radikal, aqressiv bəyanatı kimi təqdim etmək yalnız ermənilərin ağlına gələ bilərdi ki, məhz XİN-in bəyanatında da məsələ bu cür təqdim olunur. Amma istər beynəlxalq hüquq, istər dövlətlərarası münasibətlər, istərsə də tarixi reallıq kontekstində, doğrudan da, Dağlıq Qarabağ əhalisinin 75 faizi azərbaycanlılardan ibarət olub. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməkdə qətiyyətlidir, bərpa edəcək və orada yaşayan fərqli etnik əhali qrupları yenə də orada yaşayacaqlar. Ona görə də mən düşünürəm ki, bu bəyanatın səsləndirildiyi məkan və vaxt da xüsusi əhəmiyyətlidir. Çünki Azərbaycan Prezidenti bu bəyanatı, birinci növbədə, Rusiya Federasiyasında, ikincisi, “Valday” Diskussiya Klubu kimi tanıdığımız mühüm platformanın tribunasından və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Rusiya Federasiyasının Prezidentinin iştirak etdiyi bir tədbirdə səsləndirdi. Eyni zamanda, Rusiya XİN-dən həmin diskussiya klubunda Paşinyanın səsləndirdiyi fikirlərə qarşı qətiyyətli mövqe bildirildi. Paşinyanın səsləndirdiyi fikirlərin problemin həllinə kömək etmədiyini bildirən fikirlər söylənildi. Bütün bu mənzərəni təhlil etdikdə belə bir nəticəyə gəlmək olar ki, cənab İlham Əliyev qətiyyətli mövqe nümayiş etdirməklə bərabər, həm də beynəlxalq diskussiya tribunasından beynəlxalq ictimaiyyətə, BMT-nin Təhlükəsizlik Şurasına, ATƏT-in Minsk qrupunun həmsədrlərinə çağırış etdi ki, problem həll olunmalıdır, əks təqdirdə Azərbaycanın bütövlüyü ilə bağlı məsələyə Azərbaycan özü Nida işarəsi qoymağı bacaracaqdır.
Hikmət Babaoğlu həmçinin bildirib ki, yenə də Ermənistan qarşıdakını ittiham edərkən öz davranışlarını və öz bəyanatlarını unudur: “Ermənistanın heç bir dövləti aqressiv adlandırmağa haqqı yoxdur, ona görə ki, aqressor, işğalçı Ermənistanın özüdür! Azərbaycan torpaqlarının 20 faizini - Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal edibdir. Ermənistan əgər aqressiv olmayan mövqe istəyirsə, öz baş nazirinin bəyanatlarına və öz müdafiə nazirinin bəyanatlarına diqqət etsin. Qonşu ölkənin ərazisi haqqında danışan zaman necə demək olar ki, bu, Ermənistanındır!? Aqressiya buradadır. Ermənistan müdafiə naziri qeyd edir ki, bizim məqsədimiz heç də problemin həlli üçün torpaq mübadiləsinə getmək deyil, yeni torpaqlar işğal etməkdir. Aqressiya yenə buradadır. Belə olan halda öz ərazi bütövlüyünü bərpa etmək haqqında qətiyyətli, əsaslandırılmış, beynəlxalq hüquqa söykənən fikirlər səsləndirən dövlət başçısının fikirləri haqqında aqressiv demək əsla doğru deyil. Aqressor da, işğalçı da Ermənistandır!”.
Xəbər lenti
Hamısına baxMədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55

