/ / Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır
Əli Həsənov: Türkiyənin həyata keçirdiyi əməliyyat mövcud problemin ən rasional həlli variantıdır
12.10.2019 [10:32]
Azərbaycan və Türkiyə iki dost, qardaş və strateji tərəfdaş ölkə kimi həmişə bir-birinə dəstək olub, mühüm beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə ortaq mövqedən yanaşıblar. Biz həmişə bir-birimizin uğuruna sevindiyimiz kimi, çətin anlarda da bir yerdə olmuşuq, bacardığımız köməyi əsirgəməmişik. Azərbaycan həmişə Türkiyənin öz milli-strateji maraqları çərçivəsində həyata keçirdiyi siyasəti dəstəkləyib, habelə dost və qardaş ölkənin beynəlxalq terrorizmlə mübarizə sahəsində göstərdiyi səyləri yüksək qiymətləndirib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşdığı statusda yer alıb.
Statusda deyilir: “Hazırda Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi “Sülhün mənbəyi” əməliyyatı ciddi silahlı qarşıdurma müşahidə olunan Suriya ilə həmsərhəd ərazilərdə terror riskinin minimuma endirilməsi, bu ölkədən milyonlarla qaçqının təhlükəsizliyinin təmin edilməsi, onların üzləşdiyi humanitar problemlərin aradan qaldırılması və sabitliyin təmin olunması üçün digər məsələlərin həlli məqsədini daşıyır.
Məlumdur ki, Suriyada münaqişə başlayan dövrdən bu ölkə ilə həmsərhəd olan Türkiyə ciddi qaçqın axını ilə üzləşib. Artıq qardaş ölkədə məskunlaşmış suriyalıların sayı milyonlarla ölçülür. Təəssüf ki, rəsmi Ankara tərəfindən dəfələrlə, təkidlə qaldırılmasına baxmayaraq, beynəlxalq birlik bu problemin həllinə dəstək göstərməyib. Hesab edirik ki, belə olan təqdirdə Suriya ərazisində təhlükəsiz zonanın yaradılması və qaçqınların həmin ərazilərdə, öz doğma torpaqlarında məskunlaşdırılması məqsədilə həyata keçirilən əməliyyat mövcud problemin ən rasional həlli variantıdır.
Digər tərəfdən, Türkiyənin öz sərhədləri yaxınlığına, terror qruplarının nəzarəti altında olan Suriya ərazilərində keçirdiyi hərbi əməliyyat BMT Nizamnaməsinə, BMT-nin “Beynəlxalq terrorizmin ləğv edilməsi tədbirləri haqqında” Bəyannaməsinə, “Terrorizmin qarşısının alınması haqqında” Avropa Konvensiyasına və digər beynəlxalq qanunvericilik aktlarına söykənir. Qeyd olunan sənədlər terror təhlükəsinə məruz qalan bu və ya digər dövlətin təkcə öz ərazisində deyil, terror təhlükəsinin mənbəyi olan başqa dövlətlərin ərazilərində də beynəlxalq birliyi xəbərdar etməklə antiterror əməliyyatlarının keçirilməsinə əsas verir.
Azərbaycan uzun illərdir ki, aqressiv separatizmdən və terrorizmdən əziyyət çəkən bir ölkə kimi Türkiyənin qarşılaşdığı problemləri kifayət qədər yaxşı başa düşür. Bu gün işğal altında olan Azərbaycan əraziləri beynəlxalq terror qruplarının təlim bazası funksiyasını yerinə yetirir. Rəsmi Bakı bununla bağlı dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıb. Türkiyənin Suriya ərazisində həyata keçirdiyi antiterror əməliyyatları bir daha sübuta yetirir ki, terrorizmə qarşı ikili standartlar yolverilməzdir və son nəticədə onun daha qlobal miqyasda çiçəklənməsinə zəmin yaradır. Şübhə etmirik ki, Azərbaycan da işğalçı hərbi birləşmələrin, terror qruplarının nəzarəti altında olan ərazilərində antiterror əməliyyatı aparacaq və Türkiyə də beynəlxalq terrorizmə qarşı mübarizənin ön sıralarında yer alan bir dövlət kimi bu prosesə öz töhfəsini verəcək. Bu yolda həm qardaş Türkiyəyə, həm də Azərbaycanımıza uğurlar diləyirik”.
Xəbər lenti
Hamısına baxMaraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17

