Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib

Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib

23.12.2009 [09:21]

Dünən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, iclasda Milli Məclisin, Nazirlər Kabinetinin məsul şəxsləri, təhsil nazirinin müavini İradə Hüseynova, kənd təsərrüfatı naziri İsmət Abbasov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, sənaye və energetika naziri Natiq Əliyev və digər nazirliklərin nümayəndələri, aparıcı ali məktəblərin rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri iştirak ediblər. İclasda Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın və Dövlət Proqramının həyata keçirilməsi, AMEA-da, respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi tədqiqatların yekunlarına dair hesabatların aparılması, yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması, elmin istiqamətləri üzrə problem şuralarının yeni tərkibinin təsdiq edilməsi haqqında məsələlər müzakirə olunub. Tədbirdə çıxış edən AMEA-nın I vitse prezidenti Arif Həşimov 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı barədə ətraflı məlumat verib. O, bildirib ki, bu proqrama əsasən 2015-ci ilədək elm sferasında islahatların aparılması, onun idarəetmə və təşkilat sisteminin təkmilləşdirilməsi, elmi tədqiqat istiqamətlərinin dəqiqləşdirilməsi, kadr hazırlığının yaxşılaşdırılması, elmi və elmi xidmət müəssiəsələrinin işinin səmərəliliyinin yüksəldilməsi istiqamətində bir sıra konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. A.Həşimov vurğulayıb ki, proqramın məqsədi respublikanın alim və mütəxəssislərinin təbiət, texnika, humanitar və ictimai elmlərin aparıcı istiqamətlərində fundamental və təhsil sahəsində tədqiqatların inkişafına yönəlmiş yaradıcılıq səylərini birləşdirmək, sosial-iqtisadi və mənəvi inkişafın mühüm problemləri üzrə perspektiv tədqiqatları təşkil etmək, elm və texnikanın nailiyyətlərinin praktikada istifadə edilməsi üçün tədbirlər görmək, elmi müasir cəmiyyətin qurulmasını təmin edən əsas amilə çevirməkdir. “Proqram fundamental elmin, vacib tətbiqi tədqiqatların, araşdırmaların inkişafını və milli istehsalatın yeni-yeni texnologiyalara tələbatını ödəmək məqsədilə təşkilati və iqtisadi mexanizmlərin yaradılması, elmi-texnoloji və innovasiya fəaliyyətinin normativ hüquqi bazasının təkminləşdirilməsi, elm və təhsilin inteqrasiyası, milli innovasiya sisteminin formalaşdırılması və digər əsas vəzifələrin həyata keçirilməsinə yönəlib. Dövlət Proqramında nəzərdə tutulan tədbirlər dövlət büdcəsindən müvafiq dövlət qurumlarının xərclər smetasında elm üçün nəzərdə tutulan vəsaitlər, Elmin İnkişafı Fondunun vəsaitləri və büdcədən kənar vəsaitlər hesabına həyata keçiriləcək”, - deyə o əlavə edib. Daha sonra A.Həşimov proqramdan irəli gələn məsələlər barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, AMEA mövcud məsələlərin həlli üçün respublikanın bütün aidiyyəti qurumlarını təmsil edən işçi qrupları yaradıb. Bu vaxta kimi işçi qruplarının 2 iclası keçirilib və iclaslarda prioritet elmi istiqamətlər müəyyənləşdirilib. Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov bildirib ki, hər bir sahə üzrə elmi tədqiqat işlərini həyata keçirmək üçün proqram hazırlanmalıdır. Onun sözlərinə görə, bütün dissertasiyalar AMEA-nın Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilməsi Şurasına gəlməli və sonra burada baxıldıqdan sonra Ali Attestasiya Komissiyasına təqdim olunmalıdır. Elmi kadrların vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülən işlərə ciddi fikir verilməlidir. Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, millət vəkili Şəmsəddin Hacıyev bildirib ki, elmi müəssisələr innovasiyanın daşıyıcısı olmalıdır. Elmi nailiyyətlərin istehsalatda tətbiqi ilə məşğul olmalıyıq. Bu gün regionların sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülüb. Azərbaycanda özünəməxsus milli iqtisadi inkişaf modeli hazırlanmalıdır. Daha sonra iclasda AMEA-da, respublikanın digər elmi-tədqiqat və ali təhsil müəssisələrində aparılan elmi-tədqiqatların yekunlarına dair hesabatların aparılması, yüksək ixtisaslı elmi və elmi pedaqoji kadrların hazırlanması, elmin istiqamətləri üzrə problem şuralarının yeni tərkibinin təsdiq edilməsi haqqında məsələlər geniş müzakirə olunub.

Paylaş:
Baxılıb: 1025 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30