Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Nərimanov rayonunda seçkilər demokratik şəraitdə keçirilib

Nərimanov rayonunda seçkilər demokratik şəraitdə keçirilib

24.12.2009 [09:46]

Rayonda səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmadı, proses yüksək səviyyədə baş tutdu
23 dekabr - bələdiyyə seçkiləri seçicilərin yüksək fəallığı ilə keçirilib. Vətəndaşlar ölkəmizin gələcəyinə laqeyd qalmayaraq öz səslərinin həlledici olduğunu və bələdiyyələrin formalaşmasında mühüm rol oynadığını birmənalı şəkildə bütün dünyaya nümayiş etdirdilər.
Seçici fəallığı Nərimanov rayonunda da yüksək idi. Qeyd edək ki, Nərimanov rayonunda 3 seçki dairəsi fəaliyyət göstərir. 19 saylı Nərimanov birinci, 20 saylı Nərimanov ikinci və 18 saylı Nərimanov-Nizami seçki dairəsinin bir hissəsi bu rayonun ərazisinə düşür. 19 saylı Nərimanov birinci Dairə Seçki Komissiyasının sədri Etibar Abdullayevin sözlərinə görə, dairə üzrə 30 seçki məntəqəsi fəaliyyət göstərir. Bütövlükdə dairənin 40 min 49 seçicisi var. 348 nəfər isə bələdiyyə seçkilərini müşahidə etmək üçün DSK-da qeydiyyatdan keçib. Müşahidəçilərdən 197 nəfər siyasi partiyaların nümayəndələri, 151 nəfər müstəqil şəxslərdir. Beynəlxalq müşahidəçilərə gəlincə, E.Abdullayev deyib ki, səhər saatlarında məntəqələrdə beynəlxalq müşahidəçilər olmayıb. Onun sözlərinə görə, saat 10.00-dək 4740 seçici səs verib ki, bu da ümumi seçicilərin sayının 11,8 faizi deməkdir. Bundan əlavə, 7 məntəqədə veb-kameralar quraşdırılıb. DSK sədri seçki ilə bağlı hər hansı pozuntu haqda komissiyaya məlumat daxil olmadığını deyib.
19 saylı dairənin 26 saylı məntəqəsində sözün həqiqi mənasında sesici sıxlığı var idi. Seçicilər səs vermək üçün uzun növbəyə dayanmışdılar. Bu məntəqədə səsvermənin gedişini müşahidə edən Vüsal Məmmədov bildirib ki, səsvermənin gedişi normaldır. Heç bir pozuntunun baş vermədiyini deyən müstəqil müşahidəçinin fikrincə, bu fakt Azərbaycanda seçkilərin beynəlxalq standartlara cavab verdiyini göstərir. Digər müşahidəçi Əminə Quliyeva da deyib ki, səsvermədə hər hansı problemə rast gəlinməyib.
Seçicilərdən Akif Əliyev bələdiyyə seçkilərinə önəm verdiyini deyib. O, qeyd edib ki, Nərimanov bələdiyyəsinə yeni seçiləcək üzvlər əhalinin yerli problemlərinin həllində yaxından iştirak etməlidirlər.
8 saylı məntəqədə isə Böyük Quruluş Partiyasını təmsil edən müşahidəçi Sədi Müseyibov bələdiyyə seçkilərinin azad və şəffaf şəkildə keçdiyini deyib. Onun sözlərinə görə, bu fakt yerli özünüidarəetmə orqanlarına artan marağın nəticəsidir.
Daha sonra İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar kollecində yerləşən 5 və 6 saylı seçki məntəqələrini müşahidə etdik. Müşahidəçi Məhbubə Məmmədova səsvermənin gedişi zamanı hər hansı qanun pozuntusunun qeydə alınmadığını bildirib: “Vətəndaşlar öz hüquqlarından sərbəst şəkildə istifadə edərək seçimlərini edirlər. Texniki təchizat baxımından da məntəqələr tam təmin olunub ki, bu da hansısa problemin ortaya çıxmasını istisna edir”.
5 saylı məntəqənin sədri İ.Yusifova söhbətimiz zamanı dedi ki, məntəqə üzrə 1379 seçici qeydiyyatdan keçib. Seçicilərin fəallığı isə bu məntəqədə normaldır. Məntəqə seçki komissiyasında bitərəfləri təmsil edən katib Bircəxanım Aydınova hər bir şəxsin seçim hüququndan istifadə edərək öz iradəsini sərbəst şəkildə ifadə etdiyini bildirib.
Seçicilərdən Afət Əsədova hesab edir ki, uğurlu gələcək naminə bu seçkilərə getmək vacibdir. Şəlalə Heydərova da Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verdiyni bildirib. Səsverməni müşahidə edən millət vəkili, YAP Siyasi Şurasının üzvü Musa Quliyev bildirib ki, seçki məntəqələri müasir tələblərə uyğun qurulub: “Seçicilərin fəallığı normaldır. Hesab edirəm ki, bu seçkilər yüksək səviyyədə keçir. Azərbaycan xalqı bir daha öz seçici mədəniyyətini göstərir, demokratiyaya sədaqətini nümayiş etdirərək iradəsini açıq şəkildə bildirir”.
24 saylı məntəqədə səsvermənin gedişini müşahidə edən Sevinc Namazova hər hansı qanun pozuntusuna rast gəlmədiyini bildirib: “Səsvermənin gedişində heç bir qanun pozutusuna rast gəlməmişəm. Seçicilərin normal səs verməsi üçün tam şərait yaradılıb. Bu fakt onu göstərir ki, Azərbaycanda ildən-ilə seçki təcrübəsi təkmilləşir, müasir seçki texnologiyalarından səmərəli istifadə olunur”.
Digər müşahidəçilər Nərminə Cavadova və Günel Həsənova da səsvermənin təşkilindən razılıq ifadə ediblər. Onların fikrincə, seçkilərin tam qanunauyğun şəkildə keçirilməsi onu göstərir ki, ölkəmizdəki seçkilər, səsvermə prosesi beynəlxalq standartlara cavab verir.
Bu məntəqədə səs verən seçici Razim Kərimov seçkilərdə YAP-ın namizədlərinə səs verdiyini bildirib: “Mən uzun müddət Rusiyada yaşamışam. Rusiyada yaşadığım müddətdə daim Azərbaycanı təbliğ etmişəm. ölkəmizin uğurlarına çox sevinirik. Ulu öndərimiz Heydər Əliyev Azərbaycanı işıqlı sabaha çıxardı. Bu gün Prezident İlham Əliyev Ulu öndərimizin siyasətini uğurla davam etdirir. İnanırıq ki, bu bələdiyyə seçkiləri də ölkəmizin inkişafına təkan verəcək”.
Daha sonra 20 saylı Nərimanov ikinci seçki dairəsinin ərazisindəki məntəqələri müşahidə etdik. öncə Dairə Seçki Komissiyasının sədri Eldar Sadıqovdan bəzi məlumatları aldıq. Onun sözlərinə görə, dairə üzrə 40 min 68 seçici qeydiyyatdadır. Seçicilər dairə ərazisində fəaliyyət göstərən 31 məntəqədə səs verirlər. Səsverməni izləmək üçün DSK-da qeydiyyatdan keçən 360 müşahidəçinin əksəriyyəti siyasi partiyaların təmsilçiləridir.
Bu dairənin 9 saylı məntəqəsində də seçici fəallığı yüksək idi. Məntəqə seçki komissiyasının sədri Nurlana Axundzadə məntəqə üzrə 1159 seçicinin qeydiyyatda olduğunu bildirib. O qeyd edib ki, səsvermə prosesində seçicilər fəal şəkildə iştirak edirlər. Hər hansı pozuntunun baş vermədiyini deyən məntəqə sədri bütün proseslərin çoxsaylı müşahidəçilərin gözü qarşısında baş verdiyini vurğulayıb.
Müstəqil müşahidəçi Bənövşə Qocayeva da seçkilərin yüksək səviyyədə keçdiyini bildirib. Onun sözləriə görə, ümumiyyətlə, Azərbaycanda seçki təcrübəsi xeyli təkmilləşib. Bu da artıq ölkəmizin inkişaf etmiş dövlətlər sırasında olduğunu göstərir.
BAXCP-ni təmsil edən müşahidəçi Nəsibə Mədətova isə şəffaf seçkilərin ölkəmizin demokratik imicinə müsbət təsir göstərdiyini deyib: “Bələdiyyə seçkiləri də bu baxımdan əhəmiyyətlidir. Müşahidələrimiz əsasında deyə bilərəm ki, hər hansı qanun pozuntusuna rast gəlinməyib”.
Seçicilərdən Bəxtiyar Süleymanov bələdiyyələrin yerli demokratiyanın mühüm göstəricisi olduğunu vurğulayıb. Ona görə də, bu seçkilərdə iştirak vacibdir.
16 saylı məntəqənin sədri Xədicə Əliyeva bildirib ki, məntəqə üzrə 1366 seçici qeydiyyatdan keçib. Müşahidəçi Aynur Səmədova səsvermənin gedişindən razılıq ifadə edib: “Gördüyünüz kimi, seçici fəallığı çox yüksəkdir. Bu fakt onu göstərir ki, vətəndaşlar ölkənin taleyinə biganə qalmayaraq siyasi həyatımızda mühüm hadisə olan bələdiyyə seçkilərində iştirak edirlər”.
Seçicilərdən Nəcməddin Allahverdiyev inanır ki, Nərimanov bələdiyyəsinə YAP tərəfindən layiqli namizədlər irəli sürülüb: “Biz gəncik və bələdiyyələrə də xeyli sayda gənc namizəd irəli sürülüb. Dövlət gənclərə daim diqqət və qayğı göstərir, hazırda da bu siyasət uğurla davam etdirilir. Ona görə də, biz gələcəyimiz naminə bu seçkilərdə YAP-ın namizədlərinə səs verdik”.
 18 saylı məntəqədə YAP-ın müşahidəçisi Sevinc İsmayılova seçkilərin şəffaf keçirildiyini bildirib. Seçicilərdən isə Hacı Tahirov səsvermədə iştirakının vətəndaşlıq borcu olduğunu deyib: “Mən inkişafa və sabitliyə səs verməyə gəlmişəm”.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 5 saylı məntəqəsində seçici fəallığı normal idi. Məntəqənin sədri Nazilə Məmmədovanın sözlərinə görə, məntəqədə 1299 seçici qeydiyyatdan keçib. Müşahidəçilərdən Zamin Xudiyev səsvermənin gedişinin normal səviyyədə olduğunu bildirib. Digər müşahidəçi Azad Ağayev isə seçkilərin yüksək səviyyədə keçdiyini vurğulayıb. Seçkiləri müşahidə edən YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin sədri Yusif Babanlı qeyd edib ki, seçkilərin yüksək səviyyədə keçməsi üçün bütün zəruri addımlar atılıb. Bu isə Azərbaycanda demokratiyanın bariz ifadəsidir.
“Seçki məntəqələri səsvermə prosesinə yaxşı hazırlaşıblar. Bütün seçki məntəqələrində ab-hava normal vəziyyətdədir. Məntəqələr bütün zəruri maddi-texniki avadanlıqlarla təmin edilib”. Bu sözləri isə Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Kərim Kərimov səsvermə prosesini müşahidə edərkən deyib.
Onun sözlərinə görə, əsas məsələ odur ki, səsvermə prosesində seçici aktivliyi müşahidə olunur: “Saat 12.00-a qədər Nərimanov rayonunda 25 seçki məntəqəsində müşahidə aparmışam. Hər məntəqədə 2-3 seçki qutusu artıq dolmaq üzrə idi. Eyni zamanda, bütün məntəqələrdə müşahidəçilərlə söhbət etdik. Onlar da heç bir pozuntunun olmadığını dedilər”.
YAP Nərimanov rayon təşkilatının sədri, partiyanın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi Təmraz Tağıyev isə gün ərzində bütün məntəqələrdən məlumat aldıqlarını bildirib. O, qeyd edib ki, qanunvericiliyə uyğun olaraq rayondakı bütün dairə və məntəqələrə nümayəndələr, müşahidəçilər təqdim olunub: “Nümayəndələrimizdən aldığımız məlumatlara görə, səsvermə prosesində qanun pozuntuları aşkar olunmayıb. Proses qanun çərçivəsində başa çatıb. Rayonun ərazisində məntəqələri çoxsaylı beynəlxalq və yerli müşahidəçilər izləyiblər”.
Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 985 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

İqtisadiyyat

Siyasət

Siyasət

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

01 Noyabr 08:24  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30