AZƏRTAC və Kubanın Prensa Latina agentliyi əməkdaşlıq memorandumu imzalayıb
29.10.2019 [09:39]
Agentliklər Azərbaycan və Kubadan xəbərlərin ingilis və ispan dillərində qarşılıqlı yayılmasını həyata keçirəcəklər
Oktyabrın 26-da Bakıda Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və Kubanın Prensa Latina agentliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov və Prensa Latina xəbər agentliyinin baş redaktoru Orlando Oramos Leon imzalayıblar. Memorandum iki agentlik arasında informasiya və təcrübə mübadiləsini nəzərdə tutur. Agentliklər gündəlik olaraq Azərbaycan və Kubadan xəbərlərin ingilis və ispan dillərində qarşılıqlı yayılmasını həyata keçirəcəklər.
AZƏRTAC-da keçirilən görüş zamanı İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, bu sənəd dost ölkələr olan Azərbaycan və Kuba haqqında obyektiv məlumatların çatdırılmasına, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edəcək.
Prensa Latina xəbər agentliyi 1959-cu ildə yaradılıb. Ölkənin aparıcı informasiya təchizatçısı olan agentlik beş dildə - ispan, ingilis, rus, italyan və portuqal dillərində xəbərlər yayır. Agentliyin 30 ölkədə müxbir məntəqəsi fəaliyyət göstərir. Bu baxımdan AZƏRTAC-ın Prensa Latina ilə əməkdaşlığı Azərbaycan haqqında xəbərlərin Latın Amerikasının ispandilli ölkələrində geniş yayılmasına təkan verəcək.
Orlando Oramos Leon qeyd edib ki, Prensa Latina 100 illik tarixə malik olan AZƏRTAC ilə sıx əməkdaşlıq etməkdə maraqlıdır və onlar bu memorandumun imzalanmasını çoxdan gözləyirdilər. Baş redaktor bu gün əsası qoyulan əməkdaşlığın hər iki ölkə barədə etibarlı xəbər mübadiləsinə yol açacağını söyləyib.
Görüşdə AZƏRTAC-ın Dünya Xəbər Agentlikləri Konqresinə, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına sədrlik təcrübəsindən, medianın qarşılaşdığı çağırışlardan, Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşünün əhəmiyyətindən danışılıb.
Sonda Orlando Oramos Leon görüş iştirakçılarının suallarını cavablandırıb.
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

