/ / Ermənistan XİN-in bəyanatı İrəvanın xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir
Ermənistan XİN-in bəyanatı İrəvanın xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir
30.10.2019 [09:44]
Bakıda Qoşulmama Hərəkatının Zirvə Görüşünün yüksək səviyyədə təşkil olunması və Azərbaycanın ərazi bütövlüyünə dəstəyin ifadə olunması işğalçı Ermənistanda təlaş və isterika yaradıb
Qoşulmama Hərəkatının oktyabrın 25-26-da Bakıda keçirilmiş dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü bir sıra mühüm məqamları ilə yadda qalıb. Zirvə görüşündə qəbul olunan yekun sənədə ilk dəfə olaraq çox mühüm yeni bənd daxil edilib. Belə ki, bu bənddə dövlət və hökumət başçıları güc yolu ilə ərazilərin zəbt edilməsinin yolverilməzliyini vurğulayıb və təsdiq ediblər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğal edilməsi nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq, bu ərazilərdə iqtisadi fəaliyyətlər də daxil olmaqla, bu cür vəziyyətin saxlanması üçün hər hansı kömək göstərməyəcək. Burada bilavasitə “işğalçı” ifadəsindən istifadə olunması Ermənistanın növbəti dəfə 120 dünya dövləti tərəfindən işğalçı kimi tanınması deməkdir.
Qeyd edək ki, Bakıda yüksək səviyyədə keçirilmiş Zirvə Görüşünün yekun sənədi ilə bağlı Ermənistan Respublikasının Xarici İşlər Nazirliyi bəyanat yayıb və bu bəyanat uğursuz erməni xarici siyasətinin acizliyinin və çarəsizliyinin növbəti göstəricisidir. Paradoksaldır ki, işğalçı ölkə olan, beynəlxalq hüquqi prinsipləri heçə sayan Ermənistan Qoşulmama Hərəkatının üzv dövlətlərini “məsuliyyətsizlikdə və hörmətsiz davranış göstərməkdə” ittiham edib. Təbii ki, Ermənistanın Qoşulmama Hərəkatının üzv dövlətlərinə qarşı bu kimi qeyri-etik və qeyri-diplomatik ifadələrdən istifadə etməsi bu ölkənin təlaş içərisində olduğunun bariz nümunəsidir. Halbuki, Azərbaycan torpaqlarını işğal altında saxlamaqla beynəlxalq hüququn norma və prinsiplərinə, beynəlxalq münasibətlərdə sivil davranışa hörmətsiz və məsuliyyətsiz yanaşan dövlət məhz Ermənistanın özüdür.
Məsələyə münasibət bildirən Milli Məclisin deputatı Sahibə Qafarova Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsini ölkəmizin müstəqillik tarixində mühüm siyasi hadisə adlandırıb. Milli Məclisin deputatı S.Qafarova deyib ki, bütün dünya ictimaiyyətinin diqqət yönəltdiyi Zirvə Görüşü iki gün ərzində beynəlxalq münasibətlər sistemində ən önəmli hadisəyə çevrildi, beynəlxalq siyasi, iqtisadi, sosial gündəliyə aid olan vacib məsələlərin geniş müzakirəsinə şərait yaratdı. Bu həmçinin Azərbaycanın yüksək beynəlxalq nüfuzunun, ölkəmizə olan güclü etimadın əyani göstəricisidir: “Azərbaycan bu təşkilatda fəal rol oynamaqla həm Qoşulmama Hərəkatının fəaliyyətinə uğurlu töhfələr verir, həm də özünün xarici siyasətdəki maraq və mənafelərinin daha güclü əsaslarda müdafiə olunmasına imkan qazanır. Heç də təsadüfi deyil ki, Azərbaycan təşkilata üzv olduğu 8 ildən artıq müddət ərzində beynəlxalq ictimaiyyətin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumatlandırılmasına nail olub, təşkilatın qəbul etdiyi sənədlərdə münaqişənin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə davamlı dəstək ifadə edilib. Son olaraq Bakıda Zirvə Görüşünün yekununda qəbul edilən sənədlərdə də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə açıq dəstək ifadə olunub, təşkilata üzv ölkələrin dövlət və hökumət başçıları ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğulayıb. Yekun sənəddə əks olunmuş müddəalar təcavüzkar və işğalçı Ermənistana qarşı beynəlxalq təzyiqin artmasını bir daha nümayiş etdirib. Qoşulmama Hərəkatının üzv dövlətləri daxil olmaqla dünya ictimaiyyətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan Respublikasının mövqeyini dəstəkləməsi yalnız və yalnız bu mövqenin haqlı və ədalətli olmasından irəli gəlir”.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatını cəfəngiyat adlandıran millət vəkili bildirib ki, Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi, dünya ictimaiyyətinin ölkəmizin ərazi bütövlüyünə dəstəyinin artması Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə olan inamı daha da gücləndirir. Eyni zamanda, Qoşulmama Hərəkatının 120 üzv dövlətinin açıq mətnlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək verməsi Ermənistanın təcridinin daha da genişləndiyini sübut edir. “İşğalçı Ermənistan dövləti bundan ciddi narahatçılıq keçirir. Təbii ki, Azərbaycan torpaqlarını işğal etmiş, beynəlxalq hüququn norma və prinsiplərini heçə sayan, uğursuz xarici siyasət nəticəsində təcrid vəziyyətinə düşən Ermənistanın Qoşulmama Hərəkatı kimi nüfuzlu bir təşkilata üzv olan dövlətlərin ünvanına qeyri-diplomatik fikirlər səsləndirməsi bu ölkənin acizliyinin göstəricisidir”, - deyə Sahibə Qafarova qeyd edib.
Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsinin ölkəmiz üçün böyük əhəmiyyəti var. Millət vəkili qeyd edib ki, 3 il ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək və sədrlik dövründə həm dünyada beynəlxalq sülhün, təhlükəsizliyin və əməkdaşlığın inkişafına öz töhfəsini verəcək, həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin, ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması yönündə bu platformada yeni imkanlar qazanır. Yekun sənəddə Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi, o cümlədən ərazi bütövlüyümüz məsələsinin qəti qoyulması isə mühüm bir göstərici sayılmalıdır: “Bakıda keçirilən Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarının timsalında 120 ölkə növbəti dəfə bu işğal faktını pislədi, eləcə də işğalçı Ermənistanı öz adı ilə adlandırdı. Bu, olduqca böyük bir uğurdur. Ermənistan XİN-in Zirvə Görüşü ilə bağlı bəyanatı isə çarəsizliyin göstəricisindən başqa bir şey deyil. Bakıda keçirilən bu Zirvə Görüşü Ermənistan rəhbərliyinin yalanlarını növbəti dəfə ifşa etdi. Bakı Zirvəsi Azərbaycan dövlətinin ərazi bütövlüyü məsələsində qətiyyətli və dönməz olduğunu növbəti dəfə işğalçı ölkəyə əyani şəkildə göstərdi. Bu, Azərbaycanın, Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin nailiyyətidir. Bu siyasət ölkəmizin hüquqi müstəvidəki üstünlüklərini daha da möhkəmləndirməklə yanaşı, dünya ictimaiyyətinin məlumatlandırılmasında, Qarabağ həqiqətlərinin yayılmasında böyük rol oynayır. Bu gün Azərbaycan Respublikası beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunması məqsədilə qlobal və regional səylərə daim fəal dəstək verir, dövlətlərarası və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişafına töhfə verməkdə davam edir. Bakıda mütəmadi olaraq təşkil olunan müxtəlif beynəlxalq tədbirlər, mötəbər beynəlxalq təşkilatlarda sədrliyin Azərbaycana etimad olunması dünya ictimaiyyətinin ölkəmizə verdiyi yüksək qiymətin təzahürüdür”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45

