Müstəqil Azərbaycan mətbuatı tarixində öz imzası olan qəzet
13.01.2010 [09:13]
Hörmətli, Bəhruz müəllim,
Əvvəla, “Səs” qəzetində çalışan əqidədaşlarımı, məsləkdaşlarımı, qəzetin yaranmasında zəhməti olan, bu qəzeti sevən şəxsləri ad günü münasibəti ilə təbrik edirəm. Eyni zamanda, “Səs” qəzetinin ilk baş redaktoru olmuş görkəmli ziyalımız Ağabəy Əsgərovun bu qəzet vasitəsilə müstəqil mətbuatımıza yeni nəfəs gətirdiyini düşünür, onu da səmimi qəlbdən təbrik edirəm. “Səs” qəzeti müstəqil Azərbaycan mətbuatı tarixində özünəməxsus dəsti-xətti, üslubu olan bir kütləvi informasiya vasitəsidir. Bu qəzet, təkcə qəbul olunduğu kimi cəmiyyətin informasiya ilə təmin olunması funksiyasını yerinə yetirməyib, eyni zamanda, Azərbaycanda ictimai fikrin obyektiv əsaslarla formalaşmasında böyük xidmətlər göstərib. Azərbaycanın siyasi sisteminin milli maraqlara uyğun formalaşmasında böyük əhəmiyyətə malik olub. “Səs” qəzeti, 1991-ci ildə müstəqilliyimizin ilk illərində çıxmağa başladı. Bu dövrdə dünyada, regionda və cəmiyyətimizdə baş verən proseslər indiki qədər aydın deyildi. Xüsusilə, monosiyasi bir sistemdən çıxan insanlar üçün çoxşaxəli, mürəkkəb bir sistemə qədəm qoymaq çətin bir məsələ idi. Onun istiqamətini müəyyənləşdirmək, xeyrimizə və ziyanımıza olan məsələləri ayırd etmək çətin proses idi. Belə bir məqamda “Səs” qəzeti öz analitik yazıları ilə insanlara yol göstərdi. “Səs” qəzeti, həmçinin, Azərbaycan cəmiyyətində siyasi fikrin, siyasi plüralizmin bərpa olunmasında böyük xidmətlər göstərib. Bu qəzet böyük müxalifətçilik yolu keçmiş qəzetdir. Həm o dövrdə, həm də indiki iqtidaryönlü mətbuat orqanı kimi çox şərəflə və ləyaqətlə fəaliyyət göstərir. İstər milli maraqlarımızın təhdid altında olduğu, istərsə də qəzetçiliyin və qəzetlərin müstəqil söz deməsinin çətin olduğu bir dövrdə “Səs” qəzeti böyük cəsarətlə öz müxalif sözünü deyib. Daim Ulu öndərimiz Heydər Əliyevin siyasi kursunu müdafiə edib və indi də onun təbliği istiqamətində müstəsna fəaliyyət göstərir. “Səs” qəzeti Ulu öndərin ideoloji tezislərinin, ideyalarının carçısı olub və öz peşəkar, ləyaqətli kollektivi ilə bu işin öhdəsindən gəlib. Sonrakı mərhələdə, ölkəmizin inkişafında da “Səs” qəzeti böyük xidmətlər göstərib.
“Səs” qəzeti, həm də bir sıra tarixi hadisələri işıqlandırmaqla Azərbaycan mətbuatı tarixinə öz imzasını atıb. 1991-1992-ci illərdə Azərbaycan ağır günlərini yaşayırdı. Xalqımızın və ziyalılarımızın üz tutacağı, dərdini bölüşəcəyi mətbuat orqanı yox idi. ölkə mətbuatı müxtəlif marginal qrupların əlində idi və belə bir məqamda 91 nəfər ziyalının Ulu öndər Heydər Əliyevə ünvanladığı müraciətini ilk dərc edən də məhz “Səs” qəzeti oldu. “Səs” qəzetinin işi bununla bitmədi, bu qəzet sonradan ziyalılar üçün tribuna oldu. Qəzetin fəaliyyəti bu gün də bu istiqamətdə davam edir. “Səs” qəzeti Azərbaycan mətbuatı üçün bir məktəbdir. Bu gün “Səs” qəzeti gündən-günə təkmilləşir və inkişaf edir. ölkənin ən aparıcı mətbuat orqanlardan biri olaraq, öz tarixi ənənələrinə və missiyasına sadiq qalaraq, səmərəli fəaliyyət göstərir.
Mən bir daha “Yeni Azərbaycan” qəzetinin rəhbərliyi və bütün yaradıcı heyəti adından “Səs” qəzetinin yaranmasının 19-cu ildönümü ilə əlaqədar kollektivinizi təbrik edirəm, yeni yaradıcılıq uğurları, müvəffəqiyyətlər arzulayıram.
Hikmət Babaoğlu,
dərin hörmət və ehtiramla
“Yeni Azərbaycan”çılar adından
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

