Dağlıq Qarabağ münaqişəsinin həlli diqqət mərkəzindədir
14.01.2010 [16:22]
2009-cu il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində olduqca dinamik bir il kimi xarakterizə oluna bilər. O baxımdan ki, il ərzində münaqişənin həlli istiqamətində intensiv danışıqlar prosesi aparılıb, münaqişənin həllində vasitəçi olan ATƏT-in Minsk qrupunun irəli sürdüyü təkliflər-Madrid prinsipləri əsasında aparılan danışıqlar münaqişənin həllinə ümid yaradıb.
Bununla yanaşı, son illərdə Azərbaycan iqtisadiyyatının güclənməsi, dünyanın ən sürətli inkişafa malik iqtisadiyyatı kimi qeyd olunması, o cümlədən, dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılması, Azərbaycan ordusunun modernləşdirilməsi istiqamətində atılan addımlar müharibə şəraitində yaşayan ölkəmizin öz torpaqlarını işğaldan azad etməsi üçün münbit zəmin hazırlayıb. Təbii ki, Azərbaycan hər zaman işğal altında olan torpaqların sülh yolu ilə azad olunmasının, münaqişənin danışıqlar vasitəsilə həllinin tərəfdarı kimi çıxış edir. Bununla belə, Azərbaycan Prezidenti İlham Əliyev hər zaman xüsusi olaraq vurğulayıb ki, ölkəmiz öz torpaqlarını işğaldan azad etmək üçün bütün vasitələrdən istifadə etməyə hazırdır.
Qeyd olunduğu kimi, Azərbaycan hər zaman bəyan edib ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır. Və bu səbəbdən də, Azərbaycan hər zaman problemin həllində əsas istiqamət kimi diplomatik danışıqlara üstünlük verib. Bunun bir hissəsi Dağlıq Qarabağ həqiqətlərinin dünyaya tanıdılması, digər hissəsi isə beynəlxalq aləmin diqqətini ədalətli həll yoluna cəlb etməkdir. Məhz bu iki istiqamət rəsmi Bakının xarici siyasətində prioritet təşkil edir. Dövlət başçısı İlham Əliyevin məsələ ilə bağlı qətiyyətli mövqeyi və bu istiqamətdə aparılan diplomatik iş nəticəsində rəsmi Bakı bir sıra böyük nailiyyətlərə imza atıb. Etiraf olunmalıdır ki, Azərbaycanın ərazi bütövlüyünün bütün beynəlxalq aləm tərəfindən dəstəklənməsi, əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, xarici müttəfiqlərimizin sıralarının genişlənməsi üçün mühüm əhəmiyyətli tədbirlərin həyata keçirilməsi ölkəmizin bu istiqamətdə uğurları sayıla bilər.
İkinci bir tərəfdən ötən il Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində daha bir yeniliklə yadda qaldı. Ermənistan tərəfindən işğala son qoyulması istiqamətində aparılan danışıqlar prosesində Türkiyənin fəallaşması da pozitiv nəticəyə nail olunmasına bir sıra ümidlər yaradıb. O baxımdan ki, Türkiyə 1993-cü ildən bağladığı Ermənistan sərhəddini açmaq üçün bu ölkədən Azərbaycan torpaqlarının işğalına son qoymağı tələb edir. Artıq Ermənistan Konstitusiya Məhkəməsi Sürixdə imzalanan protokolların ratifikasiyasının ölkə Konstitusiyasına zidd olmadığı haqda rəy verib. Bu isə bir daha göstərir ki, Ermənistan tərəfinin məsələ ilə bağlı qaldırdığı hay-küy yalan və şou xarakterli olub.
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Moskvaya səfəri də bu günlərdə diqqət mərkəzindədir. Türkiyə hökumətinin başçısının bu səfəri Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivləri baxımından da əhəmiyyətlidir. Bəllidir ki, Ermənistan qeyri-rəsmi olaraq rəsmi Moskvanın for-postu sayılır və Dağlıq Qarabağ probleminin çözülməsində bu ölkənin rolu yüksək qiymətləndirilir. Dünən Rusiyanın dövlət başçısı Dmitriy Medvedevlə görüşündə də Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyini önə çəkib. Türkiyənin “Anadolu Ajans” xəbər agentliyinin yaydığı məlumata görə, dövlət rəsmilərinin görüşündə ən əsas müzakirə obyekti məhz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi olub. Dövlət başçısı ilə görüşündən öncə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Rəcəb Tayyib Ərdoğan Azərbaycan torpaqlarının işğaldan azad olunmasının və Ermənistan ilə Azərbaycan arasında razılığın əldə olunmasının Türkiyə xarici siyasətində prioritet kimi qəbul olunduğunu önə çəkib. Baş nazir Ermənistanla münasibətlərin normallaşması istiqamətində önəmli addımların atıldığını bildirib və qeyd edib ki, münaqişənin nizamlanmasında ATƏT-in Minsk qrupunun üzərinə mühüm iş düşür: “Minsk qrupu ilk öncə öz funksiyasını yerinə yetirməlidir, çünki geridə 20 illik bir müddət var və bu 20 il ərzində Qarabağ münaqişəsi həll olunmayıb”. Rusiya da öz növbəsində bu prosesdə aktivliyini artırmalıdır. Ermənistanın Qarabağı işğal etdiyini hamımız bilirik. Bununla bağlı, BMT Təhlükəsizlik Şurasının qərarları da var və BMT də işğal faktını qəbul edir”.
Rusiyanın baş naziri Vladimir Putinlə keçirilən görüşdə əsasən iqtisadi münasibətlər ətrafında fikir mübadiləsi aparıldığı açıqlansa da, iki hökumət başçısı arasında baş tutan mediaya qapalı görüşdə əsas müzakirə obyektinin Dağlıq Qarabağ münaqişəsi olduğu da bildirilir. Beləliklə, Türkiyə baş nazirinin Rusiyaya səfərinin əsas prioriteti əvvəlcədən proqnozlaşdırıldığı kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi oldu və bu 2010-cu ildə problemin həll edilməsinə yaxından kömək göstərə bilər.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

