20 Yanvar faciəsi Belçikanın və Avropanın paytaxtı Brüsseldə anılıb
22.01.2020 [11:14]
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Belçikanın Paytaxt Regionunun Hərbi komandanlığının iştirakı ilə Brüssel şəhərində yerləşən “Konqres sütunu” (Colonne du Congres) memorial kompleksinin yanında dəfn olunmuş Naməlum əsgərin məzarı önündə anım mərasimi təşkil olunub. Bu memorial kompleksi 1830-cu ildən etibarən Belçikanın ictimai dövlət tədbirlərinin keçirilməsi üçün nəzərdə tutulmuş əsas tarixi məkan kimi tanınır.
Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyindən AZƏRTAC-a verilən məlumata əsasən, mərasimdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Belçikadakı səfirliyi və NATO yanında nümayəndəliyin əməkdaşları, həmçinin bu ölkədə yaşayan Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Mərasimdə çıxış edən Hikmət Hacıyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qanlı faciə, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə məlumat verib. Sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirdiyini xatırladan Prezidentin köməkçisi bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına təkan verdiyini qeyd edib. Vurğulayıb ki, doğma Vətənin hazırkı inkişaf mərhələsində həmin günlərin tarixi təcrübəsinin nəzərə alınması xüsusi əhəmiyyətə malikdir.
Sonra Hikmət Hacıyev tərəfindən Belçika hərbçilərinin müşayiətilə Naməlum əsgərin məzarı önünə əklil qoyulub və əbədi məşəl alovlandırılıb, Azərbaycan Respublikası və Belçika Krallığının dövlət himnləri səsləndirilib.
Prezidentin köməkçisi mərasimin sonunda memorial kompleksinin xatirə kitabında 20 Yanvar faciəsi barədə qeydlər edib.
Xəbər lenti
Hamısına baxGündəm
14 Avqust 11:35
Gündəm
14 Avqust 11:05
İqtisadiyyat
14 Avqust 10:35
Analitik
14 Avqust 10:15
MEDİA
14 Avqust 09:55
Analitik
14 Avqust 09:30
Sosial
14 Avqust 09:10
Dünya
13 Avqust 23:55
Dünya
13 Avqust 23:35
Dünya
13 Avqust 23:05
Dünya
13 Avqust 22:45
Dünya
13 Avqust 22:20
Dünya
13 Avqust 21:55
Dünya
13 Avqust 21:35
Dünya
13 Avqust 21:10
Dünya
13 Avqust 20:45
Dünya
13 Avqust 20:20
Dünya
13 Avqust 19:55
Dünya
13 Avqust 19:35
Dünya
13 Avqust 19:10
İqtisadiyyat
13 Avqust 18:57
İdman
13 Avqust 15:59
İqtisadiyyat
13 Avqust 15:47
Sosial
13 Avqust 15:20
İqtisadiyyat
13 Avqust 14:55
Mədəniyyət
13 Avqust 14:45
İqtisadiyyat
13 Avqust 14:20
Sosial
13 Avqust 14:18
Sosial
13 Avqust 13:50
Elm
13 Avqust 13:26
Elm
13 Avqust 13:20
İqtisadiyyat
13 Avqust 13:12
Elm
13 Avqust 13:11
İqtisadiyyat
13 Avqust 12:53
Gündəm
13 Avqust 12:40
Mədəniyyət
13 Avqust 12:25
Sosial
13 Avqust 12:05
Elm
13 Avqust 12:00
Gündəm
13 Avqust 11:50
Sosial
13 Avqust 11:50
Elm
13 Avqust 11:37
İdman
13 Avqust 11:35
Elm
13 Avqust 11:32
YAP xəbərləri
13 Avqust 10:59
Analitik
13 Avqust 09:55
Gündəm
13 Avqust 09:50
Gündəm
13 Avqust 09:45
Sosial
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:25
Gündəm
13 Avqust 09:20
Sosial
13 Avqust 09:05
Dünya
12 Avqust 23:55
Dünya
12 Avqust 23:45
Dünya
12 Avqust 23:20
Dünya
12 Avqust 22:55
Elanlar
12 Avqust 22:43
Dünya
12 Avqust 22:35
Dünya
12 Avqust 22:05
Dünya
12 Avqust 21:45
Dünya
12 Avqust 21:20
Dünya
12 Avqust 20:50
Dünya
12 Avqust 20:30
Dünya
12 Avqust 19:55
Dünya
12 Avqust 19:35
Dünya
12 Avqust 19:15
Mədəniyyət
12 Avqust 18:56
İqtisadiyyat
12 Avqust 18:50
İqtisadiyyat
12 Avqust 18:25
İdman
12 Avqust 18:05
Mədəniyyət
12 Avqust 17:45

