Azərbaycan-Küveyt münasibətləri dinamik şəkildə inkişaf edir
03.02.2010 [09:15]
Xəbər verildiyi kimi, yanvarın 25-26-da Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın rəhbərliyi ilə nümayəndə heyəti Küveyt dövlətində rəsmi səfərdə olub. Səfərin məqsədi ailə, qadın və uşaq problemləri sahəsində ölkələrarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub. Proqram çərçivəsində nümayəndə heyəti Küveytin Qadın Məsələləri Komitəsinin sədri Sheyxa Lətifə Fəhd Əl Salem Əl- Sabahın iştirakı ilə Əl-Küveyt şəhərində Uşaq Mərkəzinin rəsmi açılış mərasimində iştirak edərək qurumun fəaliyyəti ilə yaxından tanış olub. Hicran Hüseynova və Sheyxa Lətifə Fəhd Əl-Səlem Əl-Sabah Azərbaycan və Küveyt arasında qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar...
Küveyt Dövlətinə səfərlə bağlı digər məsələlərə Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynova qəzetimizə müsahibəsində aydınlıq gətirib:
- Məlum olduğu kimi, bu yaxınlarda Sizin rəhbərliyiniz altında ölkəmizin rəsmi nümayəndə heyəti Küveytdə səfərdə olub. Səfərin başlıca məqsədi nədən ibarət idi?
- Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Küveyt Dövlətinin Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Lətifə Fəhd Əl-Salem Əl-Sabahın dəvətilə bu ölkəyə rəsmi səfər etdi. Səfərin məqsədi “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında ailə, qadın və uşaq məsələləri sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyətinin verilməsi barədə” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2010-cu il tarixli, 691 saylı Sərəncamına əsasən sözügedən Sazişi imzalamaqdan ibarət idi. Bununla yanaşı, səfər zamanı müvafiq qurumlar arasında əməkdaşlıq əlaqələrini yaradaraq inkişaf etdirmək, müvafiq sahələrdə hər iki ölkədə əldə olunmuş nailiyyətləri müzakirə etmək və təcrübə mübadiləsinin aparılması da nəzərdə tutulurdu.
- Səfərin gedişində hansı görüşlər keçirilib?
- Səfər proqramı çərçivəsində Küveyt Dövlətinin Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin sədri Lətifə Fəhd Əl-Salem Əl-Sabah ilə görüş keçirildi. Görüşdə ölkəmizdə təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və hazırda Prezident İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilən dövlət qadın siyasətindən bəhs edilib, qadınların irəli çəkilməsi, onların hüquqlarının təmin edilməsi məsələlərinin dövlətin daim diqqət mərkəzində olduğu bildirildi.
Qeyd olundu ki, Azərbaycanda müsəlman aləmində 1906-cı ildə qızlar üçün ilk litsey təsis olunmuş, Şərqdə ilk dəfə və bir çox Qərb ölkələrindən əvvəl qadınlara səsvermə hüququ verilmişdir.
Xanım Lətifə Fəhd Əl-Salem Əl-Sabah isə ətraflı məlumata görə, təşəkkürünü bildirərək öz növbəsində rəhbərlik etdiyi qurum haqqında məlumat verdi, Küveyt Dövlətində son illər ərzində qadınların müxtəlif sahələrdə ictimai fəallığının artmasını xüsusilə vurğuladı.
Görüşdə, həmçinin, Azərbaycan və Küveyt arasındakı münasibətlərin inkişafının və qurumlar arasında təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanaraq, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Küveyt Dövlətinin Nazirlər Kabineti yanında Qadın Məsələləri Komitəsinin arasında imzalanacaq Sazişin və birgə layihələrin perspektivləri barədə müzakirələr aparıldı.
İmzalama mərasimindən sonra Şeyxa Lətifə Fəhd Əl-Salem Əl-Sabaha Ailə, Qadın və Uşaq Problemleri üzrə Dövlət Komitəsinin fəxri medalı təqdim edildi.
Rəsmi nümayəndə heyətinin üzvləri, həmçinin, Əl-Küveyt şəhərində tikilmiş qadın məsələləri üzrə inzibati Mərkəzin rəsmi açılış mərasimində də iştirak etdilər.
Açılış mərasimindən sonra Küveytdə siyasi, iqtisadi, mədəni və sosial həyatda təmsil olunan fəal qadınlarla geniş görüş keçirildi. Azərbaycan nümayəndə heyəti hər iki ölkədə qadınların potensialının inkişaf etdirilməsi, onların həm ailədə, həm də ictimai həyatda bütün imkanlardan istifadə etməsində dövlət tərəfindən yaradılan şəraitin böyük rol oynadığını qeyd etdi. Bu sahədəki problemlərdən də söz açılaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunmasının, 1 milyondan artıq insanın qaçqın və məcburi köçkün şəraitinə düşməsinin ilk növbədə qadınlara və uşaqlara mənfi təsir etdiyi bildirildi. Ailə başçılarını itirmiş qadınların cəmiyyətə reinteqrasiya olunaraq müəyyən peşəyə sahib olmaları üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin digər maraqlı tərəflərlə birgə qaçqın və məcburi köçkün qızlar və qadınlar üçün peşə hazırlığı, dil və kompüter kursları təşkil etdiyi bildirildi. Bu baxımdan ölkəmizin birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti, xüsusilə, səhiyyə, elm və təhsil, mədəniyyət, ekologiya kimi sahələrdə həyata keçirdiyi mühüm layihələr və onların müsbət nəticələri barədə məlumat verilib. Görüşdə ölkəmizdə Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda “Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi” adlı beynəlxalq forum keçirilməsi haqqında da geniş məlumat verildi. Etiraf edilməlidir ki, bu forum qadınların dünya tarixinin hər bir dövründə sülhün, əmin-amanlığın ən böyük təminatçısı olduğunu bir daha təsdiq etdi.
- İki ölkə arasında imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında qadın, uşaq və ailə məsələləri sahəsində əməkdaşlıq haqqında Saziş” hansı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur?
- Səfərin gedişində imzalanmış saziş müvafiq istiqamətlər üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə xidmət edir. İmzalanma mərasimində xüsusi qeyd olundu ki, Azərbaycan və Küveyt arasında səmərəli əməkdaşlığın inkişafı məhz ölkə başçılarının şəxsi təşəbbüsləri nəticəsində əldə edilib. İmzalanan sazişə əsasən, hər iki ölkədə qadınların irəli çəkilməsi, qadın problemləri sahəsində mütəmadi informasiya mübadiləsinin aparılması, birgə nəşrlərin buraxılması, qadın, uşaq və ailə problemlərinin araşdırılmasına həsr olunmuş ikitərəfli fəaliyyətin, habelə birgə beynəlxalq tədbirlərin təşkili, tərəflərin nümayəndələri üçün qarşılıqlı əsaslarla təlim kurslarının və treninqlərin keçirilməsi və digər istiqamətlər üzrə ardıcıl tədbirlərin reallaşdırılması planlaşdırılır.
RAMİL
Xəbər lenti
Hamısına baxGündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05

