“Epidemioloji fəlakət”in yaşandığı Ermənistanda səhiyyə sistemi çöküb
12.06.2020 [09:12]
Rusiya mediası işğalçı ölkədə Paşinyan hakimiyyətinin səriştəsizliyi ucbatından koronavirus pandemiyasının ağır fəsadlar törətməsindən yazır
Sosial-iqtisadi tənəzzülün müşahidə edildiyi işğalçı Ermənistanda pandemiyanın yaratdığı problemlərin də həllində acizlik nümayiş etdirən Paşinyan hakimiyyətinin yarıtmaz fəaliyyəti durumu daha da ağırlaşdırıb. Artıq bir çox xarici ölkə mətbuatında, o cümlədən Rusiya mediasında koronavirus pandemiyasının Ermənistanda ağır fəsadlar törətməsi, hakimiyyətin səriştəsizliyi ucbatından ölkə səhiyyəsinin bu problemə qarşı mübarizədə “məğlub olması”, bu ölkəni fəlakət gözlədiyi barədə çoxsaylı məqalələrə rast gəlinir.
Məsələn, 11 iyun tarixində Rusiyanın aparıcı xəbər portallarından olan “lenta.ru” saytında “Cəhənnəmə addımlayırıq” adlı yazıda qeyd edilir ki, Ermənistanın koronavirus infeksiyası (COVID-19) ilə mübarizədə “məğlub olan” dövlətlər siyahısına düşmək üçün bütün şanslara malikdir. Belə ki, ölkədə xəstəliyə yoluxma nisbətində yenidən “partlayış” səviyyəsində artım müşahidə olunur, ağır vəziyyətdə olan xəstələrin nisbəti kəskin şəkildə çoxalıb və səhiyyə sisteminin ehtiyatları tükənməkdədir.
“Lenta.ru”nun məqaləsində daha sonra vurğulanır ki, Ermənistanın epidemiyanın “ikinci dalğası” ilə qarşı-qarşıya olduğu artıq gizli saxlanacaq məsələ deyil. Ötən çərşənbə günü baş nazir Nikol Paşinyan “Facebook”da canlı yayım zamanı vətəndaşları yeni xəbərlərlə şoka saldı: ölkədə “epidemioloji fəlakət” mövcuddur və o, bütün ailəsi ilə birlikdə COVID-19-a yoluxub.
Yeri gəlmişkən, Paşinyanın koronavirusa yoluxmasına inanmayanlar da çox olub. Belə ki, bu xəbər elan edildikdən sonra hökumətdəki fəaliyyətini daha da aktivləşdirən Paşinyanın xəstəliyi ayaqda keçirmə və sağalma kimi “unikal örnək” nümayiş etdirməsi şübhə ilə qarşılanıb.
Məqalədə daha sonra qeyd olunur ki, hakimiyyət dərhal vəziyyətin pisləşməsində vətəndaşları günahlandırıb - Paşinyan insanların İrəvandakı təhlükəsizlik tədbirlərinə kütləvi şəkildə məhəl qoymadığını bildirib.
Portalın yazısında o da vurğulanır ki, əsas məsuliyyət Paşinyan hökumətinin üzərindədir. Belə ki, hakimiyyətdəkilər əvvəlcə əlaqələndirilmiş şəkildə koronavirus təhlükəsini rədd etdilər və onu zarafata çevirməyə çalışdılar. Hətta səhiyyə naziri Arsen Torosyan ÜST-ün rəsmi məlumatlarına birbaşa zidd olan açıqlamalarını davam etdirərək 14 apreldə təkrarladı ki, koronavirus xüsusi təhlükəli bir infeksiya deyil. A.Torosyan təkcə sözlə deyil, əməllə də fərqlənib. Mayın 7-də, gündüz vaxtı səhiyyə nazirinin bir kafedə maska və ya qoruyucu vasitə olmadan naməlum insanlarla görüşdüyü anın fotosu çəkilib. Baş nazirin özü də vətəndaşlara pis nümunə göstərib. Məsələn, birbaşa yayımların birində o, koronavirusa simptomsuz yoluxmanın “təbii peyvənd”ə bərabər olduğunu iddia edib və özünün də bu mərhələdən keçməyi arzuladığını söyləyib.
Materialda belə bir fikirə yer verilir ki, ölkədə sərt məhdudiyyətlər tətbiq etməyin ilk cəhdində sosial və iqtisadi vəziyyətdən narazı insanların etiraz aksiyaları başlayıb. Buna görə də erməni cəmiyyətinin və iqtisadiyyatının “ikinci dalğa”dan sağ çıxa biləcəyi böyük sual altındadır.
Yazının sonunda deyilir ki, hakimiyyət xalqı, xalq isə hakimiyyəti günahlandırır, amma bu, real mənzərəni dəyişmir. Hər iki tərəf günahkardır və hər ikisi, heç olmasa, səhvlərini etiraf etmək, düzəltməyə çalışmaq istəmir. Bununla yanaşı, hər gün aparılan koronavirus testlərinin 30-40 faizi müsbət çıxır. Bu rəqəmlər, yoluxanların əhalinin say nisbətində böyük payının olduğunu və ölkədə səhiyyə sisteminin çökməsini göstərir.
Qaşqay ZİYƏDDİNOĞLU
Xəbər lenti
Hamısına baxDünya
10 Avqust 19:30
Dünya
10 Avqust 19:16
Dünya
10 Avqust 18:52
Dünya
10 Avqust 18:30
İdman
10 Avqust 18:26
Dünya
10 Avqust 18:10
İdman
10 Avqust 17:54
Elm
10 Avqust 17:53
İqtisadiyyat
10 Avqust 17:50
Sosial
10 Avqust 17:45
Elm
10 Avqust 17:37
Siyasət
10 Avqust 17:35
Mədəniyyət
10 Avqust 17:23
İdman
10 Avqust 17:13
Sosial
10 Avqust 16:48
Turizm
10 Avqust 16:47
Mədəniyyət
10 Avqust 16:40
İdman
10 Avqust 16:31
Elm
10 Avqust 16:30
İqtisadiyyat
10 Avqust 16:28
Sosial
10 Avqust 16:27
Sosial
10 Avqust 16:25
Sosial
10 Avqust 16:22
İqtisadiyyat
10 Avqust 16:15
Elm
10 Avqust 16:03
İdman
10 Avqust 15:43
Elm
10 Avqust 15:29
İqtisadiyyat
10 Avqust 15:29
Mədəniyyət
10 Avqust 15:28
Mədəniyyət
10 Avqust 15:17
Sosial
10 Avqust 15:07
Mədəniyyət
10 Avqust 15:04
Elm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10

