/ / XİN: BMT Baş Assambleyasının koronavirusa həsr olunmuş xüsusi sessiyasının birinci seqmenti başa çatıb
XİN: BMT Baş Assambleyasının koronavirusa həsr olunmuş xüsusi sessiyasının birinci seqmenti başa çatıb
05.08.2020 [08:58]
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə çağırılan BMT Baş Assambleyasının Koronavirus (COVID-19) pandemiyasına həsr olunmuş xüsusi sessiyasının işi ilə əlaqədar KİV-in sualını cavablandırıb.
XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Leyla Abdullayeva bununla bağlı deyib: “İyulun 10-da rəsmi olaraq açıq elan edilmiş xüsusi sessiya BMT Baş Assambleyasının digər bütün sessiyaları kimi iki seqmentdən ibarət formatda keçirilir. Prosedur xarakterli qərarların qəbul edildiyi seqment artıq iyulun 21-də başa çatıb. Bu seqment çərçivəsində Baş Assambleyanın aşağıdakı 6 qərarı sükut proseduru vasitəsilə qəbul edilib və BMT Baş Assambleyasının rəsmi sənədləri olaraq dərc edilib:
- BMT Baş Assambleyasının 74-cü sessiyasının sədri olan Ticani Məhəmməd-Bandenin xüsusi sessiyanın sədri seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın sədr müavinlərinin seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın əsas komitələrinin sədrlərinin seçilməsi barədə qərar;
- Xüsusi sessiyanın gündəliyinin qəbul edilməsi barədə qərar;
- Xüsusi sessiyanın Səlahiyyət Komitəsinin tərkibinin təsdiq edilməsinə dair qərar;
- BMT Nizamnaməsinin 19-cu maddəsinə uyğun olaraq, quruma üzvlük haqlarını ödəməyən və beləliklə, səsvermə hüququndan məhrum edilmiş dövlətlərin siyahısının nəzərə alınmasına dair qərar.
Qeyd edək ki, pandemiyanın davam etməsi ilə əlaqədar BMT Baş Assambleyası çərçivəsində qərarlar səsvermə ilə yox, sükut proseduru vasitəsilə qəbul olunur. Müvafiq prosedura uyğun olaraq qərar layihələri 72 saat müddətinə BMT-nin bütün üzv dövlətləri arasında yayılır və bu müddətin sonunadək etiraz edən dövlət olmadığı təqdirdə qəbul edilir.
Koronavirus pandemiyası səbəbindən BMT-nin mənzil qərargahında tətbiq olunan məhdudiyyətlərlə əlaqədar hazırda qurumun Baş Assambleyasının rəsmi iclaslarının paytaxtlardan gələn nümayəndə heyətlərinin fiziki iştirakı ilə keçirilməsi mümkün deyil. Bununla əlaqədar, Baş Assambleyanın sentyabr ayında keçiriləcək müntəzəm sessiyası tarixdə ilk dəfə hibrid formada, yəni, dövlətlərin seçimindən asılı olaraq ya nümayəndə heyətləri rəhbərlərinin əvvəlcədən yazılmış videomüraciətləri vasitəsilə, ya da həmin dövlətlərin BMT yanında daimi nümayəndəliklərinin Assambleya zalında fiziki iştirakı ilə baş tutacaq.
Hazırkı pandemiya vəziyyəti ilə əlaqədar iyulun 10-dan başlayan Baş Assambleyanın xüsusi sessiyasının müxtəlif seqmentli müzakirələrinin də əvvəlki xüsusi sessiyalardan fərqli formatda keçirilməsi nəzərdə tutulur. Bununla əlaqədar, hazırda BMT-yə üzv dövlətlər sessiyanın dövlət və hökumət başçıları səviyyəsində, videokonfrans formatında keçirilməsi ilə bağlı modallıqları müzakirə edirlər. Müvafiq razılıq əldə olunduqdan sonra ümumi müzakirələrin konkret tarixləri müəyyən ediləcək”.
Xəbər lenti
Hamısına baxDünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42

