/ / Prezident İlham Əliyev: Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır
Prezident İlham Əliyev: Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır
19.08.2020 [09:17]
Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlər əsasında formalaşması və Vətənə bağlı olması xalqımızın və dövlətimizin böyük üstünlüyüdür
Bütün zamanlarda gənclər yüksək fəallıqları ilə fərqləniblər və təmsil etdikləri ölkələrin inkişafı üçün yeni trendlər müəyyənləşdiriblər. Bu baxımdan, deyə bilərik ki, Azərbaycan gəncləri də dəyişən dünyanın yeni çağırışlarına daim adekvat reaksiya veriblər və ölkəmizin, xalqımızın inkişafında mühüm rol oynayıblar. Bəs bu gün - dünyada müxtəlif proseslərin getdiyi bir dövrdə gənclərimizdən hansı keyfiyyətlər tələb olunur? Sualın aktuallığı həm də onunla şərtlənir ki, hazırda biz qlobal səviyyədə milli dövlətlərə və milli dəyərlərə təzyiqlərin artdığının şahidi oluruq. Müstəqilliyimizin qorunması, eləcə də xalqımızın özünəməxsusluğunu təmin edən adət-ənənələrimizin, milli dəyərlərimizin yaşaması böyük dərəcədə gənclərin necə tərbiyə almalarından asılıdır. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 27-də Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən gənclərin tərbiyəsi məsələsinə xüsusi diqqət çəkərək bu xüsusda tövsiyələrini və tapşırıqlarını verib.
Ölkəmizdə gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi daim diqqət mərkəzindədir
Məlumdur ki, heç də bütün xalqlara özlərinin müstəqil dövlətlərini qurmaq nəsib olmayıb. Azərbaycan xalqına isə ötən əsrin doxsanıncı illərinin əvvəlində XX yüzillikdə ikinci dəfə öz müstəqil dövlətini qurmaq xoşbəxtliyi nəsib olub. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə ölkənin siyasi rəhbərliyinə qayıtdıqdan sonra Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı, müstəqilliyimizin möhkəm əsaslarını yaratdı. Son 17 ildə Prezident İlham Əliyev Ulu Öndərimizin ideyalarını zamanın dəyişən çağırışlarına uyğun şəkildə zənginləşdirərək müstəqilliyimizi daha da möhkəmləndirib, Azərbaycanı güclü dövlətlər sırasına çıxarıb. Azərbaycan bu müddət ərzində ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq özünün siyasi və iqtisadi müstəqilliyini tam təmin edib. Bu gün Azərbaycan bütün dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, heç kimdən asılı olmayan güclü və nüfuzlu dövlət kimi tanınır. Müstəqilliyimizin möhkəmlənməsi, ölkəmizin iqtisadi-maliyyə imkanlarının genişlənməsi Azərbaycanın hər bir vətəndaşı, o cümlədən də gənclərimiz üçün sonsuz qürur mənbəyidir. Bu gün Azərbaycanın müsbət reallıqlarından biri ölkə gənclərinin müstəqillik ideyalarına daim sədaqətli qalmaları ilə bağlıdır. Azərbaycanın yaxın tarixinə nəzər salsaq, görərik ki, gənclər hər zaman azərbaycançılıq ideyasına bağlı olublar və müstəqilliyimizin möhkəmlənməsinə öz töhfələrini veriblər.
Respublikamızda müstəqillik illərində belə sağlam əqidəli, intellektual potensialı yüksək olan gənclərin yetişməsi, ilk növbədə, həyata keçirilən məqsədyönlü gənclər siyasəti ilə bağlıdır. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, son 17 ildə Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. Ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə dövlət proqramı uğurla icra edilib. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin olunur. İndiyədək həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir. Eyni zamanda, Cənubi Qafqazın ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu tərəfindən mühüm addımlar atılıb. Bütün bunlar müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda qara qızılın insan kapitalına çevrilməsi siyasətinin ardıcıl səciyyə daşıdığını təsdiqləyir.
Bir məqama da xüsusi diqqət yetirmək lazımdır. Məlumdur ki, Azərbaycan özünün ərazi bütövlüyünün pozulması faktı ilə heç vaxt barışmayıb və bundan sonra da barışmayacaq. Respublikamız bizim üçün bir nömrəli milli məsələ olan Dağlıq Qarabağ probleminin həllində belə prinsipial yanaşma sərgiləyərkən ilk növbədə özünün ordusuna arxalanır. Azərbaycan Ordusu getdikcə güclənir. Son illərdə qoşunların təmas xəttində düşmən ölkənin törətdiyi təxribat cəhdlərinin qətiyyətlə dəf edilməsi onu deməyə əsas verir ki, Azərbaycan sülh danışıqları nəticə verməyəcəyi təqdirdə işğal altındakı torpaqları məhz ordusunun gücü ilə azad edəcək. Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində işğalçı dövlətin hərbi bölmələrinin iyulun 12-də və sonrakı günlərdə törətdikləri təxribatların qarşısının qətiyyətlə alınması silahlı qüvvələrimizin zəfər tarixinə növbəti şanlı səhifə kimi yazılıb.
Azərbaycan cəmiyyəti, o cümlədən də gənclərimiz dövlət sərhədinin Tovuz istiqamətində düşmən təxribatının qarşısını rəşadətlə alan ordumuza qətiyyətli dəstək göstərirlər. Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışına qoşulan gənclərimiz bu günlərdə könüllü olaraq cəbhəyə getmək və düşmənə qarşı vuruşmaq istəklərini bildirir, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq qaydada müraciət edirlər. Qurumdan verilən məlumata əsasən, bütövlükdə indiyədək Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən on minlərlə gənc Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə elektron qaydada müraciət ünvanlayıb və onlar müvafiq formada qeydiyyata alınıblar.
Belə müsbət məqamlar ölkəmizin, xalqımızın dostlarını sevindirməklə yanaşı, düşmənlərimizi, o cümlədən də xaricdəki antimilli mərkəzləri ciddi narahat edir. Həmin dairələr daxildəki “sapı özümüzdən olan baltalar”la sinxron şəkildə fəaliyyət göstərərək hansısa yollarla ölkəmizin getdikcə artan nüfuzuna xələl gətirmək, milli maraqlarımıza zərbələr vurmaq istəyirlər. Bəhs olunan dairələrin hədəflərindən biri də gənclərimizə təsir göstərib onlara xalqımıza yad olan dəyərləri aşılamaqdır. Bu kimi amillər gənclərlə işin gücləndirilməsini, xüsusilə də onlarda vətənpərvərlik hisslərinin möhkəmləndirilməsini zərurətə çevirib. Prezident İlham Əliyev vurğulayıb: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona görə bu məsələyə çox böyük diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm”.
Ölkəmizin müstəqilliyi, gələcək firavanlığı milli ruhda və ənənəvi dəyərlər əsasında formalaşan gənclərdən asılı olacaq
Azərbaycan xalqı zəngin mənəvi dəyərlər sisteminə malikdir. Əcdadlarımızın yadigarı olan bu dəyərlər zamanın sınağından keçərək nəsillərdən-nəsillərə ötürülüb və bu günümüzədək yaşayıb. Xalqımızın identikliyini, özünəməxsusluğunu təmin edən də məhz bu dəyərlər və ənənələrdir. Bəhs olunan qəbulda Prezident İlham Əliyev gənclərin milli ruhda, xalqımızın zəngin mənəvi dəyərləri əsasında formalaşdırılmasının zəruriliyini bir daha diqqətə çatdırıb. Bu xüsusda fikirlərini ifadə edən dövlətimizin başçısı “Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar. Əgər qloballaşma adı ilə bizə yad olan və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti idxal ediləcəksə, onda bizim gənclərimiz gələcəkdə ölkəmizin maraqlarını qoruya bilməyəcəklər. Bu, təkcə Təhsil Nazirliyinin vəzifəsi deyil, bu prinsiplər, ilk növbədə, ailələrdə, məktəbdə, uşaq bağçasında, ali məktəbdə, orduda və cəmiyyətdə üstünlük təşkil etməlidir”, - deyə vurğulayıb.
Azərbaycan Prezidentinin gənclərin milli ruhda, xalqımızın ənənəvi dəyərləri əsasında formalaşdırılmasına çağırış etməsi müasir dünyanın reallıqları ilə bağlıdır. Bu gün biz internet əsrində yaşayırıq. Məhz internetin sayəsində ayrı-ayrı ölkələrdə yaşayan insanlar arasında əlaqələr intensivləşib. Bu prosesdə gənclərin aktivliyi daha çox hiss olunur. Dünya üzrə insanlar arasında əlaqələrin intensivləşməsinin, fikir mübadiləsi imkanlarının genişlənməsinin, əlbəttə ki, müsbət tərəfləri çoxdur. Ancaq müəyyən qüvvələr internet kimi əvəzolunmaz ünsiyyət vasitəsindən sui-istifadə etməkləmüxtəlif dağıdıcı niyyətlərini reallaşdırmağa çalışırlar. Bu gün internetin hər ailəyə daxil olması və qloballaşma prosesinin sürətlənməsi qarşıya gənclər siyasəti ilə bağlı yeni çağırışlar çıxarıb. Burada isə gənclərin milli ruhda tərbiyəsi və milli-mənəvi dəyərlərin qorunması xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə, xalqımız əsrlər boyu öz dəyərlərini, ənənələrini, bütövlükdə yaşam fəlsəfəsini qoruyaraq bu günümüzə qədər daşıyıb və onları zaman-zaman yeniləri ilə daha da zənginləşdirib. Biz xalqımızın milli kimliyini şərtləndirən dəyərlərimizlə, ənənələrimizlə qürur duyuruq. Bu dəyərlərin, ənənələrin qorunaraq müasir dövrədək gəlib çatması eyni zamanda, məsuliyyətimizi də artırır. Biz ölkəmizin, xalqımızın sabahı naminə əcdadlarımızın milli ruhunu yaşadan dəyərlər sistemimizi yad təsirlərdən qorumalı və onları gənclərimiz vasitəsilə gələcəyə ötürməliyik.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16

