Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır
10.09.2020 [09:17]
Türkiyə-Azərbaycan media platformasının yaradılması strateji əhəmiyyətli bir qərardır və hər iki dövlətin, əslində isə bir millətin maraqları baxımından uzunmüddətli perspektivlərə hesablanıb.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.
Deputat diqqətə çatdırıb ki, postmodernizm cəmiyyətlərinin əsas səciyyəvi xüsusiyyətlərindən biri onun informasiya cəmiyyəti olmasındadır. Hazırda qloballaşan dünyada da inteqrasiyanı və maraqları təmin edən əsas platformalardan birinin informasiya platforması olduğunu deyən deputat bildirib: “Qlobal informasiya məkanında daha böyük və səmərəli platformaya sahib ola bilmək elə daha güclü olmaq deməkdir. Üstəlik, iki qardaş ölkənin vahid media platforması hər iki medianın tarixən güclü olduğu platformalarda da onları daha güclü edəcək və inteqrasiyasını sürətləndirəcək. Məsələn, Azərbaycan mediası ənənəvi olaraq rusdilli media mühitində özünü rahat hiss edə bilir və qardaş ölkənin informasiya maraqlarını bu platformaya daşıya bilər. Türkiyə mediası isə ingilis və fransız dilli media platformasında ənənəvi yerə malikdir və o da həmin platformada Azərbaycanın informasiya maraqlarını təmin edə bilər. Bu isə artıq təkcə informasiya mübadiləsi deyil, medianın timsalında daha üstün yumşaq gücə sahib olmaq deməkdir”.
H.Babaoğlu qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev vurğuladığı kimi, televiziyadan kino sektorunadək bütün sahələr üzrə birgə layihələrin həyata keçirilməsi, mütəxəssis mübadilə proqramlarının hazırlanması, eləcə də texnologiya sahəsində əməkdaşlığın hər iki ölkəyə qarşı həyata keçirilən qarayaxma kampaniyası ilə mübarizədə də əhəmiyyətli rol oynayacaq. Ancaq bu da məsələnin hamısı deyil: “Çünki Türkiyə- Azərbaycan media platforması düşünüldüyü kimi reallaşdırıldığı təqdirdə, özünə yeni tərəfdaşlar da cəlb edəcək. Məsələn, növbəti mərhələdə bu platformaya Türk Şurasına üzv olan digər qardaş ölkələrin də mediası qoşula bilər. Eyni zamanda, ortaq maraqları olan digər dövlətlər - Gürcüstan, Ukrayna, Macarıstan və sair ölkələr də bu platformada tərəfdaşlıq edə bilərlər”.
Deputatın sözlərinə görə, bunun üçün bir sıra məsələlərdə kiçik düzəlişlər edilməlidir. Çünki ortaq media platformasının yaradılması bunu zəruri edir. Bunlardan biri ortaq türk dilinin sürətlə formalaşmasına mane olan baryerlərin aradan qaldırılmasıdır. Məsələn, türk film və seriallarının Azərbaycan televiziyaları və kinoteatrlarında tərcümə edilərək verilməsi doğru deyil. Həm də nail olmaq lazımdır ki, Türkiyədə Azərbaycan filmləri yayımlansın və bu, tərcüməsiz, uzaqbaşı alt yazı uyğunlaşdırılması ilə verilsin. Beləliklə, ortaq media platformasının ortaq dili də formalaşsın ki, ortaq məqsədlərimizin daha sürətlə və səmərəli şəkildə reallaşmasını təmin edə bilsin.
“Əgər buna nail ola bilsək, qısa müddətdə dil, ictimai diplomatiya, ədəbi-bədii mühit, mədəniyyət və mənəviyyat, turizm, texnologiyalar, elmi-texniki tərəqqi və sair sahələrdə perspektivlər yaranacaq. Bu perspektivlər də, sözün əsl mənasında, bir millət dediyimiz millətin ən yeni tarixində növbəti təkamül prosesi yaradacaq. Türkiyə-Azərbaycan media platformasının yaradılması təşəbbüsünü yalnız alqışlamaq olar”, - deyə Hikmət Babaoğlu bildirib.
Xəbər lenti
Hamısına baxSosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45

