Tbilisidə Azərbaycanın və Gürcüstanın Xarici İşlər nazirlərinin görüşü keçirilib
25.09.2020 [08:45]
Sentyabrın 24-də Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Xarici İşlər naziri David Zalkaliani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazirlərin təkbətək görüşündən sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibli görüş baş tutub.
Nazirlər iki ölkə arasında yüksək səviyyədə inkişaf edən strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd ediblər. Ölkələrimiz arasında və dövlət rəhbərlərimiz səviyyəsində mövcud olan yüksək münasibətlərin yalnız sözdə deyil, əməllərdə də aydın şəkildə özünü nümayiş etdirdiyi qeyd olunub. Qarşılıqlı səfərlərin dövlətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə müsbət töhfə verdiyi vurğulanıb.
Gürcüstan Xarici İşlər naziri David Zalkaliani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari il sentyabrın 19-da yerli kütləvi informasiya vasitələrinə verdiyi müsahibəsində Gürcüstan ilə bağlı səsləndirdiyi fikirlərin yüksək səviyyədə qiymətləndirildiyini qeyd edib.
Tərəflər ikitərəfli gündəlikdə duran bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, turizm, humanitar və digər sahələrdə əməkdaşlıq münasibətlərinə dair ətraflı fikir mübadiləsi aparıblar. Enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələlərindən bəhs edilərək Cənubi Qaz Dəhlizinin tam istifadəyə verilməsi və genişləndirilməsinin perspektivləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, habelə Bakı-Tbilisi-Qars dəmir yolunun iki ölkə ilə yanaşı, geniş bölgənin sosial-iqtisadi inkişafına töhfə verdiyi vurğulanıb. Həmçinin iqtisadi və ticarət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu və bundan tam istifadə edilməsinin əhəmiyyəti qeyd edilib.
Görüşdə ölkələrimizin oxşar təhlükəsizlik təhdidləri ilə üzləşdiyi və bununla mübarizədə oxşar baxışın mövcud olduğu vurğulanıb. Beynəlxalq hüququn norma və prinsiplərinə hörmət, xüsusilə də ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq tanınmış sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət olunmasının zəruri olduğu bildirilib.
Dövlətlərimizin ikitərəfli əməkdaşlıq ilə yanaşı, çoxtərəfli formatlarda da uğurla əməkdaşlıq etdiyi və qarşılıqlı dəstək nümayiş etdirildiyi qeyd olunub.
Nazir Ceyhun Bayramov həll olunmamış münaqişələrin bölgənin təhlükəsizliyinə ciddi təhdid doğurduğunu qeyd edib və Azərbaycan-Ermənistan sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi son hərbi təxribatları ilə bağlı həmkarına məlumat verib. Münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü əsasında həllinin vacibliyi vurğulanıb.
Nazirlər pandemiya dövründə ölkələrimiz arasında əlaqələndirmə və əməkdaşlığın yüksək səviyyədə davam etdirildiyini və daşımaların maneəsiz axınının təmin olunduğunu bildiriblər.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Xarici İşlər nazirlərinin mətbuat üçün brifinqi keçirilib.
Xəbər lenti
Hamısına baxXəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53
Elm
22 May 17:52
Xəbər lenti
22 May 17:52
Xəbər lenti
22 May 17:51
Mədəniyyət
22 May 17:50
Elm
22 May 17:49
Siyasət
22 May 17:49
Xəbər lenti
22 May 17:48
Siyasət
22 May 17:48
Sosial
22 May 17:25
YAP xəbərləri
22 May 17:14
YAP xəbərləri
22 May 17:11
Siyasət
22 May 16:32
Siyasət
22 May 15:51
Siyasət
22 May 15:50
Siyasət
22 May 15:46
Siyasət
22 May 15:45
Siyasət
22 May 15:44
YAP xəbərləri
22 May 15:22
Sosial
22 May 15:17
YAP xəbərləri
22 May 14:51
Siyasət
22 May 14:33
Dünya
22 May 14:26
Gündəm
22 May 13:17
Gündəm
22 May 13:09
Sosial
22 May 12:56
Sosial
22 May 12:55
Sosial
22 May 12:55
Gündəm
22 May 12:54
Siyasət
22 May 12:48
Xəbər lenti
22 May 12:28
Siyasət
22 May 12:27
Analitik
22 May 12:00
Gündəm
22 May 11:22
Xəbər lenti
22 May 11:17
İqtisadiyyat
22 May 10:53
İqtisadiyyat
22 May 10:35
Analitik
22 May 10:18
Sosial
22 May 10:08
Analitik
22 May 09:56
Analitik
22 May 09:30
Analitik
22 May 09:17
Sosial
22 May 08:53
Sosial
22 May 08:31
Dünya
21 May 23:18
YAP xəbərləri
21 May 23:14
Siyasət
21 May 22:43
Dünya
21 May 22:40
Dünya
21 May 22:17
Müsahibə
21 May 21:59
Xəbər lenti
21 May 21:25
Dünya
21 May 20:42
Dünya
21 May 20:14
Xəbər lenti
21 May 19:52
Dünya
21 May 19:16
Gündəm
21 May 19:16
Yeni texnologiyalar
21 May 18:32
İqtisadiyyat
21 May 17:45
Dünya
21 May 17:19
Dünya
21 May 16:34
Dünya
21 May 16:10
Siyasət
21 May 16:02
Siyasət
21 May 16:01
Siyasət
21 May 16:01
Elanlar
21 May 15:56
Siyasət
21 May 15:55
Dünya
21 May 15:46

