/ / Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb
30.09.2020 [09:01]
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, məktubda Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar - Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya tərəfindən 28 sentyabr 2020-ci il tarixində qəbul olunan və Ermənistanın törətdiyi növbəti təcavüz aktının və təxribatın kəskin şəkildə qınandığı Birgə Bəyanatın Azərbaycanda böyük rəğbətlə qarşılandığı bildirilir. Sahibə Qafarova partiyaların qətiyyətli və ədalətli mövqe ortaya qoyduqları üçün öz adından və Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından minnətdarlığını ifadə edib.
Məktubda bildirilir ki, Azərbaycan hazırda beynəlxalq hüququn ona verdiyi haqdan istifadə edərək Ermənistanın işğalı altında qalan torpaqlarını azad etmək üçün savaşır: “Biz sülhsevər dövlət olaraq son 30 ildə münaqişənin danışıqlar masası ətrafında, dinc yolla həlli üçün səbirlə gözlədik. Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prinsipi əsasında həllinə dair BMT və ATƏT başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsini tələb etdik. Lakin 30 il ərzində nə bu qərarlar Ermənistan tərəfindən icra edildi, nə də beynəlxalq ictimaiyyət Ermənistana bu qərarları icra etməsi üçün təzyiq göstərdi. Bu isə son nəticədə cəzasız qalan Ermənistanın yenidən Azərbaycana hücum etməsi və yeni torpaqlar işğal etmək cəhdi ilə yekunlaşdı. Lakin Azərbaycanın şanlı ordusunun qətiyyəti ermənilərin bu cəhdini artıq boşa çıxarmışdır. Əminik ki, şanlı ordumuz bu qətiyyəti ilə ən qısa müddətdə torpaqlarımızı tam şəkildə azad edəcəkdir və Azərbaycanın ərazi bütövlüyünü təmin olunacaq”.
Məktubda qeyd olunub ki, bu bəyanat bir daha göstərdi ki, Azərbaycan və Türkiyə milli xarakter daşıyan bütün məsələlərdə hər zaman bir-birinin yanındadır.
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33
Dünya
03 Avqust 09:52
Dünya
03 Avqust 09:17
Dünya
03 Avqust 08:25
Mədəniyyət
03 Avqust 07:30
Diaspor
03 Avqust 07:04

