Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək üçün istifadə edir
18.03.2010 [10:18]
Böyük dövlətlər çox zaman maraqları olan siyasi məkanlarda mənafelərini reallaşdırmaq üçün müxtəlif adlar altında, müəyyən humanitar təşkilatların fonunda fəaliyyət göstərməklə planlarını həyata keçirməyə çalışırlar. Artıq heç kəsə sirr deyil ki, BMT ABŞ-ın maraqları üzərində qurulmuş xətt üzrə irəliləyir, qərarlar qəbul edir və ya Qərb dövlətlərinin müxtəlif adlar altında yardımlar ayırması hansısa gizli maraqlara söykənir. Belə təşkilatlardan biri də, ABŞ Beynəlxalq İnkişaf Agentliyidir (USAİD). Bu agentliklə bağlı bu günə qədər Vaşinqtonun maraqlarına xidmət edən gizli işlərdə əli olduğunu sübut edən materiallar üzə çıxıb. Onlardan bəzilərini diqqətinizə təqdim edirik.
Belə ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) yüksəkvəzifəli məmuru etiraf edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) onların əməliyyatlarına yardım göstərən üçüncü tərəflərin pul vəsaitləri və müqavilələrlə təmin olunmasında USAİD-dən istifadə edir. Bu barədə İspaniyanın “Rebelion” qəzetində Yeva Qolinqerin “Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək üçün istifadə edir” adlı məqaləsində bildirilib. Məqalədə göstərilib ki, uzun illər USAİD-də çalışan və regional proqramlara məsul olan məmur bildirib ki, MKİ bu təşkilatın adından müqavilələr bağlayır, özü isə bu prosesdən kənarda qalır: “üç ay əvvəl MKİ-nin iki agenti USAİD-in çoxmilyonlu sərmayə yatırdığı Afrika ölkələrindən birində ifşa olunub. Bu əməkdaşlar ölkədən çıxarılıblar. “New York Times” qəzetinin yazdığına görə, MKİ və Pentaqonun podratçı şirkəti olan “Development Alternatives, Inc”. (DAI) təşkilatının əməkdaşı Kubada müxalifət qruplarına təbliğat materialları verərkən yaxalanıb”.
Xatırladaq ki, ABŞ Dövlət Departamentinə bağlı olan USAİD-in Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqələri yeni xəbər deyil. 1974-cü ildə ABŞ Konqresi USAİD-in şöbələrindən birini bağlayıb. MKİ bu şöbədən Latın Amerikası, Asiya və Yaxın Şərqdə milyonlarla polisin təlimi, maliyyələşdirilməsi və silahlandırılması üçün istifadə edib. İctimai Təhlükəsizlik Bürosu (Office of Public Safety “OPS”) 1957-ci ildə prezident Eyzenhauer tərəfindən xarici ölkələrdə polis qüvvələrinin yaradılması və onlara təlim keçirilməsi məqsədilə yaradılıb. MKİ-nin məxfi materialları göstərir ki, İctimai Təhlükəsizlik Bürosunun fəaliyyəti USAİD üçün ayrılan milyonlarla vəsait hesabına maliyyələşdirilib, lakin onun həyata keçirdiyi əməliyyatlar bu casus qurumu tərəfindən koordinasiya olunub.
Daha sonra qəzet yazır ki, Vyetnam müharibəsi zamanı USAİD Mərkəzi Kəşfiyyat İdarəsi ilə birlikdə minlərlə vyetnamlının ölümünə səbəb olan “Feniks” əməliyyatı çərçivəsində maddi yardımın bölüşdürülməsinə cavabdehlik daşıyıb: “Haitidə USAİD-i 2004-cü ildə prezident Jan Bertran Aristidə qarşı dövlət çevrilişi cəhdində günahlandırılan təşkilatları maliyyələşdirməkdə ittiham ediblər. 2002-ci ilin iyununda USAİD Venesuelada Keçid Dövrünə Yardıma dair Təşəbbüs Bürosu açıb, bu büro vasitəsilə prezident Uqo çavesə qarşı müxalif olan qüvvələrə milyonlarla dollar yardım göstərilib. USAİD-in Venesueladakı fəaliyyətinə dair iki min səhifədən artıq məxfi materialla tanışlıq müxalifət qruplarına strateji dəstək verilməsi və onların maliyyələşdirməsi üsulları barədə aydın təsəvvür yaradır. Bu məqsədlə Venesuelada müxalifət partiyalarının mövqeyinin möhkəmləndirilməsinə yönəlmiş proqramlar həyata keçirilir, ölkədə anti-hökumət hərəkatının konsolidasiyası məqsədilə ssenarilər hazırlanır.
Bu il Boliviyanın çapare və El Alto vilayətlərinin sakinləri USAİD əməkdaşlarını onların daxili işlərinə qarışmaqda ittiham edərək təşkilatın yerli nümayəndəliyinin fəaliyyətini dayandırmağa nail olublar. Sentyabrda isə prezident Evo Morales USAİD-in ölkəni parçalamağa çalışan separatçı qruplara milyonlarla dollar pul verməsini əsas gətirərək bu qurumla imzalanmış rəsmi müqavilənin ləğv olunduğunu bəyan edib”.
Məqalədə daha sonra USAİD-in fəaliyyətinə görə, bir çox ölkələrdən çıxarılması ilə bağlı faktlar sadalanıb: “2005-ci ildə USAİD təmsilçiləri təxribatçı fəaliyyətə görə, Eritreyadan da qovulublar. Son 5 il ərzində Efiopiya, Rusiya və Belarus öz ərazilərində USAİD nümayəndələrinin fəaliyyətini dayandırıblar.
ABŞ Baş Mühasibat İdarəsinin 2006-cı il üçün hazırladığı hesabatda Kubaya Yardım Proqramı çərçivəsində USAİD-ə ayrılan pulların xərclənməsi ilə bağlı problemlər aşkarlandığı qeyd olunur. Kubada “demokratiyanın inkişafı” üçün nəzərdə tutulan milyonlarla dollar vəsait mərkəzi qərargahı Mayamidə olan Kuba əksinqilabçı təşkilatlarının hesablarında peyda olub, həm də bu fakt heç bir mühasibat hesabatında öz əksini tapmayıb”.
Jurnalist Jan-Qi Allard bildirir ki, USAİD-in fəaliyyətinə dair ən bariz hallar Uruqvayda müşahidə olunub. 70-ci illərin sonlarında bu ölkədə USAİD vəsiqəsi daşıyan Den Antoni Mitrione adlı amerikalı təlimatçı peyda olub. Onun vəzifəsi yerli polis əməkdaşlarına müxtəlif işgəncə üsulları ilə bağlı təlim keçmək idi. Bütün bu fəaliyyət Latın Amerikasında solçu hərəkatın məhvinə yönəldilmiş gizli proqram çərçivəsində gerçəkləşdirilib.
“Əgər əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi USAİD-dən pərdələnmək məqsədilə istifadə edir, agentliyin əməkdaşları isə heç bir şübhə doğurmurdusa, bu gün USAİD-in anti-qiyamçı tədbirlərə cəlb olunması tam şəffaf prosesdir. Bu tədbirlər Vaşinqtonun düşmən hesab etdiyi dövlət və hərəkatlara qarşı yönəlib. Statusun yeniləşməsi qurumun humanitar yardım göstərmək kimi ilkin funksiyasını dəyişdirərək USAİD-i rəsmi olaraq hərbi quruma çevirmiş olur” - deyə, yazıda bildirilib.
Göründüyü kimi, ayrı-ayrı ölkələrdə narkomaniya, insan haqları ilə bağlı vəziyyət barədə hesabatlar yayan ABŞ-ın özündə kifayət qədər problemlər mövcuddur. Yaxşı olardı ki, qərəzli yanaşma və əsassız iddialarla müşahidə olunan hesabatlarda ABŞ-ın özündə də baş verən hüquq pozuntuları, cinayətlər və digər neqativ hallar əksini tapaydı.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30

