Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır
31.03.2010 [10:49]
Azərbaycanın Birləşmiş Ştatlardakı səfirliyinin gördüyü işlər nəticəsində martın 26-da ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupunun 10 üzvünün imzası ilə Prezident Barak Obamaya Azərbaycan-ABŞ münasibətlərinin əhəmiyyətini əks etdirən məktub göndərilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, konqresmenler məktubda Azərbaycanın ABŞ-ın mühüm strateji tərəfdaşı olduğunu qeyd ediblər. Bildirilib ki, Avropa ilə Asiya arasında dinamik geosiyasi regionda yerləşən Azərbaycan əhalisinin əksəriyyəti müsəlman olan dünyəvi bir ölkədir. Min ildən artıqdır ki, burada xristian və yəhudi icmaları da yaşayır. Konqresmenlər xüsusi vurğulayıblar ki, Azərbaycan qlobal enerji təhlükəsizliyində aparıcı rol oynayır. Bill Klinton və Corc Buş administrasiyası tərəfindən dəstəklənən Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsi Cənubi Qafqaz regionunun inkişafına təsir edən ən uğurlu layihədir və hazırda Xəzər dənizinin neft ehtiyatlarını ABŞ-a və bizim Avropadakı tərəfdaşlarımıza çatdıran əsas xəttə çevrilib. Azərbaycanın beynəlxalq sülhyaratma əməliyyatlarında fəal iştirakına toxunan konqresmenlər bildiriblər ki, 2001-ci il 11 sentyabr hadisələrindən dərhal sonra Azərbaycan Birləşmiş Ştatlara köməyini təklif edən ilk ölkələrdəndir. Azərbaycan Kosovo və İraq əməliyyatlarında iştirak etmiş, bu yaxınlarda isə Əfqanıstandakı hərbi kontingentini iki dəfə artırıb. Azərbaycan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) təyyarələrə hava məkanı vermiş, öz hava limanlarından istifadəyə şərait yaradıb. Azərbaycan, həmçinin özünün ərazisindən və Xəzər donanmasından istifadəyə icazə verməklə Əfqanıstana şimal dəhlizi ilə (NDN) yardım göstərilməsində də mühüm rol oynayır. Bundan əlavə, Azərbaycan Əfqanıstan polisləri, sərhədçiləri, mina axtaranları, mülki və hərbi tibb heyəti üçün xüsusi təlimlər, vətəndaşları üçün xəstəxanalarda müalicələrini təşkil edib. Azərbaycan, həmçinin, Əfqanıstanı tibbi avadanlıqla təmin edib, bu ölkədə məktəblərin və xəstəxanaların tikintisinə yardım göstərib. Azərbaycan ümumi məqsədlərdə özünün davamlı və səmərəli yardımı ilə Cənubi Qafqazda NATO-nun və Avropa İttifaqının etibarlı tərəfdaşıdır. Azərbaycan Xəzərin mühafizəsi və təhlükələrin birgə zərərsizləşdirilməsi proqramında iştirak edərək, ABŞ-ın kütləvi qırğın silahlarına qarşı mübarizəsində fəal tərəfdaşıdır. Yuxarıda deyilənlərin əksi olan, ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edən 1992-ci il “Azadlığa Dəstək” Aktının 907-ci bəndi iki dövlət arasında strateji tərəfdaşlığın genişləndirilməsinə cidd maneə olaraq qalır və ABŞ-ın regiondakı milli maraqlarına ziddir. Bundan başqa, 2009-cu ilin iyul ayından ABŞ-ın Bakıda səfirinin olmaması qeyri-müəyyənlik yaradır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində səlahiyyətli olan ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ vasitəçilik səylərində daha fəal olmalıdır.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

