Erməni yalanlarını tarix özü ifşa edir
02.04.2010 [09:24]
Erməni tarixçilərinin uydurduğu və siyasətçiləri tərəfindən beynəlxalq aləmin diqqət mərkəzinə gətirilən qondarma “erməni soyqırımı” iddialarına cavab vermək üçün əlimizdə kifayət qədər tutarlı faktlar var. Bu faktları bədnam qonşularımız kimi özümüzdən uydurmamışıq, onları Fransa dövlət arxivində, Dərbənd milli arxivində yatan sənədlər və Azərbaycan torpağının hər bir qarışında rast gəlinən soyqırım nişanələri isbatlayır.
Tarixin belə nişanələrindən biri də Quba rayonu ərazisində aşkar edilmiş kütləvi məzarlıqdır. Hər il olduğu kimi, iki gün öncə də - 31 Mart Azərbaycanlıların soyqırımı günündə ziyalılardan və müxtəlif təşkilatların nümayəndələrindən ibarət heyət Quba məzarlığını ziyarət edib. Heyətin tərkibində ölkəmizdə çalışan xarici diplomatlar da təmsil olunub.
Qubanın mərkəzi meydanından başlayan mitinqə Bakıdan gedən təşkilatlar da qoşulub. Rayon sakinləri isə qonaqları al bayraqlarla qarşılayıblar.
Təbdiri giriş sözü ilə açan rayon rəsmilərinin çıxışlarından sonra söz Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə sektorunun müdiri Qafar Əliyevə verilib. Sektor müdiri indiyə qədər millətimizin məruz qaldığı erməni vəhşiliklərindən danışaraq zaman-zaman təkrar olunan qətliamlar haqqında məlumat verib: “Azərbaycanlıların ermənilər tərəfindən məruz qaldığı soyqırımı təkcə 1918 və 1990-cı illərlə məhdudlaşmır. 1813-cü ildən başlayan bu hərəkat, zaman-zaman həyata keçirilən soyqırımı siyasəti Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə və atəşkəs əldə edilənə qədər davam edib. 1813, 1905, 1918, 1937-48, 1990-cı illər. Həmin tarixi dövrlərə nəzər salaq, ermənilərin Cənubi Qafqaz ərazisinə köç etməsini xatırlayaq. Bütün bu dönəmlərdə Azərbaycan xalqı daha böyük qüvvələrin basqısı ilə üz-üzə qalıb. Erməni daşnakları isə həmin qüvvələrin vuran əli kimi istifadə olunub. Dövlət yaratmaq, torpaq qazanmaq istəyi bu vəhşilərin gözünü tutub və onlar tarixdə misli görünməmiş vəhşiliklər törətməklə bu istəklərinə çatmağa çalışıblar”.
Ermənistan dövlətinin yaranma tarixini xatırladan Qafar Əliyev vurğulayıb ki, biz bu gün təkcə yaşadığımız faciələri beynəlxalq aləmdə tanıtmaqla kifayətlənməməliyik, eyni zamanda o dövlətin yaranma tarixini - çox da uzaq olmayan keçmişdə qalsa da, hamımızın bildiyimiz faktları dünya ictimaiyyətinə tutarlı dəlillərlə təqdim etməliyik: “Sovet dövründə bizim yaddaşımıza yaxın buraxılmayan tariximiz səhifə-səhifə öyrənilməklə yanaşı, həm də təbliğ olunmalıdır. Etiraf edək ki, biz bu təbliğata bir qədər gec başlamışıq. Buna baxmayaraq, aradan keçən zaman boşluğunu doldurmalıyıq. Tariximizi öyrənməklə yanaşı, onun təbliğatını da qurmalıyıq. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qaydışından sonra dövlət, hakimiyyət və ictimaiyyət kompleks şəkildə birləşərək bu təbliğatı qurdu, həm də müdafiə yox, hücum taktikası şəklində. Ulu öndər bütün türk dünyasına, dünyaya səpələnmiş türk diasporuna səsləndi. Türk və Azərbaycan diasporunun təşkilatlanma yollarını göstərdi. Məhz bundan sonra qüvvələr arasındakı nisbət xeyrimizə dəyişdi. Ermənilər artıq bizim təbliğatın qarşısında qorxuya düşdüklərini, geri çəkildiklərini büruzə verməyə başladılar. Bütün dünyaya sübut etməliyik ki, indiki Ermənistan dövləti Azərbaycanın tarixi torpaqlarında yaradılıb”.
Bu işə xarici ölkələrdə yaşayan azərbaycanlıların da cəlb edilməsinin vacibliyini vurğulayan sektor müdirinin sözlərinə görə, məhz belə işbirliyinin bəhrəsi olaraq erməni yalanlarının qarşısını ala, onların bütün dünyaya həqiqət kimi təqdim etdikləri uydurma faktları puça çıxara bilərik: “İndiyə qədər biz soyqırımına məruz qaldığımızı yalnız sənədlər əsasında deyirdik. İndi isə artıq Qubada aşkar olunmuş kütləvi məzarlıq kimi tutarlı bir fakta malikik. Bu gün bizə hər bir imkan yaradılıb. Dövlət başçısı cənab İlham Əliyev Quba məzarlığının böyük abidə kompleksə çevrilməsi üçün vəsait ayrılması haqqında Sərəncam imzalayıb.
Soyqırımları, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş kitablar nəşr edilir, filmlər çəkilir. Heydər Əliyev Fondu tərəfindən, şəxsən fondun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə çox geniş və effektiv təbliğat işi qurulub. Tarixçi alimlərimiz, siyasətçilərimiz, bu gün bura toplaşan Quba sakinləri, özünü azərbaycanlı hesab edən hər bir soydaşımız, bu torpaqdan bəhrələnən vətəndaşımız Azərbaycan həqiqətlərinin təbliğatçısına çevrilməlidir. Azərbaycan torpağına ayaq basan hər bir xarici ölkə vətəndaşı bu abidəyə baş çəkməli, təkcə bizə deyil, bəşəriyyətə qarşı törədilmiş qətliamın tarixi ilə tanış olmalıdır”.
Daha sonra çıxış edən Azərbaycan Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin rəhbəri İlham İsmayılov isə çıxışında bildirib ki, biz 26 Fevral - Xocalı soyqırımı gününü yeni qeyd etmişik, cəmi bir ay sonra yeniden növbəti bir soyqırımı gününü qeyd edirik. “Ermənilər tərəfindən törədilmiş belə soyqırımlara son 200 illik tariximizdə tez-tez rastlaşırıq. Bütün dunya dövlətləri bu həqiqətləri bilsə də, bu faciələrə sadəcə göz yumur. Ermənilər bu soyqırımları yalnız Azərbaycan türklərinə qarşı deyil, eyni zamanda bu coğrafiyada yaşayan azsaylı xalqlara qarşı və eləcədə bənzər soyqırımları Türkiyədə də törədiblər.
Ona görə də, ermənilərin törətdiyi soyqırımlar bütün Türk dünyasının ortaq faciəsidir. Mən hesab edirəm ki, bütün Türk dünyasının bu ortaq faciəsi həm də onların ortaq gələcəyini şərtləndirən amil olmalıdır. Biz Türk dünyası olaraq erməni yalanlarına qarşı birləşməli, birgə mübarizə aparmalıyıq”.
Sonra ATXƏM və TüSİAB adından soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidə önünə əklil qoyulub. Tədbir iştirakçıları Qubadakı soyqırımı qəbristanlığına gələrək, bu dəhşətli qətliamların qurbanlarının məzarını ziyarət ediblər.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19

