Türk Şurasının nümayəndə heyəti Ermənistanın destruktiv əməlləri barədə məlumatlandırılıb
03.11.2020 [09:36]
Noyabrın 2-də Xarici İşlər naziri Ceyhun Bayramovun Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi (Türk Şurası) Bağdad Amreyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nümayəndə heyətini salamlayan nazir Ceyhun Bayramov son zamanlar Türk Şurasını Baş katibinin ölkəmizə səfərlərinin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan ədalətli mövqeyinə əlavə dəstək verdiyini vurğulayıb.
Türk Şurası tərəfindən Azərbaycanın mövqeyi ilə bağlı bu günədək sərgilənən birmənalı dəstəyə görə təşəkkürünü bildirən nazir C.Bayramov Baş katibin raket atəşinə məruz qalan Gəncə şəhərinə səfər etməsinin Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən müharibə cinayətləri ilə yerində tanış olmaq baxımından xüsusi önəm kəsb etdiyini və mənəvi əhəmiyyətinin yüksək olduğunu qeyd edib.
Nazir Ceyhun Bayramov Ermənistanın destruktiv əməlləri barədə qarşı tərəfi məlumatlandırıb. Uzun illər ərzində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisində qeyri-qanuni mövcudluğunun yalnız ölkəmiz üçün deyil, bütün bölgə üçün ciddi təhdid təşkil etdiyi vurğulanıb. Azərbaycanın xoş niyyət nümayiş etdirərək üç dəfə humanitar atəşkəsə razılıq verdiyi və hər dəfə də bu humanitar atəşkəsin Ermənistan tərəfindən kobud şəkildə pozulduğu qeyd edilib. Sonuncu Cenevrə danışıqlarında da mülki əhalini hədəfə almamaq öhdəliyini götürən Ermənistanın yenidən onu kobud şəkildə pozduğu və Azərbaycanın yaşayış məntəqələrini artilleriya atəşinə tutulduğu diqqətə çatdırılıb.
Bakıda Türk Ticarət və Sənaye Palatasının təşkil etdiyi “Azərbaycanın sosial və iqtisadi inkişafının yeni dövrü” tədbirinin əhəmiyyətini qeyd edən Ceyhun Bayramov Azərbaycanın işğaldan azad edilmiş bütün torpaqlarında bərpa işlərinin həyata keçiriləcəyini və bununla əlaqədar dövlətimiz tərəfindən bütün səylərin səfərbər ediləcəyini bildirib.
Baş katib Bağdad Amreyev öz növbəsində səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla qeyd edib. O, Türk Şurasının Azərbaycanın yanında olduğunu və ölkəmizin haqlı mövqeyini birmənalı şəkildə dəstəklədiyini bildirib.
Bağdad Amreyev Bakıda təşkil edilmiş tədbirin əhəmiyyətini vurğulayıb, belə tədbirlərin Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müvafiq layihələrin həyata keçirilməsinə, beləliklə də həmin torpaqlarda əhalinin normal həyatının bərpasına dəstək olduğunu qeyd edib.
Tərəflər, həmçinin Türk Şurasının növbəti Zirvə Görüşünə hazırlıq, eləcə də təşkilatın gündəliyində duran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxSosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18

