Vaşinqton nüvə sammitinə Bakını dəvət etməli idi
16.04.2010 [09:32]
Türkiyə məsələləri üzrə analitik Mark Meirovitzin (Mark Meirowitz) APA-nın Vaşinqton müxbirinə müsahibəsi:
- Sizcə, Türkiyə baş nazirinin Vaşinqtona səfərindən sonra ABŞ prezidenti Barak Obama “erməni soyqırımını” tanıyaraq bununla da Türkiyə ilə strateji münasibətləri korlaya bilərmi?
- Prezident Obamanın uzaqgörən siyasətçi olması və Vaşinqtonda nüvə sammiti çərçivəsində Ərdoğan, Sərkisyan və Obama arasında keçirilən görüş bunu deməyə əsas verir ki, Obama 24 aprel çıxışında 1915-ci il hadisələrindən danışarkən “soyqırımı” ifadəsini işlətməyəcək. Xarici Əlaqələr Komitəsi ABŞ prezidentini 24 aprel çıxışı zamanı 1915-ci il hadisələrini “soyqırımı” adlandırmağa çağıran 252 saylı qətnaməni qəbul edəndən sonra Barak Obama Türkiyənin güclü təzyiqi, o cümlədən Türkiyənin ABŞ-dakı səfirinin geri çağırılması faktı ilə üzləşdi. ötən il aprelin 24-də 1915-ci il hadisələrindən danışarkən Obama ermənicə “Meds Yeghern” sözünü işlətdi, ermənilər bu sözü “soyqırımı” kimi qəbul edirlər, lakin bu həm də “böyük fəlakət” kimi izah oluna bilər. Bütün tərəfləri razı salmağa yönəlmiş bu yanaşma əslində heç kimi razı salmadı, lakin hər halda “soyqırımı” sözü işlənmədi.
Bu il 24 apreldə prezident qısa danışmalı və əlbəttə ki, “soyqırımı” sözünü və ya ona yaxın bir söz işlətməməlidir, əks halda bu Türkiyənin mənfi reaksiyasına səbəb olar.
- Bu, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı danışıqlara necə təsir edəcək?
- Əgər prezident “soyqırımı” sözünü işlətməsə, 24 aprel bəyanatının təsiri az olacaq. Lakin əgər prezident 24 aprel çıxışında “soyqırımı” sözünü işlətsə, bu, Türkiyə-ABŞ münasibətlərinə olduqca pis təsir göstərər və hətta bu münasibətlərə qeyri-müəyyən müddətə son qoyula bilər.
- Necə fikirləşirsiniz, Azərbaycan bu vəziyyətdə nə etməlidir?
- Azərbaycan Türkiyənin Ermənistanla imzalandığı protokolların Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirilməli olduğunu bildirir. Amma ABŞ bəyan edib ki, bu məsələləri bir-birindən ayırmağın tərəfdarıdır, protokollar və Dağlıq Qarabağ məsələsi ayrı-ayrılıqda nəzərdən keçirilməlidir. Protokollar çox kövrək əsaslar üzərindədir və hələ də Türkiyə və Ermənistan parlamentləri tərəfindən ratifikasiya olunmayıb. Əfsuslar olsun ki, prezident Obama Azərbaycanı Vaşinqtondakı nüvə sammitinə dəvət etmədi. Yəqin Ağ Ev elə fikirləşib ki, Azərbaycanın iştirakı Obamanın Türkiyə-Ermənistan protokollarına diqqətini azalda bilər. Azərbaycan Türkiyə və ABŞ-dakı dostları ilə əməkdaşlığı davam etdirməlidir, yəqin ki, “etibar et, amma yoxla” prinsipi ilə... Yəni protokolların ratifikasiyasına və Dağlıq Qarabağ münaqişəsinin həllinin ayrı-ayrılıqda nəzərdən keçirilməsinə imkan verməlidir. Protokollar ratifikasiya olunmadan normallaşma prosesi başlamayacaq. Türkiyə-Ermənistan münasibətlərinin mümkün qədər tez normallaşması isə Türkiyə və Azərbaycanın marağındadır. Normallaşma prosesi möhkəmləndikcə, Dağlıq Qarabağ məsələsi də həll olunmağa başlayacaq. ABŞ-ın dediyi kimi, bu məsələlər lap başlanğıcda bir-biri ilə əlaqələndirilsə, onsuz da mürəkkəb olan proses ümumiyyətlə qeyri-mümkün olar.
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

