/ / "Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır, biz ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndiririk"
"Azərbaycan ABŞ-ın mühüm tərəfdaşıdır, biz ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndiririk"
20.04.2010 [09:17]
ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya daxil olan məlumata görə, ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi ABŞ-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirərək, Azərbaycanı ABŞ-ın mühüm tərəfdaşı adlandırıb və Azərbaycana Əfqanıstandakı töhfələri və zorakı ekstremizmlə mübarizədə əməkdaşlığına görə təşəkkürünü bildirib. Bəyanatda deyilir: “Müdafiə Nazirliyi Azərbaycanın Əfqanıstanda, zorakı ekstremizmlə mübarizədə, regional və qlobal təhlükəsizlik sahəsində göstərdiyi beynəlxalq səylərini yüksək qiymətləndirir.
Azərbaycan Əfqanıstan İslam Respublikası hökuməti və xalqı üçün öhdəlik götürməklə liderlik nümayiş etdirir. Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin (İSAF) tərkibində sabitlik və yenidənqurma sahəsində zəruri olan təhlükəsizliyi bərqərar etmək və onun dayanaqlılığını təmin etmək məqsədilə Azərbaycanın hərbi kadrları Birləşmiş Ştatlar, müttəfiqlərimiz və digər tərəfdaşlarla çiyin-çiyinə dayanır.
Azərbaycan İSAF və əfqan təhlükəsizlik kadrlarını yenidən təchiz edən və Əfqanıstanın yenidən qurulması üçün zəruri materiallarla təmin edən qlobal hava və yerüstü şəbəkəsində mühüm yer tutur. Azərbaycan, həmçinin yenidənqurma işlərində göstərdiyi səylərə görə liderdir. Azərbaycanlılar əfqan diplomatları, həkimləri, mina təmizləyən qruplar, polis və sərhəd mühafizə kadrlarına təlim keçir. Azərbaycan yenidənqurma sahəsində, o cümlədən ən çox ehtiyacı olan xəstəxana və məktəblərə töhfə verir. Azərbaycanın hərbi və mülki dəstəyi əfqanları tez bir zamanda öz təhlükəsizlik və inkişafı baxımından öhdəlik götürməsi üçün gücləndirməyə kömək edir.
Azərbaycan hökuməti zorakı ekstremizmə qarşı mübarizədə mühüm müttəfiq olub. Azərbaycan hakimiyyəti ABŞ və digər xarici maraqlara qarşı hücumları dəf etməkdə köməklik edib, saysız-hesabsız təxribat cəhdlərini aradan qaldırıb. Bu yaxınlarda Moskva metro sisteminə edilən dəhşətli hücum bir daha göstərir ki, biz bu təhlükələrə qarşı həmişəkindən də ayıq olmaqla, birlikdə mübarizə aparmalıyıq.
Heç birimizin təklikdə həll edə bilmədiyimiz çeşidli qlobal çətinliklərlə üzləşdiyimiz bir dövrdə, Birləşmiş Ştatlar iki ölkə arasında güclü və dinamik tərəfdaşlığa çalışır. Biz, möhkəm dostlarıq, təhlükəsiz, demokratik və çiçəklənmiş bir dövlətin inkişafına dəstək vermək məqsədilə Azərbaycan hökuməti və xalqı ilə birgə işləmək üçün öhdəlik götürmüşük”.
Qeyd edək ki, ABŞ müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə müavini M.Flurni şənbə günü Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə nazirinin hərbi-siyasi məsələlər üzrə baş məsləhətçisi olan müdafiə nazirinin müavini, xanım Flurni ABŞ-ın Azərbaycanla strateji münasibət üzrə öhdəliyini bir daha təsdiqləyib. O, regional sabitlik və inkişafa təkan verilməsi istiqamətində ABŞ-la Azərbaycan arasında qarşılıqlı maraqları müzakirə etməyə müvəffəq olub. M.Flurni, həmçinin təkrar vurğulayıb ki, Birləşmiş Ştatlar Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmaqda köməklik göstərmək üçün yüksək səviyyədə iştirakını davam etdirir.
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 22:54
Mədəniyyət
05 İyul 21:18
Siyasət
05 İyul 20:42
Dünya
05 İyul 19:24
İdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10

