Minsk qrupunun həmsədrlik institutunun tərkibində dəyişiklik zamanı yetişib
21.04.2010 [09:14]
“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyanın bir sıra dövlətləri, o cümlədən münaqişənin nizama salınmasında vasitəçilik missiyasını üzərinə götürən bəzi dövlətlər bu prosesdə ədalətli mövqe nümayiş etdirməkdə ya çətinlik çəkirlər, ya da müəyyən mərhələdə önəmli addımların atılmasında qətiyyət göstərmirlər”. APA-nın xəbərinə görə, bunu YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında deyib. Ə.Əhmədov bildirib ki, istənilən halda münaqişənin həlli Azərbaycan torpaqlarının işğaldan azad olunmasından keçir, vasitəçilər də bunu dərk etmək zorundadırlar: “Türkiyənin münaqişənin nizama salınması prosesinə qoşulmasını təbii hesab edirik. Türkiyə ATƏT-in Minsk qrupunun 11 üzvündən biridir. Minsk qrupunun həmsədri olan ölkələrin bu günə kimi lazımı qətiyyət göstərə bilməmələri və işğala məruz qalan dövlət kimi Azərbaycanın mövqeyinin kifayət qədər müdafiə olunmaması bu fikri söyləməyə əsas yaradır ki, Minsk qrupunun həmsədrlik institutunun tərkibində dəyişiklik zamanı yetişib. Biz belə hesab edirik ki, Türkiyə bu formatın kamilləşməsi, tamamlanması üçün ən gərəkli namizəd ola bilər”.
YAP Sədrinin müavini deyib ki, Türkiyə problemin ədalətli və Azərbaycanın pozulmuş hüquqlarının bərpası çərçivəsində həllində maraqlıdır: “Buna görə də Türkiyənin prosesə qoşulmasını alqışlayırıq. Hesab edirik ki, Türkiyənin prosesə qoşulması münaqişənin həlinə töhfə verə bilər”.
Əli Əhmədov Azərbaycanın ABŞ-la birgə hərbi təlimlərdən imtina etməsinə münasibət bildirərkən deyib ki, regionda əmin-amanlığın, sabitliyin, əməkdaşlığın təmin edilməsi Ermənistanla Azərbaycan arasında münaqişənin nəticələrinin aradan qaldırılması ilə bilavasitə əlaqədardır. Bundan kənarda Cənubi Qafqazda sülhün və əmin-amanlığın təmin edilməsi mümkün deyil. Ə.Əhmədov hesab edir ki, bütün proseslər bu kontekstdə nəzərdən keçirilirsə, o zaman birinci olaraq münaqişənin aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılmalıdır: “Bu gün üçün Azərbaycan cəmiyyətinin qəbul edə biləcəyi reallıqlar ondan ibarətdir ki, istənilən beynəlxalq qurumlarla Azərbaycanın münasibətlərinin kökündə dayanan çox vacib məsələlərdən biri də Azərbaycana qarşı haqsızlığa həmin təşkilatların və qurumların münasibətinin açıq şəkildə ortaya qoyulmasıdır. Əgər Azərbaycanın haqlı mövqeyi bu qurumlar tərəfindən müdafiə edilmirsə, onda Azərbaycan cəmiyyətinin bu münasibətlərin Azərbaycanın maraqlarına nə dərəcədə uyğun gəlməsi ilə əlaqədar sualları ortaya çıxır”.
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47

