Ölkəmizdə informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülür
22.04.2010 [09:50]
Hazırda, Azərbaycanın müvafiq nazirlik və komitələrinin internet saytlarından istifadə edən, həmçinin, mətbuat xidmətləri ilə səmərəli münasibətlər quran kütləvi informasiya vasitələri informasiyaların cəmiyyətə operativ şəkildə çatdırılmasını həyata keçirir. Bu fikirlər ATƏT-in Bakı ofisinin təşkilatçılığı və Azərbaycan Prezidenti Administrasiyasının dəstəyi ilə jurnalistlər və dövlət təşkilatlarının mətbuat xidmətləri üçün “Demokratik cəmiyyətdə dövlət qurumları ilə media arasında səmərəli münasibətlərin qurulması” mövzusunda keçirilən ikigünlük təlimlər zamanı bir daha vurğulanıb. O da xüsusi olaraq qeyd edilib ki, Azərbaycanda demokratik cəmiyyətin formalaşmasında mətbuatın özünəməxsus yüksək rolu var. ölkəmizdə beynəlxalq və yerli qurumların birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən bir sıra tədbirlər isə konkret olaraq KİV-lərlə dövlət orqanlarının əlaqədar qurumları arasında əməkdaşlığın gələcək inkişafına müsbət təsir göstərir.
Qeyd edək ki, həmin tədbirdə “Məlumat azadlığı və diffamasiya məsələlərinin milli və beynəlxalq qanunvericilik aspektləri. Azərbaycan kontekstindən götürülmüş nümunələrin əməli təhlili” və “Dövlət qurumları ilə media münasibətlərinin milli və beynəlxalq qanunvericilik aspektlərinin nəzərdən keçirilməsi. Azərbaycan təcrübəsindən götürülmüş nümunələrin təhlili” mövzularında müzakirələr aparılıb. Müzakirələr zamanı dövlət qurumları ilə media münasibətlərinin yerli və qanunvericilik aspektləri, hökumət-media münasibətlərinin uğurlu təşkili, ATƏT regionunda media orqanlarının informasiya əldə etmək imkanlar, eyni zamanda, informasiyanı yaymaq üçün məsul edilmiş KİV-lərlə bu informasiyanın toplandığı dövlət orqanları arasında əməkdaşlığın intensivləşməsi, hər iki tərəf və xüsusən də, oxucular üçün maraqlı olan məlumatların cəmiyyətə obyektiv və operativ çatdırılmasının təmin olunması istiqamətində çıxışlar dinlənilib və təkliflər səsləndirilib. İstər sözügedən tədbir, istərsə də ölkəmizdə KİV-lə bağlı həyata keçirilən islahatlar onu deməyə əsas verir ki, demokratik prinsipləri özünün başlıca hədəfi seçən Azərbaycan dövləti KİV-in hərtərəfli inkişafına yardım göstərilməsini də bu siyasətin tərkib hissəsi sayır. Hazırda, ölkəmizdə informasiya təminatının şəffaflığı üçün lazımi işlər görülür və dövlətin bu istiqamətdə siyasi iradəsi var. KİV-in inkişafının və daha səmərəli fəaliyyət göstərməsinin şərtlərindən birinin də dövlət orqanları ilə media arasında münasibətlərin səmərəli şəkildə qurulmasının olduğunu nəzərə alan Azərbaycan hakimiyyəti bu istiqamətdə mühüm addımlar atıb. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda dövlət qurumları ilə media arasında münasibətlərin səmərəli qurulması istiqamətində mövcud qanunvericilik bazası formalaşdırılıb, dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsi və onların KİV-lərlə münasibətlərinin tənzimlənməsi üçün müvafiq addımlar atılır. Azərbaycanda 2005-ci ildə qəbul olunmuş “İnformasiya əldə etmək haqqında” Qanun və digər müvafiq sənədlər demokratik cəmiyyətin tələblərinə tam cavab verir. Bu qanunlar informasiyanın azad və maneəsiz əldə olunması üçün hüquqi əsas yaratmaqla, mütərəqqi idarəçilik prinsiplərini özündə ehtiva edir. Eyni zamanda, bu sənədlər informasiyanın əldə edilməsi, obyektiv, qərəzsiz və ictimai məsuliyyətə dair jurnalistika standartlarına uyğun cəmiyyətə çatdırılması üçün tam şərait yaradıb.
Məhz bunun nəticəsi olaraq həmin strukturlar arasında münasibətlərin qurulmasında mühüm irəliləyişlər əldə edilib. Belə ki, dövlət orqanlarının ictimaiyyətlə əlaqələr şöbələri yaradılıb, media ilə operativ əməkdaşlıq əlaqələri qurulub, dövlət strukturlarının müvafiq internet resursları fəaliyyət göstərir.
Dövlətimiz eyni zamanda, bu istiqamətdə Qərbin və Avropanın aparıcı təşkilatları, həmçinin, ATƏT-lə yaxından əməkdaşlıq edir. Konkret olaraq, sonuncu tədbirə gəlincə, Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri Vüqar Əliyevin də qeyd etdiyi kimi, ATƏT-in bu cür təlimlərinin yüksək əhəmiyyəti var. Belə ki, bu cür təlimlər həm qanunvericiliyin tətbiqi, həm beynəlxalq təcrübənin öyrənilməsi, həm də dövlət strukturlarının müvafiq qurumlarının nümayəndələri ilə KİV-lərin təmsilçiləri arasında qarşılıqlı münasibətlərin formalaşması baxımından xüsusi önəm daşıyır.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxHadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45

