Naxçıvan MR Ali Məclisinin sədri Türkiyəyə rəsmi səfər edib
29.04.2010 [11:03]
Sonra qonaqlar Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün “Anıtqəbir”dəki mavzoleyini ziyarət ediblər. Vasif Talıbov Atatürkün məzarı önünə əklil qoyub, fəxri qonaqlar üçün xatirə kitabını imzalayıb, Atatürk və Qurtuluş Savaşı Muzeyi ilə tanış olub.
Səfər çərçivəsində Vasif Talıbov Ankaradakı Doğramacı Əli Paşa məscidinə gəlib, Azərbaycanın böyük dostu, dünya şöhrətli alim İhsan Doğramacının məzarının önünə əklil qoyub, mərhumun oğlu Əli Doğramacıya başsağlığı verib.
Vasif Talıbov ölkəmizin Türkiyədəki səfirliyinə gəlmiş və səfirliyin binası ilə tanış olub.
Naxçıvan MR Ali Məclisinin sədri səfər çərçivəsində Türkiyənin dövlət və hökumət rəhbərləri ilə bir sıra görüşlər keçirib.
Aprelin 27-də Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Naxçıvan MR Ali Məclisinin sədrini qəbul edib. Türkiyə hökumətinin başçısı 2008-ci il iyunun 4-də Naxçıvana etdiyi səfəri məmnunluqla xatırlayıb. Görüşdə Türkiyə ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.
Vasif Talıbov Türkiyənin dövlət naziri Hayati Yazıçı ilə də görüşüb. Türkiyəli nazir bildirib ki, Naxçıvan ilə sərhəd qapısı türk dünyasının qapısı olacaq. Türkiyə hökuməti regional əməkdaşlığı gücləndirmək üçün 3 dövləti - Türkiyə, Azərbaycan və İranı əhatə edəcək sərhəd qapısının yaradılması üzrə iş aparır.
Böyük Atatürkün “Naxçıvan türk dünyasının qapısıdır” sözlərini xatırladan Vasif Talıbov bildirib ki, Azərbaycanın bu ayrılmaz hissəsinin türk dünyasına birləşdirilməsi istiqamətində ilk addıımı 1992-ci il mayın 28-də Ulu öndər Heydər Əliyev və Türkiyənin 9-cu Prezidenti Süleyman Dəmirəl Sədərək məntəqəsində “ümid körpüsü”nün açılışı ilə atıblar. 2009-cu ildə bu sərhəd qapısından istifadə etməklə Türkiyədən Naxçıvana 251 min, əks istiqamətdə də 255 min nəfər keçib.
Həmin gün Naxçıvan MR Ali Məclisinin sədri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə görüşüb.
Görüşdən sonra Türkiyənin xarici siyasət idarəsinin başçısı bildirib ki, Türkiyə- Azərbaycan əlaqələrinin ən çox inkişaf etdiyi bölgələrdən biri Naxçıvandır.
Naxçıvanın təhlükəsizliyi və rifahı bizim təhlükəsizliyimiz və rifahımızdır. Bu torpaq bizim üçün əmanətdir və Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əlaqələrimiz sürətlə inkişaf edib. Vasif Talıbov ilə Naxçıvanın iqtisadi inkişafı, Türkiyənin bu inkişafa verəcəyi töhfələri müzakirə etdik. Türkiyə hər zaman Azərbaycanın yanında olacaq, Naxçıvanla çiyin-çiyinə olmağa davam edəcəkdir. Tarix boyu taleyimiz də, gələcəyimiz də müştərəkdir. Hər bir naxçıvanlının da qəlbimizdə yeri vardır. Mədəni əlaqələri, xüsusilə tələbə mübadiləsi məsələlərini, Türk Hava Yollarının Naxçıvana uçuşlarının həyata keçirilməsini də müzakirə etdik. İnşallah, tezliklə bizim də yaxından iştirakımızla İstanbuldan Naxçıvana uçuş həyata keçiriləcəkdir. Biz, dəmir yolu, magistral yollar ilə də Naxçıvanı Türkiyəyə daha sıx bağlayacağıq. Amma, ən güclü yol bizim aramızdakı könül bağlarıdır.
Əhməd Davudoğlu onu da vurğulayıb ki, Qars müqaviləsinin keçərliliyi məsələsində heç bir şübhə yoxdur. Bu müqavilə istər beynəlxalq hüquq, istərsə də Türkiyənin öhdəliyinə sadiqliyi baxımından möhkəmdir. Bu sənəddə mühüm maddələrdən biri olan Türkiyənin Naxçıvanın təminatçısı olması da çox açıqdır. Bu, beynəlxalq hüququn təsbit etdiyi kimi, Türkiyənin öhdəliyidir. Bu öhdəlik əbədiyyətə qədər davam edəcək.
Türkiyəyə səfərə dəvətə görə təşəkkürünü bildirən Vasif Talıbov deyib ki, bu gün aparılan müzakirələr onu deməyə əsas verir ki, tarixi, adəti, dili, dini ilə bir-birinə bağlı olan Azərbaycan-Türkiyə əlaqələri, habelə Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanın Türkiyə ilə əməkdaşlığı bundan sonra da davam edəcək və daha möhkəm təməllər üzərində inkişaf edəcək. Bu gün danışıqlar zamanı müzakirə olunan məsələlər bu təməlin möhkəmləndirilməsi baxımından faydalı olub. Bu əlaqələr bizim tərəfimizdən də daim inkişaf etdiriləcək və möhkəmləndiriləcək.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun adından Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun şərəfinə rəsmi şam yeməyi təşkil olunub.
Dünən Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğla görüşmüşdür.
Səfərin sonunda çankaya köşkündə Türkiyə Prezidenti Abdullah Gül Vasif Talıbovu qəbul etmişdir. Türkiyənin dövlət başçısı Naxçıvanda yüksək səviyyədə keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının görüşünü məmnunluqla xatırlayıb.
Görüşdə Naxçıvan MR ilə Türkiyə arasında əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, əməkdaşlığın perspektivləri müzakirə edilib.
Görüşlərdə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24

