/ / Mətbuat Şurası 3 May-Ümumdünya Söz Azadlığı Gününü "Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası" ilə birgə qeyd edib
Mətbuat Şurası 3 May-Ümumdünya Söz Azadlığı Gününü "Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası" ilə birgə qeyd edib
04.05.2010 [10:05]
Tədbiri açan MŞ sədri Əflatun Amaşov 3 may-ümumdünya Söz Azadlığı Gününün yaranma tarixi barədə ətraflı məlumat verib. Şura sədrinin sözlərinə görə, 1993-cü ildən BMT səviyyəsində rəsmi şəkildə qeyd edilən bu tarixin mahiyyətinin Azərbaycan ictimaiyyətinə çatdırılması vacib əhəmiyyət kəsb edir. Bu günkü toplantı, eyni zamanda həmin zərurəti dəyərləndirmək məqsədindən irəli gəlir.
Ə.Amaşov bildirib ki, Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərin dərinləşməsində beynəlxalq təşkilatların və səfirliklərin media ilə iş təcrübəsinin öyrənilməsi vacib əhəmiyyət daşıyıb. Belə qurumlardan biri də Türkiyə Respublikasının Azərbaycandakı səfirliyidir. ötən illər ərzində səfirliyin Azərbaycan jurnalistləri ilə əlaqələri xeyli genişlənib ki, bu işdə mətbuat müşaviri Bülənt Uğurun əməyi danılmazdır: “Cənab Uğurun Azərbaycandakı fəaliyyət missiyası başa çatmaqdadır. Hesab edirəm ki, KİV təmsilçilərimiz onun simasında peşəkar münasibətlərin rəsmiyyətdən dostluğa, qardaşlığa, dərin anlaşmaya keçidinin misilsiz nümunəsi ilə tanış olublar”, - deyə Ə.Amaşov B.Uğura MŞ-nin təşəkkür məktubunu təqdim edib. Səfirlik təmsilçisi çıxışında jurnalistlərə təşəkkürünü bildirərək Azərbaycandakı fəaliyyətinin həyatında böyük önəm daşıdığını bildirib.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev ümumdünya Söz Azadlığı Gününün ölkəmizdə qeyd edilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycan dövlətinin ifadə və mətbuat azadlığı ilə bağlı proseslərə ciddi önəm verdiyini bildirib. Bu sahədə son illər dövlət tərəfindən reallaşdırılan tədbirlərə diqqət çəkən sektor müdiri mövcud istiqamətdəki fəaliyyətin davamlı olacağını deyib: “Azərbaycanda söz və mətbuat azadlığının dərinləşməsinə yönələn çoxsaylı layihələr həyata keçirilir. Bu məsələlərlə bağlı müxtəlif beynəlxalq təşkilatlarla sıx əməkdaşlığa üstünlük verilir. Şübhəsiz ki, tədbirlərin faydası var. Amma jurnalistlərin özləri də aktiv olmalıdırlar. Onlar mediamızın mütərəqqi ənənələrinin öyrənilməsinə, inkişaf etdirilməsinə çalışmalı, eyni zamanda peşəkarlıq tələblərinə daha həssas yanaşmalıdırlar”, - deyə o əlavə edib.
BAMF-ın sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Umud Rəhimoğlu “Söz azadlığı və jurnalist peşəkarlığı koalisiyası”nın yaranma tarixi və fəaliyyət istiqamətləri barədə danışıb. O bildirib ki, koalisiyaya Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ), “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi, Beynəlxalq Avrasiya Mətbuat Fondu və Demokratik Jurnalistlər Liqası daxildir.
MŞ sədrinin müavini, JUHİ sədri, “Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan” layihəsinin koordinatoru Müşfiq Ələsgərli “dəyirmi masa” iştirakçılarını layihə çərçivəsində hazırlanan saytla tanış edib. Layihənin Beynəlxalq Jurnalistlər Federasiyası ilə “Söz azadlığı və jurnalist peşəkarlığı kolalisiyası”nın birgə məhsulu olduğunu deyən M.Ələsgərli burada əsas donor qismində Avropa Komissiyasının çıxış etdiyini diqqətə çatdırıb: “Layihə ölkə mediasının dünya standartlarına uyğunlaşdırılması sahəsində “yol xəritəsi” mahiyyətini daşıyır”.
Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, hazırkı dövrdə media cəmiyyətin inkişafında olduqca böyük rol oynayır. Elə bir sahə yoxdur ki, media ilə bu və ya digər dərəcədə bağlı olmasın. Mövcud durum jurnalistlərdən də adekvat münasibət, xüsusən də peşəkarlıq tələb edir. “Cəmiyyət də, dövlət də mediaya böyük diqqət ayırır. Amma elə məsələlər var ki, birbaşa jurnalistlərin özlərindən asılıdır. Bunlardan ən mühümü daha çox fərdi səciyyə daşıyan peşəkarlıqdır”, - deyən N.Məhərrəmli Mətbuat Şurasının son zamanlar KİV təmsilçilərinin peşəkarlıqlarının artırılması istiqamətindəki fəaliyyətinin zəruriliyini vurğulayıb.
İctimai Yayım Şurasının sədri Cahangir Məmmədli “Etik Jurnalistika Təşəbbüsləri - Azərbaycan” layihəsinin əhəmiyyətindən söhbət açarkən KİV-lərdə hələ də peşə prinsiplərinin pozulmasına geniş rast gəlindiyini bildirib. Onun sözlərinə görə, ölkədə söz və mətbuat azadlığı sahəsində kifayət qədər mükəmməl qanunvericilik mövcuddur. Qanunvericiliyin tələblərinə uyğun olaraq lazımi şərait də yaradılıb. Lakin bəzən jurnalistlər tərəfindən dövlətin söz və mətbuat azadlığı ilə bağlı ortaya qoyduğu iradədən sui-istifadə halları yaşanır. C.Məmmədli layihənin bu kimi neqativ halların aradan qaldırılmasında vacib rol oynayacağına ümidvar olduğunu deyib.
Eyni fikri Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli də bölüşüb. Rəhbəri olduğu qurumun fəaliyyət missiyasının söz və mətbuat azadlığı prinsiplərinin dərinləşməsinə yönəldiyinə diqqət çəkən icraçı direktor KİVDF-nin həyata keçirdiyi tədbirlər barədə də ətraflı məlumat verib.
“Azərbaycanda söz və mətbuat azadlığı ilə bağlı məsələlərə hər zaman böyük diqqət yetirilib. Hesab edirəm ki, bu qayğı artan xətt üzrə inkişaf etməkdədir”, - deyən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli söz azadlığı şəraitində müəyyən etik çərçivənin olmasını vacib sayıb. Təqdimatı keçirilən layihənin əhəmiyyətinə bu baxımdan diqqət çəkən A.Əli KİV-lərlə bağlı əksər məhkəmə çəkişmələrinin məhz etik normalara əməl olunmamasından qaynaqlandığını vurğulayıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov çıxışında KİV-lərin söz azadlığı məsələlərinə həssas yanaşmalarında və ümumiyyətlə bu kimi məsələlərdə mətbuat xidmətlərinin rolundan söhbət açıb. Onların öz fəaliyyətlərini daim təkmilləşdirilməli olduqlarını önə çəkən XİN rəsmisinin qənaətincə, belə layihələr prosesə yardmçılıq baxımından əhəmiyyətlidir.
Jurnalist Azər Həsrət layihənin müsbət nəticələr verəcəyinə inandığını bildirərkən ölkədə əvvəlki illərlə müqayisədə bunun üçün tutarlı əsasların mövcudluğunu vurğulayıb. “Uzun illər söz azadlığı məsələsində müəyyən ləngimələr olub. Lakin indiki dövrdə baş verən proseslər, o cümlədən dövlətin KİV-lərə qayğısının təzahürü kimi baş verən hadisələr onu deməyə əsas verir ki, media ilə hakimiyyət arasında bir dialoq mövcuddur. Bu dialoqun baş tutmasının xeyrini bütövlükdə Azərbaycan jurnalistikası görür” - deyə, o, əlavə edib.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27

